Qəzada adam öldürən Gömrük rəisinə töhmət - FOTOFAKT
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yol qəzasında bir nəfərin ölümünə səbəb olmuş xalası oğlu, Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevə töhmət verib.
Bu barədə tia.az saytı məlumat yayıb.
Sayt xəbər verir ki, Vüsal Nuriyev bir müddət öncə sərxoş vəziyyətdə idarə etdiyi xidməti maşınla bir adamı vuraraq öldürüb.
Yayılmış məlumatda deyilirdi ki, Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib və avtomobil Saray yolunda yerləşən "Cərimə meydançası”nda saxlanır.
Məsələ mdiada işıqlandırıldıqdan sonra Səfər Mehdiyev Vüsal Nuriyevə təöhmət verib. Sayt həmin sənədin - raportun surətini də yayıb.
"Halbuki bu cür ağır əməl törətmiş şəxsə qanunla daha daha ağır –adekvat cəza verilməli idi", - məlumatda deyilir.
Xatırladaq ki, martın 22-də günorta saat 15-də paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşmuşdu.
Bundan sonra Tofiq Yaqublu açıqlama yayaraq təxribatla üzləşdiyini, ona hücum edildiyini dedi. O həmçinin Daxili İşlər Nazirliyinin "102" xidmətinə də zəng edərək, məlumat verdiyini açıqladı.
Martın 23-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3.(silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıldı və barəsində 3 ay həbsqətimkan tədbiri seçildi.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə Tofiq Yaqublunun həbsinin siyasi sifariş olduğunu bəyan ediblər.
Martın 25-də isə Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun birgə yaydığı məlumatda deyilirdi ki, Tofiq Yaqublu "VAZ-21074” markalı avtomobilin sürücüsü Elxan Cəbrayılovla mübahisə edib, onu nalayiq ifadələrlə təhqir edib, yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçanla sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub.
Rəsmi məlumatda müxalifətçinin E.Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müyyən edildiyi bildirilirib.
"Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində "VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanadı üzərində zədələrin olduğu da qeyd edilirdi.
Oxşar xəbərlər
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya