Dərc edilib: 10-01-2017

https://www.nuh.az/9177-.html

"Mehman Hüseynov kafedən çıxarkən 5-6 nəfər tərəfindən qaçırılıb" - Qardaşı

10.01.2017 16:21:04

Günün sitatı

Vəkil Elçin Sadıqov da 5-ci polis bölməsi ilə əlaqə saxladığını, orada belə bir adamın olmadığı barədə məlumat aldığını deyir

Bloqqer Mehman Hüseynov “yoxa” çıxıb. Bu iddianı onun dostları sosial şəbəkələrdə paylaşıblar.

Fraqment.az xəbər verir ki, NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlinin yaydığı məlumata görə, Mehman Hüseynov yanvarın 9-da, saat təxminən 19:30-da onlardan ayrılıb, başqa bir dostu ilə görüşəcəyini deyib. Lakin həmin şəxslə də görüşməyib və o vaxtdan etibarən bloqqerin telefonuna zəng çatmır. Ülvi Həsənli məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət etdiklərini bildirib:

“Axtarışa vermək qərarına gəldik. Çünki 5 saatdan artıqdır ondan xəbər yoxdu. Bəzi adamlar məlumat yayır ki, Mehman tapılıb. Doğru xəbər deyil. Mehmana görə narahatıq. O, ya oğurlanıb, ya da həbs edilib”.

Elvin Maqsudlu adlı “Facebook” istifadəçisi isə Mehman Hüseynovun Binəqədi rayon Polis İdarəsinə aparıldığı haqda məlumat aldığını yazıb.

Meydan TV Binəqədi rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Növbətçi hissədən onlarda belə bir məlumatın olmadığını bildiriblər.

Vəkil Elçin Sadıqov da 5-ci polis bölməsi ilə əlaqə saxladığını, orada belə bir adamın olmadığı barədə məlumat aldığını deyir.

Yanvarın 10-na keçən gecə, Bakı vaxtilə 2:50-də Mehman Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov “Sancaq” səhifəsindən canlı yayım edərək bloqqerin həbs olunma ehtimalını vurğulayıb:

“Aldığım məlumata görə, bu gün (9 yanvar nəzərdə tutulur-red) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib”.

Emin Hüseynov vətəndaşı saxlayarkən yaxınlarına xəbər verilməməsini qanun pozuntusu hesab edib və deyib ki, Mehman Hüseynovla bağlı hər hansı hadisə baş verərsə, onun işini davam etdirəcək.

 

 

   NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib