Dərc edilib: 03-01-2017

https://www.nuh.az/9099-.html

Ankarada güclü yanğın - 30 sakin xəstəxanalıq olub

03.01.2017 13:06:26

Region

Ankaranın Çukurambar bölgəsində yerləşən binaların birində güclü yanğın hadisəsi baş verib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, binanın ilk mərtəbəsində yerləşən ofisdə baş verən yanğın nəticəsində duman mənzillərə dolub. Boğulma təhlükəsi ilə üzləşən 30 nəfər xəstəxanaya aparılıb.

Yanğının səbəbi hələ ki, müəyyən edilməyib.

 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib