Fransada Məhsət Gəncəvinin heykəli ucaldılıb
Həydər Əliyev Fondundan Lent.az-a verilən məlumatına görə, əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği olan Heydər Əliyev Fondu Fransada “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində bir çox şəhərlərdə tədbirlər təşkil edib. Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.
Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsəti Gəncəvinin heykəlinin şəhər mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb.
XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli və xarici şərqşünasların diqqət mərkəzində olan və yüksək qiymətləndirilən Məhsəti Gəncəvinin ağ mərmərdən hazırlanmış heykəlinin açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb.
Konyak şəhərinin meri əvvəlcə ölkəmizlə əlaqələrdən danışıb. O, Konyakın minillik yubileyində Tovuz şəhər nümayəndə heyətinin iştirakını, iki şəhər arasındakı mədəni əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib. Məhsəti Gəncəvinin abidəsinin və “Oranjeri” zalının açılışının ikitərəfli münasibətlərin zənginləşməsinə xidmət edəcəyini bildirib. “Orenjeri” zalının sərgilərin təşkil olunmasına, hər iki şəhərin sakinlərinin bir-birinin mədəniyyətini yaxından tanımasına imkan yaradacağını vurğulayıb.
Sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycanın zəngin tarixi, mədəniyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
Diplomat Tovuz və Konyak şəhərləri arasında imzalanan qardaşlaşma xartiyasına toxunaraq ikitərəfli münasibətlərin inkişafında onun rolunun əhəmiyyətini qeyd edib. O, Məhsəti Gəncəvinin hələ XII əsrdə əsərlərində qadınların hüquqlarını və kişi-qadın bərabərliyini müdafiə etdiyini diqqətə çatdırıb. Məhsəti Gəncəvinin əsərlərinin bu gün bir çox dillərə tərcümə olunduğunu və sevilə-sevilə oxunduğunu bildirib.
Məhsəti Gəncəvinin əsərlərinin 900 illiyinin 2013-cü ildə UNESCO-da təntənəli şəkildə qeyd olunduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Müluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvi adına zalın fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. E. Əmirbəyov Konyakda Azərbaycanın böyük şairəsinin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.
Sonra Konyakın merinin müavini Jan-Fransua Herouard Məhsəti Gəncəvinin yaradıcılığından danışaraq həzin musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib.
Tədbir iştirakçıları Məhsəti Gəncəvinin heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
Açılış mərasimindən sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib. Tədbir iştirakçıları Azərbaycan muğamlarına valeh olduqlarını bildiriblər.
NUH.az
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Xurşidbanu Natəvan necə müflis oldu? (ARAŞDIRMA)
9 mart 2024 14:08
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- 1930-cu ildə NYT jurnalisti Stalindən necə müsahibə almışdı və nəticəsi nə olmuşdu?
14 fevral 2024 21:39
- 15 yaşlı ata...
14 fevral 2024 12:43
- Dünyanın Puşkini - Firuz Mustafa yazır
8 fevral 2024 11:25
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04