Dərc edilib: 01-02-2017

https://www.nuh.az/9429-.html

"Telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir" - Siyavuş Novruzov

01.02.2017 15:47:41

Maraqlı

İllik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən, o cümlədən hesabatları yalnız ağ kağız olan partiyaların məsələsi Milli Məclisin plenar iclasında qaldırılıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məsəsələ qaldırıb.

Yeni cərimə millət vəkilini də qəzəbləndirdi: "Buna nə haqları var?"

Millət vəkili bildirib ki, bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədir: "Hansı ki, həmin partiya sədrləri cangüdənlə gəzirlər. Bəs o cangüdənlər hansı pulla maliyyələşdirilir? Bununla bağlı parlament tədbir görməlidir, qərar qəbul etməlidir".

O, daha bir məsələyə də toxunub: "Mobil rabitə ilə bağlı ciddi problemlər yaranır. Telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir. "Ərəb baharı" zamanı da belə hallar baş verirdi. O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var".

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib