Stalinin məşuqəsi: “Əvvəl süfrə arxasına keçdik, sonra isə...”
"Ev telefonoma zəng gəldi. Dəstəyi qaldırdım. Xəttin o başından mehriban səslə soruşdular:
- Lyubov Orlovanın mənzilidir?
- Bəli.
- Sabah axşam saat 11-in yarısında sizin arxanızca maşın gələcək, Stalin sizinlə görüşmək istəyir.
- Bəs siz haradan bilirsiniz ki, mən həmin vaxt harada olacam?
- Buna görə narahat olmayın, biz kimin harada olduğunu yaxşı bilirik.
- Onda maşının nömrəsini deyin ki, mən tanıyım.
- Buna da ehtiyac yoxdur, gələnlər sizi tanıyır.
Dəstəyi yerə qoydular. Səhərə kimi yata bilmədim. Deyilən vaxtda arxamca maşın gəldi. Arxa oturacaqda mənə yer göstərdilər. Bir saata yaxın yol getdik, nəhayət, mənzil başına çatdıq. Darvazadan geniş həyətə girdik. İkinci mərtəbəyə qalxdıq, dəhlizin baş tərəfəndəki otağa keçdik. Bura Stalinin bağındakı iş otağı idi. Amma bu Kuntsevodakı "Kiçik bağ” deyilən yer deyildi.
Biz xeyli söhbət etdik. Daha doğrusu, o danışırdı və ardı-arası kəsilməyən suallar verirdi. Daha sonra süfrə arxasına keçdik, daha sonra isə baş verməli olanlar baş verdi. Əslində mən onu çoxdan sevirdim, amma uzaqdan-uzağa, belə bir yaxınlığı isə heç vaxt ağlıma gətirmirdim. Daha doğrusu, bu baş verənlər əvvəllər də ola bilərdi, amma mən bu münasibətlərdən qorxurdum, hətta bir dəfə Stalinin qıcığına səbəb olan hərəkət də etmişdim...”
Bu sətirlər SSRİ xalq artisti Lübov Orlovanın "Stalin haqqında məhəbbətlə” kitabındandır.
Stalinlə Lübov Orlova arasında olan münasibətlər haqqında illər boyu fərqli fikirlər səslənib. Bunun əsas səbəbi isə aktrisanın ictimaiyyət arasında Stalinə qarşı fərqli münasibət sərgiləməyi olub.
Lübov Orlova 1902-ci ildə Moskvada anadan olub. Moskva teatr texnikumunda və konservatoriyada təhsil alıb. Qısa müddət ərzində həm pianoçu, həm də aktrisa kimi məşhurlaşıb, filmlərdə çəkildiyi rollara böyük populyarlıq qazanıb. İki dəfə Stalin mükafatına, "Lenin” ordeninə, Rusiyanın və SSRİ-nin xalq artisti adına sahib olan Lübov Orlova SSRİ-də bir nömrəli ulduz sayılıb.
Aktrisa 1926-cı ildə SSRİ torpaq komissarlığının (nazirliyinin) maliyyə idarəsinin rəis müavini Andrey Berzinlə ailə həyatı qurub. Dörd illik ailə həyatından sonra Berzin "antisovet fəaliyyəti”nə görə həbs olunub. 1936-cı ildə həbsdən çıxdıqdan sonra 1937-ci ildə Berzin növbəti dəfə həbsə alınıb və sürgünə göndərilib. Sonralar Orlovanın yazdığına görə, Berzini NKVD əməkdaşları gecə yarısı yataqda ikən alt paltarında aparıblar.
1935-ci ildə Lübov Orlova əməkdar artist adını alanda Stalin şəxsən zəng vuraraq aktrisanı təbrik edib və onu Kremlə dəvət edib. Orlova dəvətdən imtina etməyib. Stalin görüşdə Orlovanın problemləri ilə maraqlanıb. Aktrisa isə yalnız bir problemi olduğunu söyləyib:
- Yoldaş Stalin, mənim həyat yoldaşım nəyə görə həbs olunub? Mən heç onun yerini, harada saxlanıldığını da bilmirəm.
- Bu, sizə aid olan məsələ deyil.
Orlovanın bu cür sərt danışığı Stalinin qıcığına səbəb olub.
Bir neçə müddət Lübov Orlova dövlət tədbirlərinə dəvətdən imtina edib və bir neçə dəfə də həyat yoldaşı ilə bağlı Kremlə məktublar ünvanlayıb. Nəhayət, bu məktublara cavab olaraq aktrisa NKVD-yə dəvət olunub və ona xəbərdarlıq edilib: "Əgər həyat yoldaşınız üçün bu qədər narahat olursunuzsa, biz məsələni həll edə bilərik. Bunun yalnız bir çıxış yolu var, sizi də onun yanına göndərmək...”
İkinci xəbərdarlıq isə aktrisaya daha baha başa gəlib. Kiyevdə qastrolu zamanı konsertdə onu gül yağışına tutublar. Tamaşaçılardan biri isə ona böyük qızılgül çələngi təqdim edib. Konsertdən sonra Orlova özünü pis hiss edib, huşunu itirib. Onu təcili xəstəxanaya çatdırıblar. Məlum olub ki, qızılgüllərin tikanlarına zəhər yeridilib və aktrisa zəhərlənib. Hadisədən xəbər tutan Stalin Kiyevə təyyarə göndərib, Orlova Kreml xəstəxanasına yerləşdirilib. Stalin İngiltərədən həkim gətizdirib və aktrisanın həyatını xilas etmək mümkün olub. Sonra məlum olub ki, şikayət məktublarından yaxa qurtarmaq üçün Lavrenti Beriya aktrisanı öldürmək istəyib.
Orlova həyat yoldaşının bir daha qayıtmayacağına şübhə etməyib və elə həqiqətən də yeri məlum olmayan Berzin bir daha geri dönməyib. Sonralar məlum olub ki, sürgündən çıxdıqdan bir ay sonra Berzin Latviyada xəstəlikdən vəfat edib.
Lübov Orlova ikinci dəfə tanınmış rejissor Qriqori Aleksandrovla ailə həyatı qurub. Rejissorun köməkliyi ilə Orlova yeni filmlərə çəkilərək daha böyük populyarlıq qazanıb.
Bu nikaha baxmayaraq, Stalin gözünü Orlovadan çəkməyib və bunu heç gizli də saxlamayıb. Cütlüyün də iştirak etdiyi Kreml tədbirlərinin birində Stalin onlara yaxınlaşıb:
- Lübov Petrovna, Aleksandrov sizin xətrinizə dəymir ki?
- Xeyr, yoldaş Stalin.
- Əgər belə bir şey olarsa, biz onu asarıq.
Qriqori Aleksandrov təbəssümlə söhbətə müdaxilə edib:
- Bu necə ola bilər, yoldaş Stalin?
- Çox sadə, biz sizi boynunuzdan asarıq.
Nəhayət, 1940-cı ildə Moskvada keçirilən beynəlxalq kino festivalı ilə bağlı Kremldə keçirilən tədbirdə Stalin Orlovaya konkret fikrini bildirib. Belə ki, tədbir zamanı Orlovaya bildiriblər ki, o, üçüncü mərtəbəyə qalxmalıdır və onu müşayiət edərək Stalinin yanına aparıblar. Bu görüş bir saatdan artıq davam edib. Sonda Stalin bildirib ki, belə görüşlər davam etməlidir. Növbəti dəfə isə yuxarıda qeyd etdiyimiz kimi, Stalin onu öz bağına çağırtdırıb.
Stalinlə Orlovanın yaxın münasibətləri 7-8 il çəkib. Onlar tez-tez görüşməyiblər. Çünki Stalinin həyatında digər bir tanınmış aktrisa, Vera Davıdova da böyük rol oynayıb.
Lübov Orlova Stalinə olan münasibətini həmişə gizli saxlayıb, daha doğrusu, onun haqqında düşündüklərinin əksini deyib. Aktrisanın bacısı qızı Novikova sonralar bu haqda yazıb:
"Mən həmin vaxtlar tələbə idim. Stalin vəfat edəndə hamı ağlayırdı. Mən dərsdən çıxıb onlara getdim. Nahar vaxtı idi. Süfrə arxasında Stalindən söhbət düşdü. Lübov Orlova həyəcanlı şəkildə dedi ki, bu yaramaz əclafdan hamını canı qurtardı...”
Əslində isə belə deyildi, aktrisa xatirələrində Stalini tam başqa cür ifadə edib:
"Stalin böyük şəxsiyyət idi. Onun haqqında ətrafındakılar mif yaradırdılar. Mən həmişə Stalinin sadələyinə, mərhəmətinə, insanlığına qibtə etmişəm. Heç kim elə düşünməsin ki, bunu yaxın olmağımıza görə deyirəm. Yox, əsla belə deyil. Mən heç onun sevgilisi də olmamışam, mən onun sevimlisi olmuşam...”
Stalinin vəfatından sonra Lübov Orlova incəsənət sahəsində öz fəaliyyətini davam etdirib, kifayət qədər maddi zənginliyə sahib olub. O, öz dövründə yeganə aktrisa olub ki, xarici ölkələrə qastrolları zamanı ona problem yaratmayıblar.
İllər boyu Lübov Orlova Stalin haqqında bir kəlmə də danışmayıb. Nəhayət, 1974-cü ildə mədəaltı vəzində xərçəng aşkar edilərkən, həyatının sonunun yaxınlaşdığını hiss edən aktrisa Stalin haqqında xatirələrini Çin səfirliyinin əməkdaşına verib və xahiş edib ki, kitab SSRİ-də yox, Çində nəşr olunsun. Həmin kitabda ən yadda qalan sətirlər isə aşağıdakılar olub:
"Mən nə edə bilərəm? Mənə imkan versəydilər, ona abidə qoyardım. Əclaflar öz rəhbərlərinə qarşı ən alcaq hərəkətləri etdilər. Min dəfə əclaf desəm də, bu söz onlar üçün azdır. Nə qədər ki, Stalin sağ idi, həmin adamlar onun qarşısında qul kimi baş əyirdilər, yaltaqlanırdılar. Ölümündən sonra isə bayram etməyə başladılar. Gizli məruzələr, gizli danışıqlar, bəli, bunların bu gizlinləri çox gülünc görünürdü. Bu alçaqlar, bu yaramazlar Stalinin meyidindən qorxurdular, bax, elə qorxa-qorxa da ona Mavzoleydən çıxartdılar. Onun adını tarixdən silməyə çalışdılar. Belə insanları yalnız lənətləmək lazımdır...”
Beləliklə, Lübov Orlova Stalinlə bağlı xatirələrini ömrünün son ilində bölüşməyə nail olub
Aktrisa 1975-ci ildə, 72 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
musavat.com
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06