Dərc edilib: 12-01-2017

https://www.nuh.az/9208-.html

Azərbaycanın neft tarixində önəmli hadisə gözlənilir

12.01.2017 13:53:46

Hadisə

2017-ci ildə Azərbaycannın neft tarixində önəmli hadisə gözlənilir.


Bu barədə “Qafqazinfo”ya Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məlumat verib.

Onun sözlərinə görə, cari ildə Azərbaycan 2 milyard tonuncu neftini çıxarmağı planlaşdırır: “Belə bir statistika 1871-ci ildən aparılır və mənim özümün hesablamalarıma görə, 2 milyard tonuncu neft noyabr ayının ilk dekadasına təsadüf etməlidir. 2 milyard ton isə nə az nə çox, düz 15 milyard barel deməkdir. Düzdür, Azərbaycanda bu tarixdən əvvəl də neft hasil edilib, çünki Abşeronda ilk neft quyusu 1847-ci ildə qazılıb. Ancaq hasilat bu illərdə çox az olub. Təsəvvür edin ki, 1870-də Abşeronda illik hasilat heç 20 min tona da çatmırdi”.

Ekspert onu da xatırladır ki, 2016-cı ilin avqustunda təkcə “Azəri-Çıraq-Günəşli” blokunda 3 milyardıncı barel neft hasil edilmişdi ki, bu da həmin blokun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib