Nazirlər nə vaxt istefaya gedir?
Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası səslərin ilkin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyevin 92,12 faiz səs topladığını açıqlayıb.
Bu gün MSK-nın lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyi gözlənilir. Bəs bundan sonrakı proses necə olacaq?
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurmalı və nəticələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Bu isə o deməkdir ki, prezidentin inauqurasiya mərasimi fevralın sonuna qədər reallaşacaq.
Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bundan sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verməlidir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Əgər həmin qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Xəbəri rus dilində oxuyun: В Баку сносится кинотеатр? - ФОТО
Kabinetdə hazırda yer alan şəxslər bunlardır: Əli Əsədov - Baş nazir, Yaqub Eyyubov - Baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov - Baş nazirin müavinləri, Ceyhun Bayramov - xarici işlər naziri, Zakir Həsənov - müdafiə naziri, Vüqar Mustafayev - müdafiə sənayesi naziri, Vilayət Eyvazov - daxili işlər naziri, Fikrət Məmmədov - ədliyyə naziri, Kəmaləddin Heydərov - fövqəladə hallar naziri, Samir Şərifov - maliyyə naziri, Mikayıl Cabbarov - iqtisadiyyat naziri, Pərviz Şahbazov - energetika naziri, Məcnun Məmmədov - kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev - səhiyyə naziri, Emin Əmrullayev - elm və təhsil naziri, Adil Kərimli - mədəniyyət naziri, Fərid Qayıbov - gənclər və idman naziri, Muxtar Babayev - ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri, Kamran İmanov - Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53