Dərc edilib: 28-12-2016

https://www.nuh.az/9044-.html

“Yatmış hökuməti dəyişmək lazımdır”- ETİBAR MƏMMƏDOV BÖHRANDAN ÇIXIŞ YOLUNU GÖSTƏRİR (EKSKLÜZİV)

28.12.2016 19:30:54

Müsahibə

AMİP lideri Etibar Məmmədov  Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycanı bürüyən iqtisadi böhrandan danışıb.

 

Böhranın artıq Azərbaycan hökumətinin özü tərəfindən etiraf olunduğunu deyən AMİP liderinin sözlərinə görə,  Azərbaycanda gündəlik olaraq fəaliyyət göstərən hökumət yoxdur: 

 

“Mənim fikrimcə, rəhbərlik bu barədə ciddi şəkildə düşünməlidir ki, gündəlik fəaliyyət göstərə bilən hökumət qursun. Prezident bəzi sahələrin inkişafı ilə bağlı sərəncamlar verir. Sonradan həmin sərəncamların icra olunmaması ilə qarşılaşırıq. Bunun da qarşının almağın tək və yeganə yolu normal fəaliyyət göstərən hökumət formalaşdırılmaqdır. Belə bir hökumətə ehtiyac var”.


Azərbaycanın kredit reytinqinin də aşağı olduğunu vurğulayan E.Məmmədov bildirib ki, vəziyyət təcili dəyişməlidir: “Hazırda Azərbaycanın kredit reytinqi aşağıdır. Kreditlər alınmalı və alınan kreditlər isə qaytarılmalıdır. Kreditlər istehlak krediti ola bilməz. Kreditlər islahatlar üçün alınmalıdır. Alınan kreditlər hansısa nazirlərin irəli sürdükləri təkliflər əsasında alınmamalıdır. Yol xəritəsi olmalıdır. Ancaq hökümət bunun ətrafında hələlik bir iş görmür. Bizim yatmış hökuməti tezliklə dəyişib normal hökümət qurulmalıdır”.

Azərbaycanın inkişafının həm də Avrointeqrasiyadan keçdiyini xatırladan E.Məmmədov bunun üçün ciddi islahatlara başlamğın zəruriliyini qeyd edib: ”İqtisadi azadlıqlar olmalıdır. Bu vacibdir”.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib