Dərc edilib: 12-01-2017

https://www.nuh.az/9205-.html

Fazil Mustafa Sərdar Cəlaloğluna 3 gün vaxt verdi: Əks təqdirdə...

12.01.2017 13:16:14

Siyasət

"Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya mən bütün şiələrin siğədən doğulduğunu demişəm. Əhsən İran xüsusi xidmət orqanlarına! Düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam. Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verirəm!" 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

F.Mustafa bildirib ki, hansısa kitabında, məqaləsində, statusunda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız Sərdar Cəlaloğluna aid edəcək:

Hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə “şərəfsiz bir böhtançı” sözünü işlədəcəyəm. Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum. İddia edir ki, guya bizim tərəfimizdən Azərbaycana Suriya ssenarisi gətirilir. Buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən bu ölkədə öz təbliatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir". 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib