Dərc edilib: 15-07-2016

https://www.nuh.az/8121-.html

Fransada dəhşətli terror: 80-dən çox ölən var - VİDEO

15.07.2016 12:25:48

Hadisə

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə çatıb.


"Report" xəbər verir ki, onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. 

Nitsa şəhərinin keçmiş meri, bölgə rəhbəri Kristian Estrozi bildirib ki, yük avtomobilindən silah-sursat aşkarlanıb.

Şəhərin prokuroru Jan-Mişel Pretr isə "BFM TV" telekanalına müsahibəsinbə bildirib ki, hadisə hələlik terror aktı kimi qiymətləndirilmir. Lakin bununla belə prokuror bir çox detalların hadisənin terror aktı olması versiyası üzərində dayanmağa əsas verdiyini deyib.    

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib