Elmira Axundovanin işi Bakı Apelyasiya Məhkəməsində – 30 milyonluq dələduzluq işi
Yanvarın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə buraxılmış parlamentin deputatı Elmira Axundovanın, onun oğlu, adı ölüm işinə, dələduzluq işinə qarışan Həbib Axundovun adları qırmızı xəttlə keçən iş üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Elmira Axundova və oğlu Həbib Axundov onların əməllərindən şikayətçilərin mətbuat üzərindən prezident İlham Əliyevə müraciətlərini özlərinə təhqir hesab edirlər. Həbib Axundovun həyat tərzi haqda harın ifadəsi onun və anasının xoşuna gəlməyib. Elmira Axundova və oğlu Həbib hesab edirlər ki, deputat mandatı onların dəbdəbə içində yaşamalarına yol açır. Onlar nə istəsələr edə bilərlər. Elə bu düşüncə ilə də Binəqədi Rayon Məhkəməsinə üz tutublar. Məhkəməyə çəkdikləri isə onların əməllərindən ziyan çəkən, ailələrinin maddi durumları kəskin ağırlaşan vətəndaşlardır. Elmira Axundova deputat mandatını cibində gəzdirdiyi müddətdə həmin vətəndaşların 10 min manat cərimə edilmələrinə nail olub. Azərbaycan məhkəmə praktikisından xəbərdar olanlar bilirlər ki, bu cür məbləğlərdə cərimə kəsilmir. Elmira Axundovanın işində isə durum fərqli olub. İş 3 il heç bir qanuni əsas olmadan uzadılıb, bu müddətdə 3 hakim dəyişib.
Di gəl ki, Binəqədi Rayon Məhkəməsində zərərçəkənlərin əslində onlara qarşı cinayət törədilməsi haqda məhkəməyə təqdim etdikləri fakt və dəlillərə, sübtlara qiymət verilməyib. 3 il davam edən, faktiki araşdırma aparılmayan məhkəmə proseslərində hakimlər təqdim olunan videoları yaxına buraxmayıblar, səs yazılarını dinləməyiblər, fotomateriallara baxmayıblar. Elmira Axundova, onun oğlu tərəfindən məhkəməyə çəkilən zərərçəkənlərin qəti etirazıları da nəticəni dəyişməyib. Sonda Binəqədi Rayon Məhkəməsi külli miqdarda pulu Həbib Axundova, onun dostu və şəriki Elur İbrahimova vermiş, geri ala bilməyən zərərçəkənlər haqda prezidentə müraciət etdiklərinə görə cərimə kəsməkdən çəkinməyib.
Məhkəmə hakimi Elmira Axundovanın təklifi ilə, biznes üçün Həbib Axundova böyük pullar vermiş, həmin pulları geri ala bilməyən vətəndaşları prezidentə müraciət etdikləri üçün hər birini 10 min manat cərimələyib. Yəni haqlı olduqları halda vətəndaşlar haqsız duruma salınıblar.
Çıxarılan hökmü çəkinmədən qanunun aliliyi prinsiplərinə zidd olduğu söyləmək olar. Qanuni və əsaslı olması haqda qanunun tələblərinin hakimlər tərəfindən “unudulduğu” da açıq-aydın görünür.
Həbib Axundov haqda harın ifadəsi işlədiləndə o, vəzifə daşıyıcısı olmaqla Gömrük Komitəsində inspektor idi. 486 manat məvacib alıb “Miss Lafarella” yarışmasının qalibi, model Günel Mirzəyeva ilə gün keçirir, dəbdəbəli həyat tərzi sürürdü. Sonradan Günel Mirzəyeva elə Həbib Axundovun yaxtası ilə dənizin ortasına getdi və müəmmalı şəkildə suya düşüb həyatla vidalaşdı. Həmin günlərdə həyat yoldaşından boşanmış Günel Mirzəyevanın hamilə olması haqda xəbərlər də dolaşırdı. Yeri gəlmişkən bu cinayət işi də bu günə qədər araşdırılmayıb...
Elmira Axundovanın istəyi əsasında fantastik məbləğlərdə cərimə edilən vətəndaşların prezidentə ünvanlanan müraciətini şərtləndirən hərəkətlilik də diqqət çəkir. Deputat oğlu dostu və şəriki Elnur İbrahimovla biznes adı ilə anasının tanıdığı şəxslərdən pul yığıb. Pulu biznesə yatırmaq adı ilə yığıblar, pul aldıqları vətəndaşları aldatmaq üçün biznes görüntüsü yaradıblar. Elmira Axundova da hər fürsətdə adamlara çağırış etməklə oğlunun yaratdığı biznesinə pul yatırmağa çağırıb. Oğlunun uşaq vaxtlarından bizneslə məşğul olmasından ağız dolusu danışıb. O günlərdə Elmira Axundova cibində Azərbaycan parlamentinin deputatı vəsiqəsini gəzdirib. Faktiki isə onun bəhs etdiyi biznes mövcud olmayıb. Bəli, mövcüd olmayıb!!!
Beləcə ittiham aktına əsasən 8 milyon manat, faktiki isə 30 milyon manata qədər pul yığılıb. Günlərin birində isə Elmira Axundova çıxıb deyib ki, bəs “biznes ruxnul” – yəni, biznes çökdü.
Zərərçəkənlər inandırmağa hesablanan bu açıqlamadan sonra Axundovların gözgörəsi həddən ziyadə varlanması vəziyyətin tam aydınlaşmasına gətirib çıxarıb. Zərərçəkənlər müstəqil araşdırma aparıb dövlət qurumlarına sorğular veriblər, gözləri qarşısında pullarının əllərindən alınması üçün teatral səhnə qurulduğunu bir daha yəqinləşdiriblər. Bundan sonra prezidentə kollektiv müraciətlər göndərilib. Elmira Axundovanı da, oğlunu da hiddətləndirən bu məqamdır ki, bəs vətəndaşlar prezidentə niyə müraciət ediblər. Pulları böyük dələduzluq nəticəsində əllərindən alınan vətəndaşların özlərini də üstəlik hər birini 10 min manat cərimələyiblər. Həbib Axundov anasının “biznes ruxnul” elanından sonra həyat tərzini nəzərəçarpacaq dərəcədə dəyişib, bahalı maşınlar, yaxta, kef məclisləri qurması ilə diqqət çəkib. Bir daha qeyd edək ki, o günlərdə pul sahibləri, yəni zərərçəkənlər prezidentə mətbuat üzərindən müraciət ünvanlayaraq dələduzluqla üzləşdiklərini, ailələrinin çətin duruma düşdüyünü, işdə Elmira Axundovanın, harın həyat tərzi sürən Həbib Axundovun adlarının hallandığını qeyd ediblər. Mətbuatda Həbib Axundovun həyat tərzi haqda bir-birini əvəzləyən foto və videomateriallar yayıldığı günlərdə o, və anası Binəqədi Rayon Məhkəməsinə iddia verərək oğlunun harın olmadığını ortaya qoymağa çalışıblar. Elə həmin günlərdə prezident İlham Əliyev qudurğan məmurlar haqda kəskin ifadələr işlətmiş, onların harınlığına dözülməyəcəyini bəyan etmişdi.
Sitat:
“Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.
Binəqədi Rayon Məhkəməsində isə deyəsən prezidentin bu fikirlərini heç eşitməyiblər. Bu gün istənilən şəxs, elə Binəqədi Məhkəməsinin, Bakı Apelyasiya və digər məhkəmə instansiyalarının hakimləri də “Google” axtarış sistemində deputat oğlunun ad və soyadını – “Həbib Axundov” yazmaqla onun həyat tərzi haqda təsəvvürlərini zənginləşdirə bilərlər.
Yazı hazırlanarkən biz də eyni üsuldan istifadə etdik.
Axtarış nəticələri belə başlıqlarla sıralanır:
-Azərbaycanda deputat oğlu necə yaşayır?
-Həbib Axundovun gizli səs yazısı
-Həbib Axundov həbs olunan şəriki ilə rəqs edir
-Həbib Axundovun adı model Günel Mirzəyevanın ölümündə hallanır
Ən müxtəlif adlarla yayılan videolardan Həbib Axundovun həyat tərzinin harıqlıqdan ötə olduğunu sezmək də elə də çətin deyil.
Di gəl ki, Binəqədi Rayon Məhkəməsində 3 il davam edən, faktiki olaraq heç bir araşdırma aparılmayan proseslərdə hakimlər bu videoları yaxına buraxmayıblar, səs yazılarını dinləməyiblər, fotomateriallara baxmayıblar. Hər halda çıxarılan hökm belə nəticə çıxarmağa əsas verir. Hazırda iş Bakı Apelyasiya Məhkəməsindədir. Elmira Axundova da deputat deyil artıq. Hakimlərin ədalətli və qanuni qərar vermələri üçün ortada çox ciddi əsaslar var...
afn.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək
25 mart 2024 10:13
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05