Dərc edilib: 18-07-2016

https://www.nuh.az/8129-.html

Bakıda yüksək temperatur nə vaxta qədər davam edəcək?

18.07.2016 14:10:57

Hadisə

Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək. Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb: "Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb. İyul ayında ən yüksək temperatur 2010-2011-cı ildə 40 dərəcə olub".(APA)

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib