General oğlu 4.5 milyon manatlıq əmlakı 305 min manata aldı
Aprel ayında prezidentin sərəncamı ilə əfv olunan keçmiş MTN generalı Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə adına olan əmlakın həbsdən azad olunması ilə bağlı atasından məhkəməyə şikayət edib.
Nəsimi Rayon Məhkəməsi iddianı təmin etmədiyi üçün o, Bakı Apellyasiya Məhkəməsinə şikayət edib və iş araşdırılması üçün hakim Azad İmanovun icraatına verilib.
Qeyd edək ki, keçmiş MTN generalları həbs olunanda özlərinin və yaxın ailə üzvlərinin adlarına olan əmlakların üzərinə həbs qoyulmuşdu. Belə ki, “MTN işi” gedən zaman Cəmşid Novruzov adlı zərərçəkən bildirib ki, Bakı şəhərinin mərkəzində, “Zabitlər bağı”nda yerləşən və “Royal Bank”ın mərkəzi ofisinin köçürülməsi məqsədilə tikilmiş 3 mərtəbəli bina ona məxsusdur, lakin müxtəlif yollarla əlindən alınıb və təqsirləndirilən Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə tərəfindən mənimsənilib. Ancaq təqsirləndirilənin vəkilləri zərərçəkmişin Bakı şəhəri, Mərdanov qardaşları, 94A ünvanında yerləşən binaya, ümumiyyətlə, heç bir aidiyyatı olmadığını bildirmişdilər.
Belə ki, bir vaxtlar C.Novruzovun atası Şövqi Novruzova icarə əsasında verilmiş həmin torpaq sahəsinin sənədlərinin də hazırda hansı vəziyyətdə olduğu məlum deyil. Bu sahədə tikilmiş binanın isə mülkiyyətçisi olaraq “Royal Bank”ın digər işçisi göstərilir və həmin bina ona etibarnamə ilə bankın sahibi Əli Cam tərəfindən verilib. Sonradan bina 305 min manata hərrac yolu ilə Erkin Qurbanzadəyə satılıb. S.Qurbanov C.Novruzovun 4,5 milyon manat dəyərində olan üçmərtəbəli qeyri-yaşayış obyektini sabiq vəkili Valeriy Vəliyev və Elçin adlı şəxsin vasitəsi ilə oğlu Erkin Qurbanzadənin adına keçirməyə müvəffəq olub.
S.Qurbanovun vəkili V.Vəliyev C.Novruzovun əmlakı ilə bağlı saxta sənəd düzəldərək, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinə (BŞƏİ) ərizə ilə müraciət edib. 2012-ci ilin sentaybr ayının 14-də həmin idarənin qərarı ilə ərizənin icrası qeyri-mümkün hesab edilib. Daha sonra V.Vəliyevlə S.Qurbanovun tanışı ilə birgə ƏMDK yanında DƏDRX-nin BŞƏİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutublar. 2013-cü ilin fevral ayının 13-də məhkəmənin qəraına əsasən, ƏMDK yanında DƏDRX-nin BŞƏİ S.Qurbanovun tanışının adına çıxarış verib.
Bundan bir müddət sonra S.Qurbanovun tanışı həmin əmlakı həraca çıxarıb. O, saxta yolla əldə etdiyi əmlakı hərrac yolu ilə 300 min manatdan 1 milyon 200 min manat arasında satmaq niyyətində olduğunu bəyan edib (halbuki əmlakın bazar dəyəri 4,5 milyon manat olub). S.Qurbanovun oğlu E.Qurbanzadə isə həmin əmlakı 305 min manata alıb. 2013-cü ilin aprel ayının 25-də S.Qurbanovun tanışının satdığı əmlaka E.Qurbanzadə öz adına çıxarış almağa nail olub. /Yenisabah.az/
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22