Sabiq nazirlə eks-prezident köməkçisi arasında qarşıdurma: “Yalandır!”
Maraqlı10 oktyabr 2019 14:49
Xalq Cəbhəsinin hakimiyyəti dövrüdndə təhsil naziri olmuş Firudin Cəlilovun mətbuatda dərc olunmuş müsahibəsi qalmaqala səbəb olub.
"Bakupost”a danışan Firudin Cəlilov eks-prezident Əbülfəz Elçibəy haqqında kəskin ifadələr işlədib. Elçibəyin hakimiyyətə gəlməsində özünü də günahkar sayan F.Cəlilov onu zəif adam kimi xarakterizə edib, bir sıra məqamlara toxunub və test üsulunu təhsilə özünün gətirdiyini vurğulayıb.
Firudin Cəlilovun açıqlamaları Əbülfəz Elçibəy tərəfdarlarının qəzəbinə səbəb olub.
Modern.az-ın məlumatına görə, eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Firudin Cəlilovu gop, yalan, böhtan danışmaqda ittiham edib.
"Firudin Cəlilov əvvəllər də verdiyi bəzi müsahibələrdə Əbülfəz bəyə qarşı etikaya uyğun olmayan formada qərəzini büruzə vermişdi. O zaman xəstəliyini nəzərə alıb cavab verilməmişdi. Amma indi elə iddialar səsləndirib ki, şahidi və iştirakçısı olduğumuz yaxın tarixi saxtalaşdırmasına dur demək zərurəti yarandı”.
F.Cəlilovun "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır" ifadələrinə diqqət çəkən O.Qasımova "Adamdan soruşarlar ki, nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın?” deyə sual edib.
O.Qasımov daha sonra əlavə edib: "Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir?”.
O.Qasımov qeyd edib ki, hakimiyyətə gəlməzdən əvvəl bir universtitet müəllimi olan Elçibəy təhsil sahədəki problemləri yaxşı bilir, bu sistemindəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmağın yolunun test üsulunun tətbiqindən keçəcəyinə dərindən inanırdı.
"Misirdə işlədiyi vaxtdan bu barədə düşünmüş sonrakı dövrlərdə Türkiyədən gələn təhsil mütəxəssisləri ilə bu mövzuda xeyli müzakirələr aparmış, test üsulunun tətbiqi məsələsini seçki platformasına daxil etmişdi. İdeyanın müəllifinin Elçibəy olduğunu çox sayda şahidlər təsdiqləyə bilər”.
Oqtay Qasımovun sözlərinə görə, Elçibəylə F.Cəlilovun münasibətləri 1991-ci ilə qədər yaxın olsa da, o zaman Ali Sovetdə Latın əlifbasına keçidlə bağlı aparılan müzakirələr aralarında soyuqluq yaranmışdı.
"Belə ki, Elçibəy gələcəkdə yaranacaq vahid Türk əlifbası məsələsində onunla həmrəy olduğunu bildirən Firudun müəllimə aralarındakı razılaşmanın Ali Sovetdədəki müzakirələrdə yeni əlifbada nəzərə alınmasını təklif etməyi tövsiyə edir. O isə bu söhbəti mərhum İsmayıl Şıxlıya çatdıraraq prosesə mane olduğundan, Elçibəy bunu ona sonadək bağışlamadı. Hakimiyyət dönəmində prezident tərəfindən qəbul edilməyən nazirin onun qapısını çırpıb getmək uydurması sadəcə gülüş doğurur və qeyri-ciddidir. Firudun müəllimi Baş nazirin müavini vəzifəsinə Elçibəy yox, Mütəllibov təyin edib və 18 may 1992-ci ildə Rəhim Hüseynov başda olmaqla Mütəllibovun 14 mayda təyin etdiyi bir çox şəxslərin təyinatı əldə edilən razılaşmaya görə Ali Sovetdə təsdiq edilib. Elçibəyin Cəlilova soyuq münasibətinin nəticəsi və işindəki bəzi nöqsanlara görə Təhsil Nazirliyi iki yerə ayrııb və digər hissəsinə mərhum Tofiq Haciyev rəhbər təyin edilib”.
O.Qasımov deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) o zaman da Təhsil Nazirliyinə yox, birbaşa prezidentə tabe olduğundan bu qurumu F.Cəlilovun yaratması fikri yalandır.
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya