Dərc edilib: 27-07-2016

https://www.nuh.az/8156-.html

Yerevanda silahlı qruplaşma təcili-tibbi yardım həkimlərini girov götürüb

27.07.2016 15:32:06

Hadisə

Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşmanın üzvləri polislə atışma nəticəsində yaralanan üzvlərinə tibbi yardım göstərmək məqsədilə binaya gələn təcili-tibbi yardım həkimlərini girov götürüb.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan məlumat verib.

Ermənistan hüquq-mühafizə orqanları hazırda onların azad edilməsi üzrə danışıqlar aparır.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib