Dərc edilib: 10-01-2017

https://www.nuh.az/9183-.html

Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

10.01.2017 16:53:50

Cəmiyyət

Ötən il dekabrın 7-də Quba Rayon Məhkəməsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məhkəmədə aparılan daxili təhqiqatda məhkəmə icraçılarının qərarın icrası zamanı etik davranış qaydaları araşdırılır:
"Əgər məhkəmə icraçılarının hərəkətlərində qanun pozuntusu aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib