Dərc edilib: 23-05-2016

https://www.nuh.az/7814-.html

İcra başçısının oğlunun cinayət işi ALİ MƏHKƏMƏDƏ

23.05.2016 14:26:03

Hadisə

Sabah Ali Məhkəmədə Nəsimi rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin işinə baxılacaq.


Milletinsesi.az-ın məlumatına görə, "McDonalds Azərbaycan" şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi saat 15:30-a təyin edilib. İşə hakim İmran Hacıqayıbovun sədriliyi ilə baxılacaq.


Xatırladaq ki, 2014-cü ilin sentyabrın 27-də Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. 
2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda“Mercedes” markalı avtomobili idarə edən Nəsimi Rayon İcra Hakimiyyətinin icra başçısı Asif Əsgərovun (Səbayel rayon keçmiş icra başçısı) oğlu İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
2015-ci ilin iyunun 29-da Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə endirilməsi barədə qərar qəbul edib. 
2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İlham Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib.
Maqsud Mirzəyev çıxarılan qərara etiraz edərək, şikayət ərizəsi ilə Ali Məhkəməyə müraciət edib.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib