Deputat olmaq istəyərəm - Xalq artisti
Günün sitatı13 dekabr 2023 01:31
Xalq artisti Ağadadaş Ağayev APA TV-yə müsahibə verib.
İndi təqdim olunan mahnıları ötən illərin mahnıları ilə müqayisə edən sənətkar bildirib ki, müğənni səhnəyə çıxanda tamaşaçıya "şapalaq vurmağı bacarmalıdır. "Əgər şapalağı vura bilmədinsə, tamaşaçı səni vuracaq”, - o bildirib.
"Mən hələ 80-ci illərdə toylara efir səviyyəsini gətirmişəm. Ansamblımda bütün alətlərin səsi sinxron eşidilirdi. Niyamməddin Musayev, bir də mən orkestrlə oxumuşuq. Toylarda çox zaman canlı oxumağımıza inanmırdılar. Efirdə necə oxuyurdumsa, toyda da elə oxuyurdum. Deyirdilər, niyə özünü yorursan? Müğənnilərin çoxu toydan qazansa da, toyu yola verir”, - qeyd edib.
O bir zamanlar Azərbaycan televiziyasında müəllif proqramının olmasından, sonralar keçmiş sədr Arif Alışanovun vaxtında xarakterləri uymadığına görə həmin verilişdən imtina etməsindən də danışıb.
"Mənimki odur, sözüm olanda kişi kimi üzə deyim. Nəyisə qəbul eləmirəmsə, orda işləyə bilmərəm. Az.TV-dən getdim. 1999-cu ildə Türkiyədən təklif alıb orada da veriliş hazırlamışam”, - o vurğulayıb.
Xalq artisti əgər xalq layiq bilərsə, deputat kimi fəaliyyət göstərməkdən məmnun olacağını bildirib.
"Bir dəfə belə söhbət yayılmışdı ki, deputat seçilmək istəyirəm. Onda xəbərim olmamışdı. Amma indi deputat olmaq istəyərəm. Yaşıma və imkanlarıma görə paralel xidmətim olsa, bunun öhdəsindən gələrəm. Xalqıma sevə-sevə xidmət edərəm. Düşünürəm ki, hələ yetərli qədər xidmət edə bilməmişəm” - Ağayev qeyd edib.
Müğənni sənətinə görə illərlə pəhrizdə yaşadığını da söyləyib:
"25 il gözümün qabağında hamı hər şeyi yeyib, mən baxmışam. Qorxurdum ki, yeyəndən sonra səsim yaxşı çıxmaz. Ayın 30 günü toyda olurdum. Ölməmək üçün yeyirdim. 30 il pəhriz ilə yaşamışam. İndi bunu yenidən edə bilərəmmi? Bilmirəm. 64 kiloqram çəkim vardı. İndi 100 kilodan çoxdur”.
Oxşar xəbərlər
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
1 may 2024 22:28
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
1 may 2024 15:24
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 2024 19:20
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
Xəbər lenti
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
Video & Fotoqalereya
Video
Fotoqalereya