Əbəlfəs Qarayev istefa ərizəsi yazıb..
İdman10 may 2020 09:44
26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən nazirin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir...
musavat.com xəbər verir ki, Azərbaycanın uzunömürlü nazirləri çox idi. İndi o siyahıda qalan azsaylı nazirlərdən biri də Əbülfəs Qarayevdir. Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tutur. Göründüyü kimi, Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliklərdə dəyişməyən bir "M” hərfi-yəni mədəniyyət sahəsidir. Əbülfəs Qarayev "dövlət tərbiyəsi” görmüş məmurlardandır. Yəni vəzifəyə bərkə-boşa çıxaraq gəlib. Əmək fəaliyyətinə Saatlı rayonundakı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb, sonralar Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələrdə çalışıb. Nazir stajı az qala müstəqilliyimizlə yaşıddır...
26 ildir nazir işləyən Əbülfəs Qarayev haqda mediada sərt tənqidi yazıları, şəxsən mən xatırlamıram. Mədəniyyət ölkənin vacib və spesifik sahəsi olsa da, Əbülfəs Qarayev məşhur Qara Qarayevlər nəslinin nümayəndəsi kimi bu ada olan hörməti ictimai davranışları ilə qorumağa çalışıb. Bəlkə də tənqidçi media zamanında həm də tanınmış korifey əmisinə görə onun üzərinə çox getməyib. Hər halda, nazirin uzun ömürlü olmasının səbəblərindən biri də ola bilsin, medianın məsuliyyətidir ki, mədəniyyət nazirinin rəhbərlik etdiyi strukturlara zamanında lazımı diqqət yetirməyib. Yoxsa iş bəlkə də DTX əməliyyatına qədər uzanmaya da bilərdi.
Dövlət başçısı bu gün nazirlikdə tutulan iki nəfərin işdən çıxarılması barədə sərəncam imzalayıb. Məhkəmə isə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Nazirin gözlənilən reaksiyası da bir neçə saat əvvəl yayılıb...
Nazirin Mədəniyyət Nazirliyindəki həbslərə reaksiyasına doğrusu, təəccüblənmədim. Nazir DTX-nın həbsləri haqda deyib ki, bir dövlət orqanı başqa bir qurumda əməliyyat keçirib: "Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”. "Hüquqi dövlət, neqativ, aydınlaşma...”Nazir bu xatırlatmalarda hüququ baxımdan tam haqlıdır, amma Əbülfəs Qarayev ən vacib olanı unudub. Məsuliyyəti! Hüquqi məsuliyyəti demirəm, mənəvi məsuliyyəti yada salıram...
Əbülfəs Qarayevin qısa açıqlaması vizual olmayıb, bu səbəbdən reaksiyasını görməsək belə, onun son 48 saatda hansı hislər keçirdiyini bilmək o qədər də çətin deyil. Əgər rəhbərlik etdiyi quruma Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib ən yaxınındakı adamları korrupsiya ittihamı ilə kabinetlərində həbs edirsə, papağını qarşına qoyub fikirləşməlisən. Amma bəlkə də fikirləşməkdən də artıq keçib, qərar qarşına qoya biləcəyin ağ vərəq və qələmdədir bəlkə də...
Əgər nazir hüquqi dövlət deyirsə, dərhal istefa vermək də hüquqi və mənəvi baxımdan ən doğru qərar deyilmi? "Mən Qarayev Əbülfəs, xahiş edirəm ki...” Bunları yazmaq çətin iş sayılmaz, yəqin ki, bunca zaman nazir işlədikdən və baş verənlərdən sonra həm də... Vaxtında həm də alnıaçıq getmək nazir və ya fəhlə olmağından asılı olmayaraq, hamıya yaraşan seçimdir. Əbülfəs Qarayev ona yaraşanı seçəcək, əlbəttə ki..
26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir. Hələ ki, hüquqi yox, mənəvi məsuliyyətidir. Bu, fəxri ad almaq üçün adlarını siyahıya düşməyən adamların etirazı deyil axı. Böyük bir nazirlikdə təşkilatlanmış korrupsiya şəbəkəsinin DTX səviyyəsində ifşasıdır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov milyon dollara "Torqovı” da obyekt alır, nazirin bundan xəbəri olmursa, müavin Rafiq Bayramov büdcə vəsaitlərini talayır, mədəniyyət şöbələrinə rəhbərlərinə rüşvət alıb təyin edirsə və nazirin bundan da xəbəri olmursa...yenə istefaya getmək gərəkdir. Çünki bunları nəzarətdən yayınaraq ediblər, naziri işə həm də işçilərinə nəzarət üçün təyin edirlər...Əbülfəs Qarayev ən azı istintaq dövrünədək vəzifədən çəkilməli, baş verənlərlə bağlı deyəcəkləri varsa, deməlidir. Cəmiyyətə deyə biləcəyi isə istefaya getməsidir.
Əbülfəs Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Əbülfəs Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı. Əbülfəs Qarayev isə bundan sonra lap "kölgəyə çəkildi”.
Görünür, bunu fürsət bilən yaxın ətrafındakı adamlar isə rüşvətə o qədər "qaz” veriblər ki, səsi ta DTX-yadək gedib çıxıb.
Əbülfəs Qarayevin 26 illik karyerasının bu cür sonluğuna görə təəssüflənməmək olmur...
Oxşar xəbərlər
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Ölənlərin sayı 99 nəfərə çatdı - Video + Yenilənib
23 mart 2024 08:10
- 10 il Respublika prokuroru olmuş Abbas Zamanovun 100 yaşı olur - Təbriklər cənab general
22 mart 2024 19:02
- Deputat özünü Bakının KOR XƏLİFƏSİ zənn edir... - GÖRÜNƏNİ BUDUR...
22 mart 2024 16:16
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Aybəniz Haşımovadan qızı Aynişana: Bilsəydim, səni bu dünyaya gətirməzdim
22 mart 2024 10:47
- Moldova Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
22 mart 2024 09:51
- Dünyada İLK DƏFƏ! Xəstəyə donuz böyrəyi köçürüldü
22 mart 2024 09:26
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir
21 mart 2024 11:32
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya