Nazarbayevin nəvəsinin məsələsi beynəlxalq qalmaqala çevrilir
Kriminal14 fevral 2020 13:07
Qazaxıstanın ilk prezidentinin nəvəsi Aysultan Nazarbayev İngiltərədən siyasi sığınacaq istədiyini dünən xəbər vermişdik. O, qərarını ailənin təzyiqi ilə izah edib, çünki guya əlində Rusiya və Qazaxıstan hakimiyyəti arasında "yüksək səviyyəli korrupsiya" barədə məlumatlar var.
Mütəxəssis hesab edir ki, Qazaxıstanın əleyhdarları ölkənin keçmiş rəhbərinin nəvəsinin "dəliliklərindən” yararlanaraq ondan istifadə etməyə çalışırlar. Eyni zamanda, Dariqa Nazarbayevaya oğluna daha yaxşı qayğı göstərmək üçün siyasətdən getməyi məsləhət görürlər.
29 yaşlı Aysultan Elbaşı Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın oğludur. Nursultan Nazarbayevin nəvəsi İngiltərə Kral Hərbi Akademiyasını bitirib. Qazaxıstan Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin heyətinə daxil olub. Bundan əlavə, ölkənin futbol federasiyasında çalışıb. Keçən ilin oktyabr ayında London məhkəməsi Aysultana bir polis məmuruna müqavimət göstərdiyi üçün şərti cəza kəsib.
Müstəntiqlərin dediyinə görə, o narkotikin təsiri altında onun balkondan tullanmasına mane olmağa çalışan polisi dişləyib. Məhkəmə gənci narkomaniya müalicəsinə məhkum edib.
İndi Aysultan iddia edir ki, onun, Rusiya və Qazaxıstan hakimiyyətlərinin hər il hansı yolla qazaxıstanlılardan 1.5 milyard "qaz dollarları” oğurlaması barədə məlumatı var. O, iddia edir ki, atasının "öldürülməsindən” sonra Dariqa Nazarbayeva iş adamı və keçmiş qayınatası Qayrat Boranbayevə qarşı "səhnəarxası müharibə” başladıb. Onun dediyinə görə, bunun səbəbi qazax qazının Rusiyanın Qazprom şirkətinə qəpik-quruşa satılmasını təmin edən qaz müqaviləsidir.
Aysultan deyir ki, guya Dariqa bu müqaviləni ələ keçirmək istəyib, ancaq Elbaşının nəvəsi, yəni Aysultan özü anasını dayandırmaq qərarına gəlib. Bunun üçün babasının yanına gedib və ona mövcud sistemin "hamını məhv edəcəyini" deyib. Aysultan iddia edir ki, 2016-cı ildə baş tutan bu söhbətdən sonra Nursultan Nazarbayev Dariqanın baş nazirin müavini vəzifəsindən senator vəzifəsinə endirilməsini qərara alıb. O, əlavə edib ki, detalları Britaniyanın "The Times" qəzetinə verdiyi müsahibədə oxumaq olar.
Aysultan dəfələrlə sosial şəbəkələrdəki qəribə yazıları ilə medianın diqqətini çəkib. Məsələn, narkotik istifadə etdiyini etiraf edərək, asılılıqdan qurtulmaq üçün müalicə aldığını, yanvarın 22-də isə həbsxanada olduğu üçün 2019-cu ilin iyunundan bəri Feysbukdan istifadə etmədiyini bildirib. Bu zaman onun hesabından guya anası və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Alnur Mussaev istifadə edib. Elə həmin gün bunu da yazıb ki, əslində Nursultan Nazarbayev onun babası deyil, atasıdır: "Anam babamı buna görə qarmaqda saxlaya bilirdi".
Mütəxəssislər Elbaşının nəvəsiylə bağlı qalmaqalı şərh edib. Orta Asiya üzrə ekspert Arkadi Dubnov bu günə kimi Aysultanla bağlı məsələni şərh etməkdən qaçmağa çalışdığını qeyd edib:
"İndiyə qədər Aysultan Nazarbayevin xəstəliyi ilə bağlı məsələni şərh etməkdən qaçmışam, çünki bu, Nazarbayev ailəsinin ağrıyan yeridir. Ancaq indi vəziyyət ailə hüdudlarından kənara çıxmağa başlayır.
Aysultan dərin psixi xəstəlikdən əziyət çəkir və bundan Qazaxıstanın daxilində də, xaricində də öz cılız maraqları üçün istifadə edən ayrı-ayrı şəxslər və stukturlar mövcuddur. Bu vəziyyətdə anası Dariqa Nazarbayeva oğlunun açıqlamalarına məhəl qoymamalıdır. Bəlkə də o hesab edir ki, bununla ailənin və üçüncü ən vacib - Senat spikeri vəzifəsini tutduğu ölkənin şərəfini qorusun. Mənə görə o, bu situasiyada bir bəyanat yazıb yaranmış vəziyyətə görə Qazaxıstandan üzr istəməli, bütün gücünü Aysultanın müalicəsinə həsr edə bilməsi üçün siyasi fəaliyyətdən çəkildiyini elan etməlidir”.
Ekspert fikrinə belə yekun vurub:
"Bu da mənim fikrim deyil. Bu barədə mənə Qazaxıstan siyasətində çox ciddi mövqeyi olan və respublikasının taleyindən narahatlıq keçirən insanlar məlumat veriblər. Onlar sözün əsl mənasında Aysultan hekayəsinin ölkələrinin nüfuzuna sağalmaz yara vurmasından çox pis olurlar. İnsanlar haqlı olarq düşünür ki, öz ailəsinin bir üzvünün qayğısına qala bilməyənlər bütün Qazaxıstana necə rəhbərlik edə bilərlər?”
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya