"Bəylər Eyyubovun və Ramil Usubovun Pirşağıdakı bağlarında..."
Günün sitatı22 yanvar 2021 09:52
Kişi sənəti ilə məşğul olan dülgər Şəhla İmanzadə Moderator.az-ın suallarını cavablandırıb.
- Şəhla xanım, neçə ildir ki, dülgərlik sənəti ilə məşğulsuz?
- 18 ilə yaxındır ki, bu sənətlə məşğulam. Mənim atam tarix müəllimi idi, amma ara-sıra bu işlə də məşğul olurdu. Əlinə baxıb öyrənirdim, məktəbdən gələn kimi özüm üçün stol-stul hazırlayırdım. Sonra qərar verdim ki, atamın sənətini davam etdirim, dülgər olum.
- Qohumlarınızdakı xanımlardan kişi sənətini seçənlər varmı?
- Bəli, mənim bibilərim də bu işi bacarır. Onlar bundan başqa digər kişi işlərini də öyrəniblər.
- Bu sex özünüzündür, yoxsa icarəyə götürmüsüz?
- Xeyr, bu sexi icarəyə götürmüşəm. Aylıq 350 azn ödəyirəm. Elə ay olur ki, heç 350 azn qazana bilmirəm. Sağ olsun sexin rəhbəri tələsdirmir, gözləyir.
- Dülgər olmaq istəyinizi qardaşlarınız, həyat yoldaşınız necə qarşıladı?
- Nə qardaşım, nə də həyat yoldaşım mənim dülgər olmağımı pis qarşılamadı. Mən halal zəhmətimlə pulumu qazanıram. Öz sənətimi çox sevirəm. Dünyaya ikinci dəfə gəlsəydim yenə də kişi sənətini seçərdim. Mən nəinki dülgərlik edirəm, demək olar ki, bir çox kişi işlərini görürəm. Tok işlərindən başım çıxır, inək, dana kəsirəm.
- Müsahibədən öncə sizinlə söhbət etdim, hətta işinizi çox sevdiyinizdən evinizi də dəyişib, sexə yaxın yerdə yaşadığınızı bildirdiz.
- Bəli, mənim evim Zabratda, sexim isə Qaraçuxurdadır. Ona görə də iş yerimə yaxın yerdə kirayə qalıram. Zabratdakı evimi də kirayə vermişəm. Əslən Biləsuvarın Əmən kəndindənəm.
- Bakıda kiminlə yaşayırsız?
- Bakıda tək yaşayıram. Qızım ailə həyatı qurub, Biləsuvardadır. Oğlum da orada taksi fəaliyyəti ilə məşğuldur. Həyat yoldaşım da Rusiyadadır, iş dalınca gedib, yollar bağlanıb deyə orada qalıb.
- Övladlarınız üçün darıxmırsız?
- Əlbəttə ki, darıxıram. Yollar bağlı olduğundan gedib-gəlmək imkanım olmur. Amma video görüntü ilə danışıram.
- Bu sənətdən qazandığınız məvacib sizi qane edir?
- Pis deyil, dolanmaq olur. Amma karantinə görə işimiz də çox zəifdir, yenə buna da şükür.
- İşləriniz bahalıdır?
- Xeyr, hər şeyin qiyməti qalxıb, amma bizdə köhnə qiymətlərdir. Kim nə istəyir hazırlayırıq. Qapı, pəncərə, stol, stul, rəng işi və s. Yetər ki, sifarişlər gəlsin.
- Tanınmış insanlar üçün iş görmüsüz?
- Məşhur sənətçilər üçün iş görmüşəm desəm yalan olar. Amma Bəylər Eyyubov və Ramil Usubovun Pirşağıdakı bağlarında işləyib, pilləkən və qapı hazırlamışam.
- Həmin insanlarla şəxsən tanış olma şansınız olub?
- Bəylər müəllimlə şəxsən tanış olmuşam. O qədər gözəl və sadə insandır ki.. Bizim üçün günorta yeməyi gətirmişdi, ustaların bütün stəkanlarını aparıb yuyub, bizə çay süzdü. Təsadüfən orada işlədiyim vaxt 8 mart günü idi, zəhmət haqqından da əlavə mənə 300 dollar pul verdi. Kürəyimə vurub dedi ki, çox zəhmətkeş qadınsan! Amma Ramil Usubovu şəxsən görməmişəm.
- Ətrafdakı insanlar sizin dülgər olduğunuzu normal qarşılayırlarmı?
- Başımda kepka, papaq olanda mənə “qardaş” deyə müraciət edirlər. Qadın olduğumu biləndə isə çaşıb qalırlar. Nəinki sexə gələn sifarişçilər, yoldan keçənlər də təəccüblənir və maraqlanırlar.
Oxşar xəbərlər
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Yığmamız Bakıda Monqolustanı məğlub etdi
22 mart 2024 22:13
- Azərbaycan - Monqolustan oyunu başladı - Yenilənib
22 mart 2024 20:36
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı
11 mart 2024 23:20
- Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir?
11 mart 2024 21:12
- Baş nazirin pensiyaçı müavinləri - Onlar GEDİR
11 mart 2024 18:56
- Qoçu dəstələri saxlayan, insanları evindən zorla çıxaran tikinti şirkətləri – Kimə arxayındırlar?
10 mart 2024 23:42
- Ramil Usubovun qaynı vəzifədən azad edildi
21 fevral 2024 17:52
- Kəmaləddin Heydərov Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb
20 fevral 2024 22:37
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya