M.Ə. Rəsulzadənin qızı Xalidə -Neftçalanın Kurkasa adasında bitən ömür...
Bu barədə yazmışam 2017-ci ildə. Bakı kəndlərində abidələri araşdıran zaman yaşlı insanlardan M.Ə. Rəsulzadənin qızı Xalidənin Bakıya gəlib itkin düşməsi barədə eşidəndən sonra hörmətli Rəis bəy Rəsulzadəyə zəng etdim. Bir az danışdıq, o da belə faktın olmasını bildirdi, lakin bundan başqa heç bir məlumatı olmadığını dedi. Neftçalaya getdim. Yaşlı insanlarla söhbət elədim. Onlar da dedilər ki, o zaman Neftçalada belə şayiə gəzirdi ki, "bəyin bacısını gətiriblər". Bu, sadəcə bir deyimdir. Yəqin ki, bəyin qızını nəzərdə tutublar. Hətta yerli insanlar Neftçalada neçə-neçə Cümhuriyyətçinin güllələnib torpaqda basdırılmasını bildirdilər. Bir neçə yerə də gedib baxdım. Sonra status yazdım, müsahibələr verdim ki, bəlkə kimsə bilə bu barədə. Çünki o dövrün sənədləri (qeydiyyat vərəqləri) sovetlər dağılandan sonra makulatura kimi tullanmışdı. Bir neçə arxivə müraciət elədim. Demək olar ki, iz itirilmiş idi. Əlimiz üzmüşdüm, dünən bir Neftçaladan dərin adamlardan biri ilə təsadüfən tanış olana qədər. O mənə bəyin qızı Xalidə xanımın şəhərə gətirilməsini təsdiq elədi və konkret də harda saxlandığını bildirdi: KURKASA adası. Neftçala şəhərindən 33 km aralıqda yerləşən, Kurkasa adı ilə tanınan Kür dili adasında o dövrdə 2 minə qədər əhali yaşayıb. 1981-ci ildə Xəzər dənizində suyun qalxması nəticəsində Neftçala rayonu ərazisindən bu əraziyə olan yol dağılmış və yarımada adaya çevrilmişdir. 1982-ci ildə kəndə quru yolu ilə getmək mümkün deyildi. Ada əhalisi SSRİ dağıldıqdan sonra Rusiyaya və başqa ölkələrə, həmçinin Neftçala rayonu ərazisində yeni tikilmiş evlərə köçürülmüşdür. Buna görə də orda Xalidə xanımı şəxsən görən adamları tapmaq çətindir. Ümid edirəm bu yazıdan sonra sağ olub Xalidə xanımı tanıyan kimsə üzə çıxar, ən azından bilərik ki, hansı ad-soyadla orda qeydiyyata alınıb, hansı evdə yaşayıb və sonrakı taleyi necə olub. Lakin dəqiq məlumat budur ki, Xalidə xanım bu adaya sürgün ediləndən sonra ailə həyatı qurmamış və mütamadi olaraq nəzarət altında olmuşdur. Yerli sakinlərlə ünsiyyət qurulmasına izn verilməyib. Evinin ərzağı onun evi ətrafında nəzarətçi olan təhlükəsizlik orqanları əməkdaşları tərəfindən alınmışdır. Geyimləri isə xüsusi olaraq gəlirdi. Nadir hallarda küçəyə çıxmasına izn verirdilər. Həyətdə oturub sakitcə baxırdı ətrafa. 1981-ci ildə dənizin suyu qalxdı, yol dağıldı. Köç başlandı və iz itdi. Xalidə xanım 1916-cı ildə Məhəmməd Əmin Rəsulzadənin ailəsində doğulub. Rəsulzadə ailəsinə olan repressiyaya məruz qalan Xalidə Qazaxıstanın Taldı Kurqan ərazisində sürgün həyatı yaşamağa başlayır. 1940-cı ildə Ümbulbanu xanımın vəfatından sonra kiçik övladlar Azərlə Xalidə tək qalırlar. Artıq ailə darmadağın olunur. Xalidə xanım sürgündə nənəsi Maral xanımı, anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn edir. Bundan sonra isə faciə növbəsi ona çatır. 24 yaşında ikən Qazaxıstandan baş götürüb Bakıya qaçmağı planlaşdırır. O yerli qurumlara müraciət edib İkinci dünya müharibəsində tibb bacısı kimi işləmək üçün müraciət edir. Lakin xalq düşməni qızı adını daşıyan şəxsi göndərmək olmazdı. O, döyüş gedən ərazini tərk edib qaça bilərdi. Sovetlər elə düşünürdü ki, onun atası o dövrdə Alman ordusunda xidmət edən legionerlər ilə münasibətdə idi, bu qızın isə qaçıb Atasının yanına getməsi Sovet ölkəsi barədə xarici dövlətlərə güclü təbliğat sistemi qurmasına səbəb ola bilərdi. Yox cavabı alan Xalidə xanım 1 ay ərzində onlara verilən çörək talonunu toplayır və 1943-cü ildə düşərgəni tərk edir. Müharibə dövrü, Sovetlərin döyüşlərdə ardıcıl məğlubiyyəti elə bir atmosfer yaratmış idi ki, onun getməsindən iki gün sonra xəbər tuturlar. O, 1943-cü ildə Qazaxıstan- Azərbaycan səfəri edən gəmiyə bilet əldə edir. Çörək talonlarını verdiyi gəminin təmizlikçisi qadın onu qulluqçular olan yerdə yerləşdirir. Uzun sürən yol, susuzluq və Xəzərin dalğaları onu əldən salır. Nəhayət Bakıya gəlib çatır. Artıq Bakıda onun düşərgədən qaçması barədə məlumat var idi və onun axtarışları davam edirdi. Xalidə Bakıya çatan kimi İçərişəhərə, qohumu Seyid Hüseynin evinə gedir. Qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı Ümgülsüm Sadıqzadə ilə ailəli olan və 1938-ci ildə güllələnmiş Seyid Hüseynin evində gizli yaşayır. Lakin o, izləndiyini anlayır və Bakını tərk edib atasının qədim dostları olan Şamaxıda qızılbaş-Səfəvi ordeninin qələmdanı olan şəxsin yanına getməyə qərar verir. Şamaxıda onu güclü mühafizə və təhlükəsiz həyat gözləyirdi. Bəlkə də ordan İrana qaçıb, Atasının yanına gedə də bilərdi. Avtobusa bilet alanda hiss edir ki, dörd nəfər onu izləyir, fikrini dəyişir. Şamaxıda olanları da təhlükəyə atmaq olmaz idi. Dəmiryolu vağzalına gəlir və ilk reys olan qatara bilet alır. Neftçala ərazisindən keçəndə agentlər onu saxlayırlar və qatardan düşürlər. Bir neçə saat milis idarəsində qalan Xalidənin taleyini həll etmək üçün Bakıya, ordan da Moksvaya zənglər edilir. Qərar belə olur. Onu gizlətmək. Heç kim bu barədə heç nə bilməli deyil idi. Dərhal orda sənədləşmə aparırlar və Xalidə xanıma yeni kimlik çıxardırlar. Onu Kurkasa adasına aparırlar. Ev verirlər və iki nəfər də nəzarətçi təyin edirlər… Qalanın da yuxarıda yazmışam. Düzü arxivlərdə Xalidə Rəsulzadənin Neftçalada hansı adla və soyadla saxlanılması barədə heç bir məlumat indiyə qədər tapa bilməmişəm. Amma mütləq bir gün o sənəd üzə çıxacaq…
Doç.Dr. Zaur Aliyev
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31