“Yasda 10 dəqiqə oturub başsağlığı verdin, dur, get!”
“Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.
Bunu “Yeni Müsavat”a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, bildirib ki, indiyə qədər tətbiq olunan qaydaların yığışdırılması zərurəti yaranıb: “Yazılır ki, filankəs ölüb. Allah rəhmət eləsin! Ölüb, ölüb də. Rəsmi adamdırsa, bu, başqa məsələ. Dövlət başçısı buna başsağlığı verir. Necə ki, hardasa zəlzələ, yaxud başqa ağır hadisə baş verəndə, çoxsaylı insan tələfatı olanda dövlətlərin başçıları bir-birinə başsağlığı verirlər, bu, başqa şeydir. Ya da Azərbaycanın hansısa dövlət xadimi və ya mədəniyyət-incəsənət xadimi rəhmətə gedəndə dövlət başçısı bununla bağlı başsağlığı verir, nekroloq imzalayır. Bunlar fərqli məsələdir. Amma birinin qayınanası, qayınatası ölüb, Allah rəhmət eləsin, başsağlığı yarışı başlayır, qəzetin bir hissəsi belə şeylərə sərf olunur. Başsağlıqları növbəyə düzülür. Zəng elə, başsağlığı ver, daha bunu başqasına niyə elan edirsən ki? İndi biz istəyirik bunu qanuni formaya salaq”.
Komitə sədri digər dəyişikliklərin də anonsunu verib: “Deyək ki, hardasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində... Bəziləri dövlət məmuru, icra başçısı, polis rəisləridir, onların o qədər işi var ki. Əlacsızlıqdan gəlirlər, orada otururlar. Tez gedəndə deyirlər niyə məclisi tez tərk elədi? Belə şeylərlə insanların vaxtını almaq olmaz. İstəyirik ki, bütün bunların hamısını qanuna daxil edək və bu məsələlər birdəfəlik öz həllini tapsın”.
Milli Məclisin komitə sədri keçən il parlamentə göndərilən “Dini etiqad azadlığı haqqında” Qanunun nədən yaz sessiyasının müzakirəyə çıxarılmamasına da aydınlıq gətirdi: “Biz qanun layihəsinə baxdıq. Orada bütün məsələlər tam əksini tapmamışdı. Müəyyən məsələlər var ki, onlar layihədə əks olunmalı, həmin məsələlər öz həllini tapmalıdır. İndi layihənin üzərində iş gedir. Yəqin ki, payız sessiyasında qanun layihəsini işləyib, qəbul edəcəyik”.
S.Novruzov bildirib ki, “ehsan qadağası” məsələsi də gündəmdədir: “Bu da bizim nəzərimizdədir. Bəzi yerlərdə məsələlər həllini tapıb. Məsələn, Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz. Ehsan masasında çay, limon, xurma, halva ola bilər. Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.
Komitə rəhbəri qəbiristanlıqlardakı başdaşları ilə bağlı Nazirlər Kabinetinin qərarının olduğunu da vurğulayıb: “Nümunəvi qəbiristanlıqların salınması ilə əlaqədar qərar verilib. Biz bunu qanun kimi qəbul etmək istəyirdik, sonra məsləhət oldu ki, Nazirlər Kabineti qərar versin. Çünki o yerləri Nazirlər Kabineti ayırır. Beləliklə, Nazirlər Kabineti qərar verdi. Şəhidlərin, Fəxri Xiyabanda dəfn olunanların məzarlarını çıxmaq şərtilə, digər qəbiristanlıqlarda məzar daşları eyni ölçüdə olmalı, nömrələnməli, kitaba işlənməlidir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək”.
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
