Dərc edilib: 18-05-2016

https://www.nuh.az/7789-.html

Tahir Əliyev: “Bu boyda nankorluqdan sonra necə yaxşılıq edəsən ?”

18.05.2016 10:01:51

Hadisə

 

 Bir müddət əvvəl  Ucar rayonu  Boyat kənd sakini Məhərrəmov Rüstəm Yolçu oğlunun redaksiyamıza daxil  olan müraciətində qeyd olunurdu ki,  2009-cu ildə hərbi xidmətdən sonra rayonda iş tapa bilmədiyi üçün Bakıya gəlib:


“Bakıda keçmiş nazir, sabiq millət vəkili  Tahir Əliyevin Fatmayidə yerləşən bağında işləməyə başladım. Təxminən 6 il həmin bağda çalışdım. Nəhayət  2015-ci ildə  ailə həyatı qurduğum üçün Tahir Əliyevlə  sağollaşmaq qərarına gəldim. Ancaq Tahir Əliyev mənə bildirdi ki, sənin mənə 840 manat borcun var, onu ödəməlisən”.

Şikayətçi onu da qeyd edir ki, Tahir Əliyev onun şəxsiyyət vəsiqəsini və hərbi biletini də əlindən alıb qaytarmır.

 

Məqalə dərc olunandan sonra Tahir Əliyev NUH.az-la  əlaqə saxlayaraq yazılanların şər-böhtan olduğunu bildirdi:

 

“Rüstəmin qeyd elədiyi kimi   2009-cu ildə deyil,  2012-ci ilin payızında bağa gedərkən gördüm ki, avtobus sürücüsü gediş haqqını ödəmədiyi üçün  bir oğlan və qızın üstünə düşüb. Mən məsələ ilə maraqlandım və bəlli oldu ki, sürücünün  hücumuna məruz qalan bu iki şəxs nəinki gediş haqqını ödəyə bilməyiblər, hətta neçə gündür acdılar. Mənim onlara yazığım gəldiyi üçün öz  avtomiobilimə mindirib bağıma gətirdim. Oğlan mənə dedi ki, ər-arvadıq və Mehdiabadda kirayə qalırıq, ancaq kirayə pulunu verə bilmirik, mümkünsə sizin bağda qalaq və bağınıza baxaq. Mən bağa baxmağa ehtiyac olmadığını onlara bildirdim. Amma onların acınacaqlı durumunu görüb fikirləşəcəyimi dedim.  Və onlara çörək və yol pulu verib yola saldım. 

Bir həftə sonra həmin iki şəxs – Rüstəm və Sevda bağa gələrək dedilər ki, kirayə qaldıqları evin sahibi onları evdən qovub və qalmağa yerləri yoxdur. Mənim onlara yazığım gəldiyi üçün onları bağ evinə buraxdım. Hətta ac olduqları üçün şəxsən özüm onlara yemək də hazırladım, 10 gün onlara qulluq etdim. Sonradan Rüstəm qonşulqdakı tikintidə işə düzəldi və mən də iş icraçısından xahiş etdim ki, ona kömək etsin. Həmin vaxt Rüstəmin bibisi və bacısı qızı onlara qonaq kimi gəlirdilər.  Sevdanın qohumları, qardaşı və arvadı da onlara gəlirdi.  Bir müddət sonra Rüstəm işdən çıxdı  və qonşuluqdakı evlərə baxan Sevda ailəni dolandırırdı”.

Tahir Əliyev qeyd edir ki, bir neçə aydan sonra Rüstəm Sevdanın qohumlarıgilə - Lənkərana getmək üçün ondan 250 manat  borc istəyib:

“Ümumiyyətlə,  Rüstəm məndən müxtəlif  bəhanələrlə 3 dəfə 250 manat pul alıb. Bir dəfə də anasının xəstə olduğunu deyərək  rayona gedəndə  150 manat aldı. Arada tez-tez 5-10-20 manat aldıqlarını demirəm. Bir dəfə də mən bağa gələrkən  gördüm ki, bağdakı Mercedes-imin arxası  əzilib.  Rüstəmdən soruşanda dedi ki, Sevda əzib. Və bildirdi ki, Rusiyadakı əmimlə danışmışam pul göndərəcək borcunu və maşının xərcini  ödəyəcəm”.

Sonradan mənə bəlli oldu ki, Rüstəm başqa qadınları da bağa gətirir  və pozğun həyat tərzi sürür. Həmin qadınlardan biri də Ucar  rayonundan olan Arzu adlı qadın olub. Və  Rüstəm Arzunu qaçırdıb. Lakin sonradan Arzu bilib ki, Rüstəm evlidir.

Arzu məsələsindən sonra mən Rüstəmlə maraqlandım və bəlli oldu ki, Rüstəm kənddə öz qohumu ilə də evlənib və qızı qoyaraq Bakıya qaçıb. 

Rüstəm  guya Sevdanın bacısı adı ilə başqa bir  qadını da  bağa gətirib. Hətta "semiçka satan Gülünü də bağa gətirirmiş. 

Sonradan Rüstəm Qönçə adlı başqa bir qadınla da  yaşamalı olub. Hətta Qönçənin atasını da bağa gətirirmiş. Ən dəhşətlisi odur ki, Sevda, Rüstəm, Qönçə, onun atası və anası bir yerdə yaşayırmışlar.

Tahir Əliyev qeyd edir ki, bir gün Rüstəm mənə yaxınlaşaraq bildirdi ki, Qönçənin valideynləri məni məcbur edir ki, onunla rəsmi kəbin kəsdirim, ancaq Qönçənin ürəkkeçməsi var, onunla evlənmək istəmirəm.  Ona görə də şəxsiyyət vəsiqəmi və hərbi biletimi sizə verim sizdə qalsın. Və deyim ki, borca görə sizə vermişəm: “ 2015-ci ildə yeni il qabağı Rüstəm məndən xahiş elədi ki, anamı görmək üçün rayona getməliyəm və məndən pul istədi. Mən bu dəfə də ona pul verdim”.

Tahir  Əliyev bildirir ki, bütün bu biabırçılıqlardan sonra mən Rüstəmə dedim ki, bu oyunlarını qurtar və maşını düzəlt, borcunu ver, bağdan çıx. Rüstəm isə  hər dəfə deyirdi ki, əmimi gözləyirəm, gəlsin borcu verim”.

Tahir Əliyev  qeyd edir ki, bir gün  Rüstəmgil  2 gün müddətinə  Cəlilabada toya getmək adı ilə bağdan getdilər. Və qayıtmadılar. Onun telefonu da bağlı idi: “ Mən məcbur olub  internetdən Cəlilabadın və Ucarın sahə inspektorlarının telefonlarını tapdım və zəng vurub xahiş etdim ki, bağıma baxanlar qaçıblar, mənə borcları var və sənədləri məndədir. Mən çox çətinlikıə Qönçənin atası Əyyubu və Rüstəmin qardaşı Natiqi  taparaq onlara  vəziyyəti danışdım, borcunun olduğunu dedim.  Əyyub   bildirdi ki, Rüstəmgil onu da aldadıblar ki, guya onları siz 20 yanvardan yola slmısınız. və söz verdi ki, 2 günə Rüstəm ilə birlikdə Bakıya gələcəklər. Ancaq gəlib çıxmadılar. Belə olanda mən yenidən Əyyuba zəng elədim və Rüstəmin pozğun həyat trəzi barədə ona məlumat verdim. O isə mənə bildirdi ki, qızım əvvəl ərdə olub boşanıb, indi məcburam qızıma görə Rüstəmlə yola gedəm.  Bu dəfə Əyyub  həm də tam başqa cürə danışdı və dedi ki, Rüstəm neçə ildir orda qalıb və sənin  bağında çalışıb. Hətta Əyyub  öz jurnalist qohumu ilə məni şantaj  edəcəyini də bildirdi”.

Beləlikə  bütün bu yaxşılıqların əvəzində  şantaj kampaniyası işə düşüb.

Tahir Əliyevin  dediklərindən sonra   yazıda adı keçən  Sevdanın çəkilişi və səs yazısı da bizə daxil oldu.  Sevdanın  dediklərini bəzi istisnalarla dərc edirik: “ Tahir müəllimin dedikləri ilə tam razıyam. Tahir müəllim bizə hər cür yaxşılıq edib. Ancaq Rüstəm mənim üstümə dəfələrlə küçə qadınları gətirib. Əvvəlcə Arzunu, Gülünü, sonra isə Qönçəni gətirdi. Tahir müəllim evdə olmayanda yemək-içmək məclisi təşkil edirdi, məni döyürdü.  Rüstəm dəfələrlə mənim yanımda Tahir müəllimdən borc alıb, amma qaytarmayıb. Rüstəm içərək pozğun həyat tərzi sürürdü. Bir dəfə içərək icazəsiz  Tahir müəllimin maşını  sürərək zədələdi. Hərbi biletini və şəxsiyyət vəziqəsini isə Qönçə ilə  ZAQS-a getməmək üçün Tahir müəllimə verib. Axırda da Qönçəni götürüb qaçdı”.

Bütün bunları nəzərə alan NUH.az saytı  qarşı tərəfin mövqeyini dərc etməklə, baş verənlərə görə Tahir Əliyevdən üzr istəyir.

Baş verən  problemin obyektiv  araşdırılması üçün   NUH.az  saytı hüquq-mühafizə  orqanlarına müraciət edir. 

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib