Dərc edilib: 11-01-2017

https://www.nuh.az/9194-.html

2008-ci ilin maşını 2005-ci ildə radara düşüb - Daha bir cərimə “fokus”u

11.01.2017 14:20:28

Hadisə

Azərbaycanda radarlarla bağlı daha bir kuryoz olay baş verib.

 

BakiPost.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 2008-ci ildə istehsal olunan avtomobil 2005-ci ildə radara düşüb.

 

Belə ki, Bakı sakini Anar Ramazanov, aldığı avtomobili adına keçirmək üçün onun köhnə sahibi ilə birlikdə Baş Dövlət Yol Polisi idarəsinə yaxınlaşıb. Ona avtomobilin adında cərimə olduğu deyilib və alqı-satqının həyata keçirilməsi üçün cərimənin ödənilməsi şərt kimi göstərilib.

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlama verib. Məlum olub ki, problem texniki səhv ucbatından baş verib: "Nadir hallarda min sürücüdən birininin başına belə bir hadisə gəlir. Əslində, avtomobilin əvvəlki sürücüsü 2012-ci ildə radara düşüb. Cərimənin müddəti bitdiyinə görə məsələ öz həllini tapıb. Daha dəqiq desək, artıq sistem belə bir cərimənin mövcud olmadığını göstərir”.

 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib