Dərc edilib: 12-11-2016

https://www.nuh.az/8644-.html

Trampın qələbəsini öncədən xəbər verən professordan növbəti proqnoz

12.11.2016 15:40:12

Dünya

Respublika partiyasından olan namizəd Donald Trampın qələbəsini və 1984-cü ildən bu yana ABŞ prezident seçkilərinin nəticələrini əvvəlcədən dəqiqliklə xəbər verən Vaşinqtonun Amerika Universitetinin professoru Alan Lixtman bu dəfə seçilmiş prezidentə mümkün impiçment haqqında məlumat verib.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Lixtmananın sözlərinə görə, ABŞ konqresi Trampı prezident vəzifəsindən kənarlaşdıra bilər. Onun yerinə Respublikaçılar partiyasının "sevimlisi" olan və özünü daha çox yaxşı yönümdən tanıdan vitse-prezident Maykl Pens gələ bilər.

"Daha bir proqnoz vermək istəyirəm. Bu mənim sistemimlə əsaslandırılmayıb, sadəcə, intuisiya ilə bağlıdır. Onlar (Respublikaçılar) Trampı prezident kimi görmək istəmirlər, çünki ona nəzarət edə bilmirlər. Yeni prezidentin nə edəcəyi bəlli deyil. Onlar Pensi - mühafizəkar, nəzarət edilən respublikaçını üstün tutacaqlar. Bundan başqa, düşünürəm ki, Tramp impiçment üçün kifayət qədər əsas yaradacaq”, - deyə Lixtman bildirib.

 

 

     NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib