Ramiz Mehdiyev məhkəməyə verməyə hazırlaşır
"Biz Ramiz Mehdiyevin iş telefonuna deyil, mobil telefonuna zəng vurduq".
Bu sözləri “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili musavat.com-a açıqlamasında deyib. A. Mərzili bildirib ki, R.Mehdiyevin AMEA-nın saytında yazdığı təkzib yox, məlumatdır.
Onun sözlərinə görə, saytda “Təzadlar” qəzeti əməkdaşının ona zəng etməsi inkar edilməyib: “Sadəcə bu açıqlama çox ajiotaj yaratdı, onun ətrafında yayınlar edildi. Eyni zamanda mətbuat onun daha öncə məhkəməyə verəcəyini dediyi adamlardan yenidən açıqlamalar aldı. Beləcə, məsələ daha da böyüdü. O, üstüörtülü, diplomatik şəkildə belə bir açıqlama vermək zərurəti hiss etdi. Amma onunla razılaşmışdıq ki, yaxın günlərdə müsahibəmiz baş tutacaq. Gələn həftənin bazar ertəsi, ya da çərşənbə axşamı günü bu müsahibə gerçəkləşməliydi”.
Baş redaktor bildirib ki, R.Mehdiyevlə 15-20 dəqiqə telefonla danışıq baş tutub:
“Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng elədi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil. “Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki”.
A.Mərzili dedi ki, iki gün əvvəl köməkçisinin şəhər telefonuna zəng edərək, R.Mehdiyevdən müsahibə istəyiblər:
“Onda bizə deyildi ki, Ramiz müəllimə müsahibə istəyimiz çatdırılıb, bizə onun cavabını bildirəcəklər. Amma hər hansı cavab reaksiyası gəlmədiyi üçün biz də özümüz mobil nömrəsinə zəng etdik. Amma mətbuat bu xəbəri yanlış təqdim etdi və yazdı ki, “Təzadlar” Ramiz Mehdiyevdən müsahibə alıb. Halbuki o, müsahibə deyildi”.
Baş redaktor əlavə edib ki, bütün hallarda müsahibə vədi qüvvəsində qalır:
“Çox güman ki, bu müsahibə baş tutacaq. Dünən elə söhbətimiz oldu ki, bu müsahibə baş tutmalıdır. Hətta özü müsahibənin bir həftə-on gün sonra olmasını istəmişdi. Biz israr edincə, gələn həftəyə razılaşdırdıq. Ümid edirəm ki, müsahibə gerçəkləşəcək və biz öz suallarımıza cavab tapacağıq”.
Qeyd edək ki, AMEA-nın mətbuat xidməti dünən “Təzadlar” qəzetində Ramiz Mehdiyevin adından yayımlanan açıqlamaya münasibət bildirib. Qeyd olunub ki, sentyabrın 9-da həmin qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib.
“Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də deputat Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb”, - deyə AMEA-nın məlumatında qeyd olunub.
AMEA bir daha bəyan edib ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib:
“AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir”.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05