Deputatlar silahlarını təhvil verib? - “Bir güllə belə atmadim
İdman13 dekabr 2019 10:04
Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malik olsalar da, V çağırış Milli Məclisin üzvləri bu imtiyazda istifadə etməyiblər.
Milli Məclis üzvlərinə xidməti silahın verilməsi ilk dəfə 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:
"Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.
Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər.
Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunaraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.
Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Maraqlıdır, qanunun icazə verdiyi halda, niyə Milli Məclisin deputatları silah gəzdirmir?
"Silah gəzdirməyə ehtiyac vardı”
V çağırış Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağlamalı bildirib ki, deputatın silah gəzdirməsi qanunla qadağan edilməyib, amma əsas məsələ buna zərurətin olub-olmamağıdır.
"Yəni gəzdirə bilər. Milli Məclisin deputatlarının silah gəzdirməsi məsələsi uzun illər bundan öncə parlamentdə müzakirə olundu. Həmin vaxt deputatların əksəriyyəti Milli Məclisin üzvlərinə silah gəzdirmək səlahiyyətinin verilməsinin tərəfdarı oldu. O vaxtlar cəmiyyətdə narazılıqlar vardı. Təhlükəsizlik məsələlərində problemlər mövcud idi. Həmin illərdə vəziyyət elə idi ki, silah gəzdirmək məsələsi reallğı əks etdirirdi. Həqiqətən də, silah gəzdirməyə ehtiyac vardı”.
"Silahı uzaq yola çıxanda götürürdüm”
F.Ağamalı qeyd edib ki, bu gün deputarın silah gəzdirməsinə ehtiyac yoxdur:
"Bu gün Azərbaycan sabit bir ölkədir. Azərbaycan dünyada "sabitlik adası” kimi nüfuz qazanıb. Təhlükəsiz ölkə kimi hər bir dövlətə nümunədir. Hər bir vətəndaşın təhlükəsizliyi qorunduğu üçün deputatların silah gəzdirməsinə də ehtiyac yoxdur.
Silah gəzdirdiyimiz zamanda hansısa deputatın özünü qoruması üçün silaha əl atmasının şahidi olmamışam. Mənə verilmiş silahın iki darağından bir güllə belə istifadə etməmişəm. Ümumiyyətlə, heç bir halda silahdan istifadə etmədim. Çox zaman heç üzərimdə də gəzdirmirdim. Yalnız uzaq yola çıxanda götürərdim. Şəhərin içərisində gəzdirmirdim”.
"Silahı verəndə də, alanda da normal qarşılamışdım”
Parlamentari bildirib ki, silahı əldə etmək üçün DİN-ə gedirdilər:
"O silahları bizə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi verirdi. Bizə dəvət gəldi, getdik ora. Silahı alanda sənədə qol çəkib, qayıtdıq. Silahı təhvil verəndə də həmin idarəyə getmişdik.
Növbəti seçkilərdən sonra deputatlara silah verilmədi. O zaman buna çox normal yanaşdım. Əslində veriləndə də normal yanaşmışdım. Cəmi bir çağırış o silahı üzərimdə gəzdirmişəm”.
Mənbə: modern.az
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya