Eybəcər davranışlı məmur övladları, nəvələri - onlar kimlərdir...
Afiyəddin Cəlilovun anormal hərəkətlər edən nəvəsi xəstəxanaya yerləşdirildi; zaman-zaman məşhur şəxslərin uşaqlarının, qohumlarının adı bu şəkildə, neqativ planda diqqət mərkəzinə gəlir
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri müzakirələrə səbəb olub. Yoldan ötən yaşlı qadını qucağına alaraq havaya qaldıran yeniyetmənin videosu yayılandan sonra davranışları tənqid edilib. Eyni zamanda yeniyetmənin kim olduğu da üzə çıxıb. Sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin terror nəticəsində qətlə yetirilmiş dövlət xadimi Afiyəddin Cəlilovun nəvəsidir. 9-cu sinif şagirdi olan nəvəyə babasının adı verilibmiş - Əli-Afiyəddin Nihad oğlu Cəlilov. Yeniyetmə bundan əvvəl də yaşlı insanlara qarşı belə cəmiyyət tərəfindən qəbul edilməyən, ümumi qəbul olunmuş davranış qaydalardan kənar hərəkətlər edib, üstəlik, bu hərəkətlərini videoya çəkməklə sosial şəbəkə üzərindən yayması barədə də xəbərlər var.
Qeyd edək ki, Əli-Afiyəddin Nihad oğlu Cəlilovun babası Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Yeniyetmənin atası Nihad Cəlilov Bakıda tanınan iş adamlarındandır, “Armada Distrubition” adlı şirkətin rəhbəridir. 2022-ci ildə Nihad Cəlilovun adı da 6 min manatlıq vergi borcunun olmasına görə gündəmə gəlmişdi.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yetkinlik yaşına çatmayan A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunub. Musavat.com xəbər verir ki, bu barədə APA-ya DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Qeyd olunub ki, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub...
Azərbaycanda zaman-zaman məşhur şəxslərin övladlarının, nəvələrin adı bu şəkildə, neqativ planda diqqət mərkəzinə gəlir.
Məsələn, 2017-ci ilin avqustunda o zaman baş nazirin müavini olan Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtoqəza törətmişdi. O zaman N.Allahverdiyev şəhərin mərkəzində “Gelandewagen” markalı avtomobili ilə Mirməhəmməd İsmayılovun sürdüyü Az 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə yarışmışdı və nəticədə dəhşətli avtoqəza meydana gəlmişdi. Yüksək sürətlə hərəkət edən Nail Allahverdiyevin avtomobili “VAZ-21015" markalı maşını arxadan vurmuş, nəticədə idarəetməni itirmişdi. Baş nazirin müavininin nəvəsinin avtomobili beton yolayrıcını aşıb, o biri yola çıxaraq piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra maşın binanın fasadına çırpılaraq yanmışdı. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə Nail Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişiblər. Tekiş cütlüyü isə ağır xəsarət alıb. Nail Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin edib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. 2019-cu ildə isə baş nazirin müavini Əli Həsənovun iki nəfərin ölümü ilə nəticələnən qəzanı törədən nəvəsi N.Allahverdiyev barəsindəki məhkəmə qərarı dəyişib. Ali Məhkəmə onun üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb. Nail Allahverdiyevə 3 il sınaq müddəti müəyyənləşdirilib. 2021-ci ildə Türkiyə mediasına açıqlama verən Tekiş cütlüyü hələ də sağalmadıqlarını, Nail Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə olunub ayağa qalxmaları üçün yardım göstərmədiklərini bildirmişdi.
2014-cü ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşının və nəvəsinin ölümü ilə nəticələnmiş qəza törədib.
Bu səbəbdən o, 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. O, hadisə zamanı sərxoş olub. Hadisədən iki gün sonra isə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib. Xalid Mədətov 2017-ci ilin martında əfv edilib. Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Nicat Abdullayev 2014-cü ilin oktyabr ayında avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi. O zaman Xəzər Rayon Məhkəməsi onu 20 gün inzibati həbslə cəzalandırıb. 2016-cı ilin aprel və may aylarında isə mətbuatda onun Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinlərinin şikayətləri barədə məlumat dərc edilib. Nicat Abdullayevin eyvandan həyətə şüşə butulkalar, qablar atdığı iddia edilib. Eyni ilin may ayında, yol polisinin təqibindən sonra süni tıxac yaratdığı və avtoxuliqanlığa görə ona 20 gün müddətinə inzibati həbs cəzası verilməsi barədə xəbərlər yayılıb.
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31