"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."
Müsahibə23 fevral 2020 23:12
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov tanınmış bloqer Fuad Abbasovun şəxsi Youtube kanalına müsahibə verib.
Adətən xeyriyyəçi addımları və layihələri ilə gündəmə gələn "Palmali" Şirkətlər Qrupunun prezidenti qardaş ölkədə yaşasada ölkəmizin ictimai siyası həyatında baş verən ciddi hadisələrə biganə qalmır. Elə bloqer Abbasovun kanalına verdiyi müsahibədə də Mənsimov bir sıra maraqlı fikirləri ilə yadda qalıb.
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə müzakirələrdən söz düşərkən Mübariz Mənsimov ölkə başçısı İlham Əliyevlə fəxr etdiyini dilə gətirib. Sitat - Mən bir azərbaycanlı olaraq həmin paneli izləyərkən qürur hissi keçirdim. İlham Əliyev Paşinyanı tamamilə küncə sıxışdırdı və səlis ingilis dili, tutarlı tarixi faktlar və ən əsas siyası biliyi və manevri ilə prezidentimiz Ermənistan baş nazirini çaşdırıb “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır” ifadəsini deməsinə qədər məcbur etdi. Bu gün ermənilərin özü belə hələ də həmin görüşü müxtəlif dairələrdə müzakirə edib məğlub olduqlarını etiraf edirlər.
Həmin görüş bir daha onu göstərdi ki, İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin oğludur və sıradan bir ailədə yox, dahi bir siyasətçinin ailəsində böyüyüb. Həmin gün mənim atamın ad günü idi və biz bütün qonaqlarla televizorun qabağında bu müzakirəni izləyib böyük fəxr hissi keçirdərək gözəl bir təəssürat aldıq. Qeyd edim ki, debatı məşhur "Evronews" kanalı ilə yanaşı Türkiyənin demək olar əksər telekanalları öz xəbər lentinə daşıdı”.
Mənsimov daha sonra Azərbaycandakı islahatlara da yer ayıraraq ölkə prezidentinin bu islahatları uğurla başa çatdıraraq ətrafında olan bəzi yarıtmaz məmurları da təmizləyəcəyinə inandığını bildirib.
Fuad Abbasovun müsahibinə sualları arasında son vaxtlar Mənsimova Türkiyədə “ FETO işi” ilə bağlı açılan cinayət işi də olub. İş adamı maraqlıdır ki, adıçəkilən cinayət işinin sifarişinin Azərbaycandan olduğunu dilə gətirib. Sitat: İnanın çox üzülərək deyirəm ki, sifariş Azərbaycandan gəlib. Amma bu adamlar kiminlə mübarizə apardıqlarını həmişə olduğu kimi unudurlar. Bizim keçmişimiz həmişə qeyd etdiyim kimi təmiz və şəffafdır. Anonim məktublar, yalançı şahidlərə Türkiyə kimi hüququn qorunduğu və kutsal baxıldığı ölkədə kimsə inanmır. Mən də Türkiyədə yeni bir ad və sima deyiləm. Palmali adı Türkiyədə tanınır və sevilir. Adını belə çəkmək istəmədiyim Fətullah Gülənin isə məhz sifariş verənlərlə hansı əlaqələri olduğunu gözəl bilirəm. Burada da xüsusi vurğulayıram ki, əlimdə bu barədə çox ciddi və təkzibolunmaz faktlar var. Üstəlik, yeni yeni faktları da əlimə keçir. Onlar bundan qorxmalı, mən deyil.”
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya