"Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
İqtisadiyyat29 mart 2024 16:26
Azərbaycan cəmiyyətində Zərdüşt Əlizadəyə münasibət heç vaxt birmənalı olmayıb. Rusdilli paytaxt elitasının sevimlisi olan Zərdüşt Əlizadəni millətçi kəsim heç vaxt qəbul etməyib. Liberal kəsimin də sabiq sosial-demokrata münasibəti birmənalı olmayıb.
Bütün bu fərqli rəylərə baxmayaraq Zərdüşt Əlizadənin hər məqaləsi və açıqlaması maraqla izlənilir. Əminik ki, bu müsahibə də fərqli müzakirələrə səbəb olacaq...
Qaynarinfo Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:
"Azərbaycan mədəniyyətinin kökündə farsdilli ədəbiyyat dayanır"
- Azərbaycan illər boyu materik imperiyalarının maraq dairəsində, əhatəsində olub. Gələn də, gedən də torpaqlarımızı ələ keçirməyə çalışıb, maddi və siyasi maraqlar toqquşub bu coğrafiyada. Bu səbəbdən də milli kimliyimizi qorumaq asan olmayıb və daim "Biz kimik" sualı aktual olub. Zərdüşt bəy, bəlkə siz bu suala cavab verəsiniz - biz kimik, avropalı, asiyalı, yoxsa...?
- ... Çoxmillətlilik, mədəniyyətlərin əhatəsində olmaq, onlarla təmasda olmaq böyük üstünlükdür, qazancdır. Gəlin, Azərbaycan mədəniyyətinə fikir verək. Azərbaycan mədəniyyətinin kökündə farsdilli Azərbaycan ədəbiyyatı dayanır. Bu ədəbiyyat regional olub və bölgəyə böyük təsir edib. Özbək Nəvai, tacik Cami, azərbaycanlı Nizami, Beyləqani, Məhsəti, Xəqani və s. farsca yazıb. Mirzə Fətəli Axundzadənin "Puşkinin ölümünə mərsiyyə"si fars dilində yazılıb, onu sonradan Azərbaycan dilinə tərcümə ediblər. Axundzadə müasir ədəbiyyatımızın banisidir. O, fəlsəfi "Kəmalüdövlə məktubları"nı da farsca yazıb.
Fars dili, fars mədəniyyəti bizə uzaq deyil. 20-ci əsrdə ən böyük şairlərimizdən biri olan Şəhriyarın irsinin 95 faizi fars dilindədir. Onun cəmi bir neçə əsəri Azərbaycan dilindədir. Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov rusca yazırdı. Natiq Rəsulzadə rus dilində yazırdı. Elə mənim - bəndəniz Zərdüşt Əlizadənin kitabları, məqalələri iki dildədir - həm Azərbaycan, həm də rus dilində. Afrikanın vaxtı ilə Fransanın müstəmləkəsi olduğu ərəb dövlətlərində, Tunisdə, Mərakeşdə, Əlcəzairdə fransızdilli ədəbiyyat var. Şimali Afrikada bütün oxumuş ərəblər fransızca yazırdılar, ölkələri müstəqil olandan sonra ərəb dilində yazmağa başladılar. Bizim fars, ərəb, rus, türk mədəniyyətləri ilə təmasımız ədəbiyyatımızın maraqlı olmasına imkan verib.
Mirzə Ələkbər Sabir Füzulinin davamçısı idi. Füzuli isə Bağdadda yaşayıb, heç vaxt Azərbaycana gəlməyib. Biz onu öz şairimiz, türkmənlər öz, türklər öz, suriyalılar, iraqlılar öz şairləri sayır. 1950-ci illərin sonu biz Füzulinin yubileyini qeyd edəndə bir iraqlı alim gəlmişdi. O təəccüblənmişdi ki, siz Füzulini öz şairiniz sayırsınız. Mən də dedim ki, o həm sizin, həm də bizim şairimizdir. Şair əgər böyükdürsə, bütün dünyaya, bəşəriyyətə məxsusdur. Doğrudur, Azərbaycan bu proseslərdə dəhliz rolunu oynayıb. Şimaldan-cənuba, cənubdan-şimala keçən qoşunlar burdan keçiblər, həm öz insani izlərini, həm də öz mədəni, ədəbi izlərini buraxıblar. Bu isə bizim çox böyük sərvətimizdir. Çoxmillətli mədəniyyətlər, şəhərlər maraqlı olur. Məsələn, Paris, London, Nyu York, Berlin çoxmillətli şəhərlərdir. Bu şəhərlədə mədəni həyat qaynayır. Sovet dövründə Bakı SSRİ-nin üç-dörd çoxmillətli şəhərlərindən biri idi. Türk ünsürü Bakıda çox azlıq təşkil edirdi. Ağlım kəsəndən qonşuluğumuzda ruslar, yəhudilər, ermənilər, ləzgilər, belaruslar, talışlar, polyaklar və s. o qədər millətlər yaşayırdı ki! Mən rus dilini mükəmməl bilirəm, çünki bütün xalqların bir-biri ilə təmasda olduğu mühitdə böyümüşəm. Bu mühitdə də əsas dil rus dili idi...
"Azərbaycan Rusiyanın işğalına qədər çox geridə qalmış Şərq ölkəsi idi"
- Söylədiniz ki, imperiyaların əhatəsində olmaq mədəniyyətimizə müsbət təsir etdi, bəs niyə elmi inkişafımıza təsir göstərə bilmədi?
- Əvvəla, Azərbaycan Rusiyanın işğalına qədər çox geridə qalmış Şərq ölkəsi idi. Nə bir sənayemiz, nə bir elmimiz var idi, heç mükəmməl dövlət sistemimiz də yox idi. Rusiya gəlib Şimali Azərbaycanı işğal edəndə burda bir-biri ilə düşmən olan 6-7 xanlıq mövcud idi. Onların da nə maliyyə imkanları, nə hərbi, nə sənaye qüvvəsi var idi. Sadəcə bir xan var idi, onun da pulu 5-10 nəfərdən ibarət kiçik hərbi dəstə saxlamağa çatardı. Yəni, mərkəzləşmiş bir dövlət yox idi. Qubalı Fətəli Xan Ərdəbil xanına məktub yazırdı ki, qardaşım, gəl, birləşək, gedək, Lənkəran xanlığının torpaqlarını zəbt edib, öz aramızda bölək. Yəni, vəziyyət belə idi. Xanlar bir-biri ilə rəqabətdə idi, onlar rus imperatoruna məktub yazıb, onun himayəsinə keçmək istəyirdilər. Belə şəraitdə elm və sənaye ola bilməz. Amma Azərbaycan Rusiyanın müstəmləkəsinə çevriləndən və Bakıda neft tapılandan sonra Qərbdə təhsil almış rus alimləri, o cümlədən qeyri-rus alimlər Azərbaycana gəlməyə başladılar. Öncə neft sənayesində ixtiralar başladı. Nobel, Rotşild Azərbaycana gəldi və burada sənaye inkişafı başladı, elmi ixtiralar oldu. Doğrudur, bu ixtiraları həmin vaxt azərbaycanlılar deyil, ruslar, almanlar, polyaklar edirdi, amma bu kəşflər Bakıda olurdu.
Daha sonra müstəqillik illərində bizim ilk müstəqil hökumətimiz olan AXC ali məktəb - universitet yaratdı və Razumovski soyadlı bir rus alimini Bakıya çağırdı. O, bizim universitetin ilk rektoru oldu. Rusiyadan Bakıya güclü alimlər, şərqşünaslar dəvət olundu. Juze kimi böyük elm adamı universitetin Şərqşünaslıq fakultəsində işləməyə başladı, ukraynalı alim Aqafangel Krımski burda işləməyə başladı. Həmin alimlər Azərbaycan tarixi haqqında kitab yazmağa başladılar. Nizami Gəncəvi, orta əsr farsdilli Azərbaycan ədəbiyyatı haqqında Krımskinin kitabı var. Yəni, filologiya, tarix sahəsində inkişaf başladı, o cümlədən neft sənayesi sahəsində elmi işlər gedirdi. Görkəmli rus alimləri ilə yanaşı, onların azərbaycanlı tələbələri də ortaya çıxdı. Onlardan biri də Yusif Məmmədəliyev idi ki, onun fəaliyyəti II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etdi. Ona müxtəlif mükafatlar verdilər və ADU-nun rektoru oldu. Sonralar isə bizim gənclərimiz Sovet İttifaqının müxtəlif elm mərkəzlərində oxumağa, işləməyə getdilər, bu zaman Azərbaycanda xeyli sayda dünya səviyyəsinə çıxa biləcək alim yetişdi.
Məsələn, indi çox insanın xəbəri yoxdur ki, görkəmli fizik Eldar Məsimovla müasirdir. Eldar Məsimov ali funkisya daşıyan suyun xassələrini tədqiq edir, onun haqqında elmi əsər yazır, onu təltif edirlər, amma bizdə onu tanıyan yoxdur. Bizdə güclü alimləri yox, Zauru, Elgizi, Xoşqədəmi tanıyırlar. Çünki cəmiyyətin istəyi budur.
"Azərbaycan xalqı ancaq pul qazanmaqla maraqlanır"
- Zərdüşt bəy, son illər Azərbaycandan xaricə beyin axını çoxalıb. Səbəb nədir?
- Bzim xeyli tanınmış alimlərimiz var ki, Qərbə gedərək, orda uğurla fəaliyyət göstərir. Universitetlərdə dərs deyir, elmi mərkəzlərdə işləyirlər, onların müəyyən ixtiraları var. Amma Azərbaycan cəmiyyətində xalq ancaq pul qazanmaqla maraqlanır. Xalq düşünür ki, yaxşı ev tikməli, maşın almalı, dəbdəbəli toy etməli, yaxşı yerləri gəzməlidir. Yəni, cəmiyyətdə elmə sifariş yoxdur. Azərbaycanın müasir tarixinə aid iki kitab yazmışam, o kitablarla maraqlanan, alan yoxdur. Hamı saxta tarixi xalqa yedirtməyə çalışır, ona görə də bu kitabları alan olmur. Xalq saxta tarixə inanır. Mənə isə inanmırlar. Mənim elmi əsərlərimi Azərbaycanda tanıyan yoxdur. Mən xoxanam, xortdanam. Biz elmə qiymət verməyən cəmiyyətik.
- Belə çıxır ki, bizdə bir çox ziyalılar siyasi konyunkturaya meyillidirlər...
- Bəli. Cəmiyyəti xilas etmək istəyiriksə, siyasi konyunkturadan uzaq olmalıyıq. Elm o ölkələrdə inkişaf edir ki, orada sənaye inkişaf edib. Sovet dövründə olan sənayeni isə müasir dövrdə məhv etdik. SSRİ-nin neftqayırma məhsullarına olan ehtiyacının 67 faizini Azərbaycan zavodları ödəyirdi. Azərbaycanda iki güclü zavodlar birliyi var idi, "Bakneftmaş” və "Azneftmaş”. Bakıda texniki ali məktəblər fəaliyyət göstərirdi. Neft tədqiqatı sahəsində işləyən elm ocaqları mövcud idi. Bunlar bağlandır. İctimai elmlər sovet dövründə o qədər də güclü deyildi. Çünki sovet hakimiyyəti həqiqətə ehtiyac duymurdu. Sənayesi olan ölkə fundamental elmləri, fundamental elmlər də tətbiqi elmləri inkişaf etdirir. Tətbiqi elmlər də sənaeyə xidmət edir. Bizdə də sənaye olmadığına görə adda-budda istedadlı alimlərimiz peyda olur, onlar da xaricə gedir.
"Mən Azərbaycan prezidenti ola bilərdim"
- Zərdüşt bəy, siz bu cəmiyyətin öndə gedən ziyalılarından birisiniz. Ümumiyyətlə, özünüz keçdiyiniz yolu təhlil edəndə nöqsanlarınız görürsünüzmü? Məsələn, düşünürsünüzmü ki, sosial-demokratiya ideyalarının ölkədə iflasa uğramasının başlıca günahkarlarından biri də şəxsən siz özünüzsünüz?
- Əlbəttə. Mən gərək xalqımızı sözlə yox, qamçı ilə tərbiyə edərdim. Həyatımda elə bir an olmuşdu ki, gəlib Azərbaycanın prezidenti ola bilərdim. Amma imtina etdim. Çünki gördüm ki, xalqım kaldır, yetişməyib, geridə qalıb, düzgün sözü xoşluqla anlamır. Yalnız ona zor tətbiq edəndə, döyəndə, həbs edəndə qanır. Mən bunu bacarmadım, döymək də istəmədim, prezident olmaqdan da imtina etdim. Bu isə mənim günahımdır. İndi isə hansısa miskin bir varlıq çıxıb deyir ki, mən sosial demokratam, o zaman deyirəm ki, mən də Çin imperatoruyam.
"Azərbaycan Xalq Cəbhəsini mən yaratmışam"
- Çox əsəbi cavablar verirsiniz. Belə başa düşdüm ki, hərəkat dövründə intelektuallarla qaragüruh arasında mübarizə gedib. Siz də uduzmusunuz. Məğlub olmağınızı da həzm edə bilmirsiniz...
- Qızım, intelektuallar mübarizə aparmırlar. Onlar üzünü tutur xalqa, onlara müraciət edir. Əbülfəz Əliyevin başçılıq etdiyi qaragüruh, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı, İsa Qəmbər, Pənah Hüseyn hamısı qaragüruh idilər. Onlar xalqdan alət kimi istifadə edir, intelektualların sözünü qəribçiliyə salırdılar. Düşünməyi bacarmayan cahil xalqa deyirdilər ki, Zərdüşt Əlizadə əslən iranlıdır, atası KQB-nin agentidir, özü Mərkəzi Komitəyə işləyir. Bu cür axmaq fikirləri səsləndirirdilər, xalq da başını sallayıb, onlara inanırdı. Məsələn, onlar deyirdi, Rusiya bizim düşmənimizdir, mən isə deyirdim Rusiya qüdrətli dövlətdir, ona təpik, kəllə atmayın. Onunla siyasət yürütməyi öyrənin. İranla düşmənçilik etməyin, güclü dövlətdir. Onlar da deyirdi, Zərdüştün atası İrandan gəlib Azərbaycana, ona görə düşməndir, xaindir. Hamı da buna inanırdı. Mən də boğaza yığıldım. 1990-cı ilin yanvarın 7-də Xalq Cəbhəsini, özüm yaratdığım Xalq Cəbhəsini tərk edərək getdim. Son sözüm də oldu ki, bəylər, mən qan, zor, məğlubiyyət istəmirəm. Qışqırdılar ki, satqınsan, qorxaqsan. Yanvarın 7-də təşkilatdan getdim, yanvarın məlum hadisələr oldu, ayın 20-də rusun ordusu gəldi, məlum hadisələr baş verdi və hərəkat məğlub oldu.
- Xalq Cəbhəsini siz yaratmısınızsa, niyə onu başqalarına verdiniz, mane olanları qovardınız da...
- Yenə də deyirəm - AXC-ni mən yaratmışam, Əbülfəz Əliyev yaratmayıb, o, mən yaratdığım Xalq Cəbhəsinə gəlib. İlk dayaq dəstələrini mən yaratmışam, ilk proqram sənədlərini mən yazmışam. Əbülfəz Əliyevlik deyildi ki, elmi-nəzəri konsepsiya yazsın.
"Əbülfəz Əliyev, Nemət Pənahlı, İsa Qəmbər, Etibar Məmmədov Şeyx Nəsrullah idi"
- Onlara uduzduğunuzu qəbul edərəkmi getdiniz, yoxsa sizə qapını göstərdilər?
- Mən onlara uduzmadım. Gördüm ki, xalqım kaldır, anlamır, getməyə məcbur oldum. Mən öz xalqımı çox sevirdim, indi də sevirəm. Lakin mənim ağlımda yalnış təsəvvür var idi. Düşünürdüm ki, xalq müdrikdir, qabiliyyətlidir, yaxşını pisdən ayıra bilir. Sonra gördüm ki, bu xalq avamdır, cahildir, Sabirin təsvir elədiyi, Mirzə Cəlil Məmmədquluzadənin təsvir elədiyi kimidir, Novruzəlidir. Düz sözü, xoş sözü anlamır. Şirin yalanları daha üstün tutur. Hansısa dələduzları sevir. Mirzə Cəlilin "Ölülər” əsərində Kefli İsgəndər düz sözü deyirdi, Şeyx Nəsrullah və onun ətrafındakı Şeyx Əhməd xalqa yalan deyirdi. Bəs əsərdəki müsəlmanların çoxu kimə inanırdı? Təbii ki, Şeyx Nəsrullaha. Əbülfəz Əliyev, Nemət Pənahlı, İsa Qəmbər, Etibar Məmmədov Şeyx Nəsrullah idi. Mən də Kefli İsgəndər idim. Cəbhədəki gəda kütləsinə mən yad idim.
"Bizim cəmiyyətdə fərqli fikir söyləyənə Babı deyiblər"
- Xalqı günahlandırmaq nə dərəcədə düzgündür? Bu hadisələrdə xalqın günahı nədir ki?
- Biz dünyanın qabaqcıl ölkələrindən çox geri qalmışıq. Avropada orta statistik işçi hər ay 3000 avro maaş alır, biz də isə pensiyaçıya 300 manat verirlər. Bizdə insanlar miskin həyat sürür. Bu pensiyanı alan nə teatra gedə bilər, nə səyahət edə, nə yaxşı geyinə bilər. Əhalinin əksəriyyəti kasıb yaşayır. Ona görə ki, siyasi mədəniyyəti yoxdur. Bizim xalqımızın mətbəxt mədəniyyəti, ədəbiyyat mədəniyyəti var, amma siyasi mədəniyyəti yoxdur. Evdə bişməyib, qonşudan gəlməyib. Bizdə fərqli fikir söyləyənə Babı deyiblər. Xalq Cəbhəsinin yaradıcısı Zərdüşt Əlizadə Babı idi. Xalqın bilmədiyi demokratiya, təkamül yolu, dinc şəraitdə mübarizə, qanunlara hörməti təbliğ edirdim. Vəzifə ehtirası ilə yanan insanlara bu çox ağılsız fikirlər kimi gəlirdi. Ona görə də dövlət idarələrinə, ermənilərə hücum edirdilər. Və axırda da bu vəziyyətə düşdülər.
"Həsən Həsənov hakimiyyət dəhlizlərində vəzifə naminə mübarizə aparırdı"
- Dediniz ki, o dövrdə ziyalılar gözə dəymirdi. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra çıxışları meydanlarda paylaşılan Həsən Həsənovu Azərbaycan ziyalılarının bir nümayəndəsi hesab etmək olarmı?
- Həsən Həsənov Mərkəzi Komitənin katibi idi. Mitinqlərdə heç vaxt çıxış etmirdi. Hakimiyyət dəhlizlərində vəzifə naminə mübarizə aparırdı.
- Yəni...
- O əlbəttə ki, savadlı adam idi, kitablar yazırdı, pyesləri tamaşaya qoyulub. Amma ona Azərbaycan ziyalısı demək olmaz. Ona qalsa bütün Azərbaycan siyasi xadimlərinə ziyalı deməliyik. Ziyalının funksiyası başqadır. Onlar siyasi xadimlərdir. Ziyalının əsas qayəsi xalqa və həqiqətə xidmət etməkdir. Həsənov isə yüksəlmək üçün vəzifə davası aparırdı, ölkənin başçısı olmaq istəyirdi. Alınmadı, ondan daha bacarıqlı olan Heydər Əliyev qayıtdı və prezident oldu.
- Bəs elə ziyalılarımız varmı ki, onlar da sizin düşündüklərinizə yaxın düşünür? Yoxsa Siz tək və bənzərsizsiniz?
- Mənim ətrafımda çox hörmətli cəmiyyət, özək var. Bir-birimizi tanıyırıq, hörmət edirik. Səhrada tək-tənha deyiləm. Az-çox qədrimi bilən, tanıyan, fikirlərimə hörmət edən insanlar var. Mən də onlarla təmasda oluram, yalquzaq deyiləm.
"Rusiya imperiyası bizi döyə-döyə Şərqdən qoparıb Qərbə gətirdi"
- Az öncə söylədiniz ki, Azərbaycanda siyasi mədəniyyət yoxdur və inkişaf etməyib. Bəs bundan sonra siyasi mədəniyyətin inkişafı mümkündürmü? Mümkündürsə, hansı yollardan keçməliyik?
- Tarixin bir yolu var. Bu tarixi yolun üstündən də sıçramaq mümkün deyil. Ya hansısa xarici dövlət gəlib bizi işğal eləməli, xalqı döyə-döyə irəli aparmalıdır, necə ki, Rusiya imperiyası gəlib bizi döyə-döyə Şərqdən çıxarıb, Qərb dünyasına gətirdi. İndi də demokratiyanı ancaq elə öyrənə bilərik. Necə ki, Yaponiyanı döyə-döyə inkişaf etdirdilər, Almaniyanı döyə-döyə nasizm ideologiyasından xilas elədilər. Bizi də döyə-döyə gerilikdən, cəhalətdən xilas etmək mümkündür. Bu, zorakılıqla mümkün olur. Bir də var, tarixin təkamül yolu. İnsanlar görərlər, öyrənərlər. Azərbaycanda müftə pul mənbəyi tükənər. Zərurət yaranar ki, insanlar işləyib qazansınlar. İşləməyə mane olan ünsirləri xalq qovar, xalq azad yaşayıb, azad işləyə bilər. Bunun üçün islahatlar aparılmalıdır. İnzibati, iqtisadi, təhsil, bir sözlə hər sahədə işlək, bütün dünyada öz səmərəsini sübut etmiş qanunları Azərbaycanda tətbiq etmək lazımdır. Bunlar baş verərsə, biz də gözümüzü açıb birdən görərik ki, Azərbaycan xalqı savadlanıb, qanuna hörmət edir, işləyir, öz zəhməti ilə qazanır. Cəmiyyətdə qanunlar işləyir, məhkəmələr azaddır və s.
"Yaşım çoxdur, az ömrüm qalıb"
- Gözəl arzulardır. Bəs bunlar nə vaxt baş verəcək?
- Mənim yaşım çoxdur, bunu görməyəcəyəm. Stalini görmüş, Xuruşşovun çox saatlıq çıxışlarını eşitmiş adamam. Heydər Əliyev hakimiyyətə gələndə mənim 23 yaşım var idi. Yəni, belə şeyləri çox görmüşəm. Əminəm ki, arzuladığımı görməyəcəm, amma məndən sonrakı gənc nəsil həm oxumalı, həm işləməlidir ki, Azərbaycan cəmiyyətini islah edə bilsin. Öz hüquqlarını müdafiə eləsin, vətəni irəli aparsın, elmini, mədəniyyətini inkişaf etdirsin. İnanıram ki, bu da olacaq. Çünki indi inkişaf etmiş xalqlar vaxtı ilə çox geridə qalmışdı. İngiltərə, Almaniya, Fransa, İsveç bu yolları keçib. İsveçdə görmüşəm, kəndlərində insanlar heyvanlarla bir yerdə yaşayırdılar. Belə yaşayan İsveç indi dünyanın ən mədəni, ən qabaqcıl ölkəsinə çevrilib. Mən əminəm ki, indi çörəyini oğurluqdan çıxaran, qonşusunun tarlasından oğurluq edən Azərbaycan kəndlisi nə vaxtsa gəlib öz zəhməti ilə yaşayacaq, dolanacaq. Xalq oyanacaq və yavaş-yavaş, təkamül yolu ilə inkişaf edəcək. Əsas gəlirlər neft-qazdan yox, xidmət sektorundan olacaq. İndiki vəziyyətimiz ağlamalıdır. Amma əminəm ki, hansısa bir quruluş bizi xilas edəcək, mən isə bunu görməyəcəyəm.
Oxşar xəbərlər
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Planetar düşüncəli lider…
31 oktyabr 2024 13:29
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 2024 11:50
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 2024 23:19
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 2024 18:20
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 2024 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 2024 10:19
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 2024 09:14
Xəbər lenti
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14
Video & Fotoqalereya
Video
Fotoqalereya