Dərc edilib: 17-05-2016

https://www.nuh.az/7785-.html

Amnistiya aktına kimlər düşəcək?

17.05.2016 18:13:51

Hadisə

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az saytına birinci xanımın təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib:

 

“Çoxdan gözlənilən addım idi ki, bunu da Mehriban xanım atdı. Buna görə də çox sağ olsun”. Deputat deyib ki, amnistiyanın 10 min məhkumu əhatə etməsi gözlənilir: “Ən azı 3500 məhkum cəzaçəkmə müəssisəsindən azad ediləcək. Digərləri də müəyyən cəzalar almışlar olacaq. Ümumilikdə 10 min məhkum çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, yüz minlərlə insanın sevinci deməkdir. Çünki, hər bir məhkumun arxasında yüzlərlə qohumu, qardaşı, dostu-tanışı var. Hesab edirəm ki, bu humanist addım alqışlanmalıdır”. Ç.Qənizadə konkret olaraq kimlərin azadlığa çıxacağı məsələsinə belə aydınlıq gətirib: “Aministiya qanundur. Bu qnunun tələblərinə kimlər düşəcəksə, onlar da azad olunacaq. Hesab edirəm ki, 10 min məhkumun içərisində kimisə axtarmaq əbəsdir. Onlar Azərbaycan vətəndaşları olacaq, bir hissəsi də xarici ölkənin vətəndaşları”. Ç.Qənizadə bir müddət əvvəl bildirmişdi ki, hazırda Azərbaycanda bütün cəzaçəkmə və istintaq təcridxanalarında ümumi məhkumların sayı 24 minə qədərdir və bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib