ƏLİ HƏSƏNOV İLƏ ÜÇ AYLIQ TANIŞLIQ
Yazı-pozu adamları ilə siyasətçilər arasında ta qədim zamanlardan üzvi bir münasibət olub. Tarixdə buna aid xeyli misal var. Elə bir görkəmli şair, yazıçı, filosof, mütəfəkkir tapmaq mümkün deyil ki, “saray” ilə əlaqəsi olmasın. Firdovsidən Nizamiyə, Nizamidən Füzuliyə, Füzulidən Vaqifə, Vaqifdən Nazim Hikmətə, Səməd Vurğuna qədər – bütün söz nəhənglərinin hökmdarlar, vəzirlər, dövlət başçıları və əyanları ilə münasibətləri olub. Eyni sözləri Dante, Şekspir, Bayron, Drayzer, Qorki, Bulqakov və digər Qərb yazarları haqda da söyləmək olar. Biz qələm əhlini nə qədər xalqa bağlamaq istəsək də, “xalq şairi”, “xalq yazıçısı” adlarına önəm versək də, “saray şairi” epitetini qəbul etmək istəməsək də, bu bir acı həqiqətdir ki, xalq demək olar ki, heç vaxt söz sənətkarlarını yaşatmayıb, onlara dəstək olmayıb. Yalnız onların sözlərindən zövq alıb ki, o da yenə dövlətin, hakimiyyətin təbliğatı sayəsində və çox zaman da öləndən sonra olub.
Qələm əhli ilə dövlət arasındakı münasibətlər onların qarşılıqlı marağına, dövlət adamları ilə yazarların təfəkkür yaxınlığına əsaslanır. Dövlətin hər zaman sözün qüdrətinə ehtiyacı var, söz adamının da dövlətin dəstəyinə. Bu həqiqəti hətta ədəbiyyatın xəlqiliyini təbliğ edən, onu hər vəchlə xalqa bağlamağa çalışan, “xalq şairi”, “xalq yazıçısı” adları təsis edən sovet ideologiyası da qeyri-rəsmi qəbul edir, söz adamlarını öz orbitində saxlamağa çalışırdı.
Bu mənada məşhur rus yazıçısı Mixail Bulqakov ilə İosif Stalin arasında baş vermiş bir hadisə olduqca maraqlı və ibrətamizdir. Bütün söz adamlarının həyatında olduğu kimi, Bulqakov da xeyli müddətdir işsiz idi. Onu çap etmirdilər. Ölkədən getməyə qərar vermişdi. Ancaq getməzdən qabaq Stalinə müraciət etməyi də sınaqdan keçirmək istəyir və görüşə nail olur. Stalin ona iş üçün MBAT-a (Moskva Bədii Akademik Teatrı) müraciət etməyi məsləhət bilir. Bulqakov deyir ki, yoldaş Stalin, məni ora heç süpürgəçi də götürməzlər. Rəhbər qayıdır ki, sən bir də yoxla, bəlkə, götürdülər. Bizim onlarla müəyyən münasibətlərimiz var, xahiş edərik, nəzərə alsınlar...
Bəli, Bulqakovu teatra işə götürür, əsərlərini də çap edirlər və kimin nə deməsindən asılı olmayaraq, rus və dünya ədəbiyyatı bu sayədə gözəl əsərlər qazanır...
Mən özümü yuxarıda adlarını çəkdiyim sənətkarların heç birinə tay tutmuram, amma beş-on tərcüməm, hekayəm, povestim, memuarım, məqaləm, essem var. Ancaq onları oxuyan və oxumayan xalqımdan elə bir dəstək görməmişəm. Xalqımız Nadir Qafarzadəni Nadir Qocabəylidən daha yüksək qiymətləndirməyə meyilli olduğundan, biz də dövlətimizə sığınmağa meyil etmişik. Amma dövlətin himayəsinə nail olmaq da elə asan məsələ deyil, rəqabət böyük, meyarlar sərt, iyerarxiya mürəkkəb, labirintlidir. Haradan başlayacağını bilmirsən. Çünki bir çox hallarda bu səndən zərrə qədər asılı olmur, gərək səndən əvvəl atan, baban başlayaydı, ancaq o rəhmətliklər də bizi dünyaya gətirməkdən və güc-bəla ilə böyütməkdən başqa bir şey edə bilməyiblər...
Odur ki, əbədi və ədəbi işsizlik həyatı yaşayan yazı-pozu adamlarından biri olaraq yenə iş axtarışında ikən bir dostum mənə dövlətimizə müraciət etməyi məsləhət gördü. Dedim, axı bunun yolu uzundur. Hansısa birliyin, ittifaqın üzvü olmalısan, orada adamın olmalıdır, səni kimlərəsə tapşırmalıdır və s. Mənə isə kəsə yol, iş, çörək lazımdır. Prezidentimizə və vitse-prezidentimizə müraciətlərimin ünvanına çatması real deyil, çünki əvvəla müraciət edən çoxdur, ikincisi də, çatdırmırlar. Dostum qayıtdı ki, sən xeyli müddətdir heç bir təmənna güdmədən mövcud hakimiyyətin siyasi xəttinə obyektiv münasibət bildirirsən, həqiqəti söyləyir və dəstək verirsən, ola bilməz ki, səni görməsinlər. Cavab verdim ki, bu mənim içimdən gələn bir mövqedir, düşündüklərimi yazıram, ancaq reallığı da bilirəm. Yazı pul gətirən sənət deyil, bazarı da yoxdur, ona görə dövlətdən nə umum?..
Dostum bir xeyli düşündükdən sonra dedi ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət elə. Sən onsuz da hakimiyyətin siyasətini müdafiə edən yazılar yazırsan, qoy saytlar dərc eləsin və müəyyən qonorar ödəsinlər. Açığı, Əli Həsənovun mənə iş verəcəyinə qətiyyən inamım yox idi. Onu qiyabi tanıyırdım, bilirdim ki, hakimiyyətin ən fəal məmurlarındandır, fəaliyyətini izləyirdim və sosial şəbəkələrdə haqqında bir neçə dəfə yazmışdım. Doğrusu, tənqid də etmişdim, təqdir də. Amma heç birinə reaksiya verən olmamışdı.
Dostum dedi, sən onun adına bir məktub yaz, özün haqda məlumat ver, işsiz olduğunu qeyd elə, mən də çalışım məktubu ona çatdırsınlar. Könülsüz razılaşdım. Ancaq məktubu yazdım və göndərdim.
İnanın ki, heç bir həftə keçməmiş Stalin Bulqakova zəng vurduğu kimi, mənə də Prezident Aparatından zəng gəldi. Yazılarımla tanış olduqlarını söylədilər və əlavə etdilər ki, Əli Həsənov vaxtı olan kimi məni qəbul edəcək. Bulqakov kimi, mən də sevindim, təbii.
Daha bir həftədən sonra yenidən zəng vuraraq, məni PA-ya dəvət etdilər və Prezidentin köməkçisi ilə görüşdüm. Onu quru və rəsmi adam hesab edirdim, odur ki, xarakterimə zidd də olsa, söhbət üçün rəsmi bir mətn hazırlayıb əzbərləmişdim. Ancaq ehtiyac olmadı. Əli müəllim məni elə səmimi, elə isti qarşıladı ki, elə bil əlli ilin dostuyuq. Masanın arxasından qalxıb çıxdı və biz uzun otağın ortasında əl tutuşub görüşdük. Sonra mənə jurnal stolunun arxasındakı yumşaq divanda yer göstərdi, özü soldakı kresloda əyləşdi. Mənimlə köhnə dostlar kimi söhbət etdi, hal-əhval tutdu, bəzi yazılarımı oxuduğunu, xoşuna gəldiyini bildirdi. Dedi ki, dərhal hiss olunur ki, adi jurnalist qələmi deyil. Cavab verdim ki, filoloqam. Dərhal sifəti işıqlandı, ədəbiyyatı çox sevdiyini söylədi. Sonra dedi ki, işlə bağlı mənə kömək etməyə çalışacaq, amma hələlik yazılarımı davam etdirim, saytlara təqdim edim. Duruxduğumu görüb, Stalin sayağı əlavə etdi ki, bizim müəyyən əlaqələrimiz var, xahiş edərik, sizə qonorar yazarlar. Hər hansı ideyalarınız, layihələriniz olsa, dəyərləndirərik. Sonda Əli Həsənov mənə dedi ki, bugündən özünü İlham Əliev komandasının üzvü hesab elə, yazılarında bu siyasətin mahiyyətini cəmiyyətə izah etməyə çalış. Ona minnətdarlıq edərək çıxdım...
Mənim 52 yaşım, az-çox həyat təcrübəm, mütaliəm var. Ədəbiyyatı, tarixi, məntiqi və psixologiyanı az-maz bilirəm. Ölkədə və xaricdə, müxalifətdə və iqtidarda çoxlu tanınmış insanlarla təmaslarım, görüşlərim olub. Hazırkı Milli Məclisdə 10-dan artıq deputatla salam-əleykim olub, vaxtilə müxalifətdə olan, indisə iqtidarda vəzifə tutan tanışlarım var. Müxalifətin o zamankı və indiki liderləri, funksionerləri ilə münasibətlərim olub. Doğrusu, heç kəsdən Əli Həsənovdan gördüyüm diqqəti və hörməti görməmişəm. Demirəm, mənə hörmətsizlik ediblər, ancaq onun kimisi olmayıb. Ancaq hörmətsizlik edənləri, qəbul otağında bir saat gözlədib içəridə filmə baxanları, feysbukda dostluğumu qəbul etməyənləri, məktubuma, mesajıma, rəyimə cavab verməyənləri, məndən çuğulluq edənləri, çörəyimə bais olanları da olub və var. Halbuki özlərini cəmiyyətə daha demokratik, daha canıyanan, daha vətənpərvər, millətpərəst kimi təqdim edirlər. Əli Həsənovla görüşdükdən sonra bir daha anladım ki, insanlara uzaqdan qiymət vermək çox çətindir və çox zaman yanılırıq.
Əli müəllimlə görüşdən sonra onun haqqında bir yazı yazdım. O mənimlə əlaqə saxlayaraq təşəkkürünü bildirdi, ancaq dərhal da əlavə etdi ki, “mənim haqqımda yazmaq lazım deyil.” Yalnız İlham Əliyevin siyasi kursunu, islahatları dəstəkləyən, onlara mane olanlar haqqında yazılar yazmaq lazımdır. Sonradan ulu öndər Heydər Əliyevin dövlət dili siyasəti, Prezident İlham Əliyevin islahatlarla bağlı keçirdiyi müşavirə haqqında yazdığım yazıları bəyəndiyini mənə yazdı və təşəkkürünü bildirdi.
Əli Həsənovla üç ay bundan qabaq başlayan tanışlığım həyatımın ən işıqlı dövrlərindən biri kimi hər zaman xatirimdə qalacaq. O mənim yaddaşıma xeyirxah və gözəl insan, ağıllı və müdrik, ideya və prinsilərinə sadiq bir dövlət adamı kimi həkk olunub.
Nadir Qocabəyli
- Terror zamanı həlak olanların yaxınlarına 3 milyon veriləcək
23 mart 2024 16:53
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- Köçkünlər üçün imtiyazlar və çörək pulu nə vaxtadək davam edəcək?
21 mart 2024 15:17
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- NAR-ın Dinlət xidməti pulsuz oldu!
14 mart 2024 07:56
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA
11 mart 2024 20:38
- Baş nazirin pensiyaçı müavinləri - Onlar GEDİR
11 mart 2024 18:56
- İlham Əliyev bu hərbçiləri təltif etdi - SİYAHI
11 mart 2024 13:08
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05