Yaponların bioloji silahı, cəllad alim-general, qorxunc təcrübələr... – 18+
Reportaj23 iyun 2020 22:41
Yaponiyada bakterioloji silah yaratmaq ideyası 1920-ci illərin sonunda yaransa da, bu ideyanı həyata keçirmək 1930-cu illərin əvvəllərində mümkün olub. Bu sahə üzrə yapon alimi, mikrobioloq və sonralar yapon ordusunun generalı rütbəsini daşıyan Siro İsii olub.
Bu məqsədlə o, əvvəlcə Avropanın bakterioloji laboratoriyalarını gəzib, müəyyən təcrübə toplayıb. Yaponiyaya döndükdən sonra Siro İsii ölkənin rəsmi dairələrinə araşdırmaları ilə bağlı məktublar ünvanlayıb və aşağıdakıları xüsusi olaraq qeyd edib: "Bioloji silahlar Yapon imperiyasına böyük üstünlük qazandıra bilər. Artilleriya mərmilərindən fərqli olaraq onlar, insanları anındaca və sükut işərisində məhv etməyə qadirdirlər...”
Ətraflı, geniş və elmi cəhətdən əsaslandırılmış məruzə Yaponiyanın hərbi naziri Sadao Arakinin diqqətini cəlb edib və o, Yaponiya hakimiyyəti ilə bu məsələni geniş müzakirə edərək bioloji silahların hazırlanması üçün xüsusi bir qurumun yaradılmasına qərar verib, hərbi büdcədən vəsait ayırıb.
Beləliklə, 1932-ci ildə Çinin işğal edilmiş Pinfan qəsəbəsində Yaponya ordusunun 731 saylı xüsusi dəstəsi yaradılıb. Dəstənin əsas məqsədi kütləvi qırğın silahları yaratmaq olub. Xüsusi dəstəyə birbaşa general rütbəsi alan Siro İsii başçılıq edib.
731 saylı xüsusi dəstədə 3600 nəfər xidmət edib. Onlardan 52 nəfəri cərrah, 49-u mühəndis, 38-i tibb bacısı, 1117-i hərbi həkim, digərləri isə xidməti personalın üzvləri olub. Bu dəstədə xidmət etmək prestijli iş sayılıb, Yaponiyanın tanınmış həkimləri və bioloqları bu qurumda çalışmağa can atıblar.
Dəstənin dislokasiya yerində 150 bina inşa edilib, bununla yanaşı, ərazidə həbsxana da tikilib, aerodrom da salınıb.
Hərbi təyinatlı obyektin ərazisində həbsxananın tikilməsi, burada üzərində təcrübə aparılacaq adamların saxlanması üçün nəzərdə tutulub. Bəli, təcrübələr məhz canlı insanların, əsirlərin, girov götürülmüşlərin üzərində aparılıb.
General Sironun elmə məlum olan və olmayan təcrübələri bəlkə də dünyanın heç bir vaxtında və heç bir yerində insanlar üzərində tətbiq edilməyib. O, əvvəlcə adamların dözümlülük dərəcələrini araşdırıb. İnsanın maksimum hansı soyuq və istiliyə, mənfi və müsbət temperatura dözümlüyünü sınaqdan keçirib. Belə ki, adamlar xüsusi kameralara salınıb və kameralara isti və ya soyuq hava kütləsi buraxılıb. Kamerada olan şəxs ölənə qədər temperatur müsbət, yaxud da mənfi tərəfə tənzimlənib. Bununla da insanın hansı mənfi və müsbət dərəcələrə qədər dözümlülüyü aydınlaşıb.
General Sironun rəhbərliyi ilə həbsxanada bir kamerada saxlanılanlara xəstəliyə səbəb olacaq müxtəlif bakteriya və viruslar yeridilib. Yoluxmaq dərəcəsini öyrənmək üçün sağlam adamları da eyni kameraya salıblar. Bununla da bioloji silahdan istifadə zamanı yoluxma sürətini müəyyənləşdirmək mümkün olub.
Heç bir keyidici maddədən istifadə etmədən canlı insanların qarın boşluğunu yarıb eksperimentlər aparmaq 731 sayl xüsusi dəstədə gündəlik adi iş sayılıb.
Daha bir təcrübə insan qanını heyvan qanı ilə dəyişməkdən ibarət olub. General Sironun cəllad dəstəsi insanların qanını heyvan qanı ilə dəyişdikdən sonra, onların bədənlərini yararaq hansı bioloji proseslərin getdiyini müşahidə ediblər.
Dəstədə insan ölümünə səbəb ola biləcək bütün zəhərli maddələr sınaqdan keçirilib, onların qida, su və hava yolu ilə insana təsiri öyrənilib. Bu məqsədlə Sironun komandası 10 min nəfərdən artıq insanı ən ağır işgəncələrlə təcrübə qurbanına çeviriblər.
731 saylı xüsusi dəstədə muzey də fəaliyyət göstərib. Bu muzeyda xüsusi məhlulların içərisində kəsilmiş başlar və insan orqanları saxlanılıb.
Dəstənin iş məhsuldarlığı yetərincə yüksək olub. Ehtiyat bioloji silahların miqdarı o qədər olub ki, onları tətbiq etməklə dünyanın bütün canlı varlıqlarını məhv etmək mümkün sayılıb.
Məhz bu dəstədə hazırlanan bioloji silahlarlı Yaponiya Çinə tətbiq edərək 200 min nəfəri məhv etməyə nail olub.
II dünya müharibəsinin sonlarında Yaponiya bioloji silah tətbiqi üçün SSRİ-nin Uzaq Şərq və Sibir bölgələrini hədəf seçib, amma SSRİ və müttəfiqləri buna imkan verməyiblər.
731 saylı xüsusi dəstənin fəaliyyətinə 9 avqust 1945-ci ildə son qoyulub. Sovet qoşunlarının Mancuriya əməliyyatı zamanı Yaponiya hakimiyyəti general Siroya dəstəninin dağıdılması, əsirlərin, dəstəyə məxsus olan sənəd və əşyaların yandırılması göstərişini verib. General ən vacib saydığı sənədləri götürdükdən sonra dəstənin bütün tikililərini, o cümlədən əsirlərin saxlandığı həbsxananı yandırıb.
General Siro 1946-cı ildə ABŞ tərəfindən saxlanılıb. Uzun danışıqlardan sonra Siro ilə amerikalılar ümumi dil tapıblar. Siro Amerika alimləri ilə təcrübə mübadiləsi edəcəyini vəd edib. SSRİ ABŞ-dan general Sironu tələb edəndə, Amerika rəsmiləri onun hərbi cinayətkar olmadığını bildirib və Siroya təcrübələrini davam etdirmək üçün öz ölkələrində şərait yaradıblar.
Dəstədə xidmət edən 3600 nəfərdən yalnız 12 nəfəri SSRİ-nin əlinə keçib və Xabarovsk məhkəməsində yaponiyalı hərbi cinayətkarlar 15-25 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
General Siro isə ABŞ-da öz elmi yaradıcılığını davam etdirib. Amma bu dəfə yaponlar üçün düyil, amerikalılar üçün. O, sonralar Yaponiyaya qayıdıb. Ağ xalatlı cəllad 1969-cu ildə, 67 yaşında boğaz xərçəngindən ölüb.
İlham Cəmiloğlu,
Musavat.com
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Bu rayonlara yeni polis rəisləri təyin edildi
10 aprel 2024 16:30
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi
1 aprel 2024 10:44
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya