Paşinyanın fəxrlə adını çəkdiyi Böyük Tiqran kimdir?
Siyasət16 fevral 2020 16:27
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.
Debatın sonunda İlham Əliyevlə Nikol Paşinyan arasında tarixlə bağlı yaranan mübahisə diqqət çəkdi.
Prezidentin "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” deməsi Paşinyanı çox keçmişə apardı.
Belə ki, Paşinyan cavabında öz aləmində antik dövrə istinad etdi.
"Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər”.
İlham Əliyev isə onun bu fikrinə ironiya ilə yanaşdı və gülüşlə qarşıladı. İlham Əliyev cavabında "Ermənilər və ermənilər” deməklə uydurma erməni tarixinə işarə vurdu.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan tarixi saxtalaşdırır.
Q.Hacıyev bildirib ki, Ermənistan və erməni tarixçiləri tarixlə siyasəti "uyğunlaşdırmağa” cəhd edir.
Onun sözlərinə görə, tarixdə Ermənistan dövləti olmayıb.
"Əhəmənilər imperiyasının tərkibində əmirlik var idi. O, kiçik bir ərazini əhatə edirdi. Həmin ərazilərin adlarını sonradan "Kiçik Ermənistan”, "Böyük Ermənistan” qoydular”, - deyə Q.Hacıyev əlavə edib.
Şöbə müdiri qeyd edib ki, ermənilər sonradan öz tarixlərini Armeniya adlı dövlətə bağlayıblar:
"Bundan başqa, Urartu dövlətinin daş sütun yazılarını özləri ilə əlaqələndirdilər. Halbuki ermənilərin qədim dövrlərdə heç zaman dövləti olmayıb”.
Tarixçi bildirib ki, ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil.
"Onların istinad etdikləri Böyük Tiqran parfiyalıdır. Parfiyalılarla ermənilərin çox böyük fərqi var. Amma erməni tarixçiləri Parfiya hökmdarlarının, Urartu hökmdarlarının əksəriyyətini erməni adı ilə adlandırıblar.
Baxın görün, ermənilərin hardasa bir atributu, qalası, pul vahidi, bayrağı, gerbi varmı?! Yoxdur. Buna görə də onların yaratdıqları əlifba da, tarix də saxtadır”.
Q.Hacıyev Paşinyanın Böyük Tiqranın zamanında regionda yalnız ermənilər və gürcülər olmasına dair iddiasına da münasibət bildirib.
Tarixçi qeyd edib ki, tarixdə iberlər olub.
"Gürcülərdə iber-qafqaz xalqları olub. Amma ermənilərin buralarda izi-tozu da yox idi. Albanlar da var idi, iberlər də. Ancaq erməni adında xalqın burada heç bir izi olmayıb. Onları Qafqaza XIX əsrin əvvəllərində köçürülməyə başlayıblar. Sənədlər, faktlar, arxiv var. Bunları necə danmaq olar?! XIX əsrin əvvəllərindən öncə burada ermənilər yox idi”.
Qeyd edək ki, debatda tarixi faktlarla bağlı digər fikirlər də səsləndirilib. Paşinyan isə bu zaman səhvlərə yol verib. O, Azərbaycanın keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olduğunu deyib. İlham Əliyev isə dərhal buna reaksiya verərək "Xeyr. O, Dağlıq Qarabağda deyildi. O, Dağlıq Qarabağda deyildi. Xeyr, xeyr” deyib.
İlham Əliyev daha sonra Nikol Paşinyanın yalan danışdığını vurğulayıb.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Türkiyənin böyük şəhərlərində liderlər açıqlandı - Seçkini kim qazanır? (YENİLƏNİR)
31 mart 2024 21:42
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
Xəbər lenti
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
Video & Fotoqalereya
Video
Fotoqalereya