Dərc edilib: 26-10-2016

https://www.nuh.az/8508-.html

Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi

26.10.2016 11:20:51

Region

Qırğızıstan prezidenti Almazbek Atambayev hökumətinin istefası haqqında fərmanı imzalayıb.


Hurriyyet.org xarici mətbuata istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.
Prezidentin fərmanında deyilir ki, Nazirlər Kabinetinin istefası dörd deputat fraksiyasının formalaşdırdığı parlament koalisiyasının statusunun itdiyi barədə rəsmi elanla əlaqədar qəbul edilib.
Fərmana uyğun olaraq, baş nazir, baş nazirin birinci müavini, baş nazirin müavinləri, hökumət üzvləri, həmçinin inzibati idarələrin rəhbərlərinə yeni hökumətin formalaşmasına qədər öz vəzifələrini icra etmək tapşırığı verilib. 

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib