"Payızda nə olacağını Vilayət Eyvazovla Əli Nağıyevdən soruşun, Gültəkin Hacıbəyli!"
Əli Həziquliyev
Bugünlərdə Gültəkin Hacıbəylinin bir videoçarxını izlədim. Açığı deyim ki, bu qızın indiyəcən bir sətir cümləsini belə oxumamışam. Oxumamağımın səbəbi isə tamam başqadır. Birincisi onun radikal müxalifətə transferindən sonra nə danışacağını bildiyimdən vaxt ayırmaq istəməmişəm. İnqi qulaq asmağımın səbəbi isə mənə siyasətlə məşğul olan bir dostumun tövsiyyəsi oldu. Sonacan dinlədim. Anladığım o oldu ki, guya "payızda nəsə baş verəcək və Azərbaycan hakimiyəti də bundan bərk narahatdır".
İlk olaraq Gültəkin xanımın coxlu ozünütəkziblərindən bir-ikisini qeyd edim. Əhalinin sosial güzəranını sosial partlayış səviyyəsində qiymətləndirən xanim əfəndi dərhal da bilmədən təkzib edir: "İndi yaydır, havalar isti keçir, (İsti ha, hələ mən Bakıya gələndən belə sərin yay keçdiyini gorməmişəm. - Ə.H.) insanlar istirahətdədir, tələbələr tətildədir” və s.
İkinci özünütəkzib isə sual verənin "payızda nə olacaq ki, hakimiyyət narahatdır" sualına xanım siyasətçı dərhal cavab verir ki, bilmirəm. Bir dəqiqə keçməmiş özünü təkzib edir: "Biz Milli Şurada qərara gəlmişik ki, sentyabrdan etiraz aksiyalarımızın bərpasına nail olaq. Bunun üçün xarici təkilatlarla fəal iş aparırıq”. Buyurun, bu nəinki özünütəkzibdir, həm də ozünüifşadır. Bəs deyirsiniz əhalinin güzəranı o qədər aşağıdır ki, sosial partlayış olacaq? Bəs deyirsiz heç bir lüzum olmadan Əli Əhmədov bəyanat verib? Yox, əzizim, ya siz sosial partlayışın nə olduğunu bilmirsiz, ya da ki, insanları ələ salırsız. Sosial partlayış gözlənirsə xarici təşkilatlarla apardığınız iş nə üçündür? Bəlkə hansı xarici ermənipərəst qüvvələrlə danışıqlarınızın məğzini açıqlayasız? Bax indi biləsiz ki, hakimiyyət fil qulağında yatmayıb. Həm də ki, DTX-nın başında bir əli xalqın, bir əli də sizin kimi "xarici təşkilatlara” işləyən və adını müxalifət qoyanların cibində olan Eldar Mahmudov deyil. Əmin olun, axır ki, bu millətin təhlükəsizliyi yetərincə peşəkar birisinə həvalə olunub və Əli Nağıyev hər birinizin aldığı oksigenin miqdarını belə bilir. Harda, kiminlə kimin nə danışdığını, hansı təşkilatlardan kimlərin hesabına hansı miqdar pulun gələcəyini, "departamentin” sizi hansı gəmiyə topladğını Əli Nağıyev yaxşı bilir.
Qayidaq birinci özünütəkzibə. Yaxşı, sosial partlayış həddində olan insanlar nə zamandan istirahət edir. Bu nə məntiqdir? Harda görmüsünüz ki, acından "ölən” insan ailəsini də götürüb istirahətə gedir. Ayıbdır xanım, vallah ayıbdır. Mən iddia etmirəm ki, xalqın hamısı YAP rəsmilərinin dediyi kimi yağ-bal içərisində üzür. Bəli, Azərbaycan xalqının bəlli bir faizi yoxsuldur. Axı siz özünüz də yaxşı bilirsiniz ki, o yoxsullar sizin sosial bazanız deyil. Axi siz yaxşı bilirsiz ki, o yoxsulları sizin harda, kimin sifarişi ilə siyasi aksiya keçirəcəyiniz maraqlandırmır. Elə bilirsiz ki, bunu mən belə bilirəmsə hakimiyyət bilmir? Bilirsiz siz kimin və yaxud kimlərin istirahətdən qayıtmasını gözləyirsiz? Əgər sonradan "müxalifətə” gəlmiş birisi kimi bilmirsinizsə, yaşını və həyatını siyasətdə xərcləmiş birisi kimi deyim bilin. O yazdakı adı sizin olan bir mitinq vardı ha, Prezidentin kadr islahatlarının istiqamətini dəyişmək və tormozlamaq üçün hakimiyyətdaxili sizəoxşarların təşkilatçılığı ilə ora adam toplamışdılar, bax onları gözləyirsiz. Komanda alıbsız ki, möhkəm hazırlaşın, Prezident bir necə kadrla vidalaşmaq istəyir. Ümid edirsiz ki, bu dəfə də "ölməkdə və çürüməkdə” olan hakimiyyətdəki havadar və sponsorlarınızı qoruya biləcəksiz. Sponsor demişkən, bir bəd xəbər də mən verim. O "Meydan TV” var ha deyirsiz ki, xalq o kanalın qabagından qalxmır, guya bütün günü ona baxır, bax o kanalı Xədicə (bu Xədicə İsmayılova deyil) vasitəsilə MALİYƏləşdirən məmuru da yola salacaqlar.
Bilmirəm bilirsiz ya yox, sizinçün bir sürpriz xəbər də verim. Departamentin "poslannik”i kimi sizi bir gəmiyə yığan var ha, bilirsiz kimi kapitan təyin edib? Və onu da bilirsizmi ki, ötən seçkidə Rusiyanın sifarişiylə Rüstəm İbraımbəyovcün oynayan lideriniz Əli Kərimli bu dəfə də ona razılıq verib? İnanmıram Əli Kərimli bunu sizə etiraf edə. Çünki buna hələlik onun cəsarəti catmayacaq. Sizi aldadacaq ki, elə şey yoxdur, nə bilim Amerika mənə stavka edir və s. nağıllar. Nə yazıqlar ki, Amerika hər vaxt olduğu kimi bu dəfə də onu "seçmir”. O ancaq sizi aldada bilir, qos-qoca Amerikanı yox.
Ola bilər siz Vilayət Eyvazovu yaxşı tanımırsız. İş elə gətirib ki, onun həmkəndliləri ilə bir partiyada təmsil olunuram. Onun haqqında Qüdrət Həsənquliyevdən və digər həmkəndlilərindən də soruşmuşam. Kifayət qədər cəsarətli, öz prinsipləri olan, təmsil olunduğu komandaya və dövlətçiliyə sadiq birisidir. Cinayətkarlığa qarşı sərt və güzəştsizdir, dəfələrlə bunu sübut edib. Bu adamı sadəcə olaraq qorxutmaq mümkün deyil. Vilayət Eyvazov heç bir halda qanunsuz yolla hakimiyyət dəyişikliyinə imkan verməyəcək.
Payızda nə olacaq? Bu sualı aparıcı Gültəkin xanıma verəndə "bilmirəm” dedi. Mən nə olacağını deyim. Radikal müxalifət bir qrup adamı küçələrə tökəcək. Onlara dinc aksiya kecirməyə tam şərait yaradılacaq. Niyyətlərinin baş tutmadığından qəzəblənən siyasi başbilənlər təxribatlara yol açacaq. Dinc aksiyaları iğtişaşlara çevirmək istəyəcəklər və hakimiyyətin adekvat reaksiyası ilə qarşılaşacaqlar. Sonra da həbsxanalara düşən kasıb balaları üzərində yeni "alverlər” başlayacaq. Hakimiyyətin başı yenə qarışacaq qərbdəki ermənipərəst qüvvələrin təzyiqlərini dəf etməyə. Gözlənilən kadr islahatları ertələnəcək. Əli Kərimli kimilər də aldıqları "odüllərlə” bir müddət də kef edərək yaşamağa davam edəcəklər. Sizcə buna dəyərmi?
Mənbə: Aktual.az
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Samuxa yeni DYP rəisi təyin edilib
22 mart 2024 15:58
- Azərbaycanda kənddə yas mərasimində yemək qadağan edildi
22 mart 2024 14:58
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya