Dərc edilib: 12-05-2016

https://www.nuh.az/7757-.html

Parlament prezidenti vəzifəsindən uzaqlaşdırdı

12.05.2016 16:27:17

Hadisə

Braziliya Senatı haqqında impicment qaldırılmış prezident Dilma Rouseffi səlahiyyətlərindən məhrum edib.
Ölkə.az xəbər verir ki, haqqında korrupsiya iddiaları ilə qaldırılmış impicment bütün dünyada geniş rezonans doğurub. Ölkədə prezidentin tərəfdarları küçələrə çıxaraq onun hakimiyyətdən getməsinə etiraz ediblər.
Qeyd edək ki, Senatın qərarında Dilma Rouseffin vəzifədən müvəqqəti kənarlaşdırıldığı bildirilir. Prezident isə artıq rezidensiyasını boşaldaraq öz evinə köçməyə hazırlaşır.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib