Dərc edilib: 29-12-2016

https://www.nuh.az/9047-.html

“Günah həmin deputatda yox, onu orada oturdandadır” — Etibar Məmmədov

29.12.2016 12:47:16

Müsahibə

“İndi siyasət hamımızla məşğul olur”

 

Uzun müddətdir mətbuatda görünməyən tanınmış siyasətçi, AMİP-in keçmiş partiya sədri Etibar Məmmədov Ölkə.Az-a ekskuliziv açıqlama verib. O, açıqlamasında hazırda siyasətlə məşğul olmadığını bildirib: “Mən partiya sərdliyindən 2004-cü ilin dekabrın 24-də getmişəm. İndi siyasət hamımızla məşğul olur”, - deyə E.Məmmədov vurğulayıb. Azərbaycanın iqtisadi-siyasi vəziyyətində durğunluq yaşandığını deyən E.Məmmədov Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə də xalqı təbrik edib: “Azərbaycan xalqının müstəqillik qazanmasının 25 illiyi tamam olur. Bu Azərbaycan tarixində çox böyük hadisədir. Böyük bir zəhmətin, böyük bir qəhrəmanlıq hərəkatının nəticəsidir. Bu münasibətlə də, biz bir-birimizi təbrik etməliyik və edirik də. Ancaq təəssüf ki, bunu həmin müstəqilliyin əldə olunmasını başqa cür qələmə verənlər də var. Onun əhəmiyyətini kiçiltmək istəyənlər də var. Mən onlara etirazımı bildirirəm. Hesab edirəm ki, onlar əvvəl-axır xalqın əldə etdiyi bu böyük nəaliyyətin əhəmiyyətini başa düşəcəklər. Çünki ən çox faydalanan onlardır. Həm də bunu inkar edənlərdir”, - deyə E.Məmmədov qeyd edib. Son günlər Milli Məclisdə deputatların xalqı qıcıqlandıran çıxışlarına toxunan siyasətçi, belə şəxslərin parlament kürsüsünə layiq olmadığını vurğulayıb: “Millət vəkillərinin xalqda qıcıq yaradan çıxışlarına gəlincə, düşünürəm ki, həmin şəxslər cavabını alır. Kimlər xalqda qıcıq yaratdılar, onlar da üzr istəməli olurlar. Əslində günah həmin deputatda yox, onu orada oturdandadır”.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib