Xəzər Aslanovun Xızıda “imtiyazlı” korrupsiyası
Rayonda yerli fermerlərə məxsus torpaqlar icra başçısı Xəzər Aslanovun komandası tərəfindən zorla ələ keçirilib
Xızıda rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun “kommandos”u öz qanunsuz əməllərini davam etdirməkdədir.
Son bir neçə il ərzində Prezident Adminstrasiyasına edilən çoxsaylı şikayətləri özünəməxsus üsulları ilə “zərərsizləşdirməyi” çox asanlıqla bacaran icra başçısı görünür, cəzasızlıqdan arxayın düşərək yaxın çevrəsindəki əlaltıları Azər Əlizadə, Arzu Əzizov və dgərləri ilə birlikdə fermerlərin pay torpaqlarını zorla ələ keçirmək yolunu tutub.
Rayon İH-də oturuşmuş qrup öz məqsədlərini həyata keçirmək üçün hətta ilkin olaraq torpaq islahatlarının aparıldığı xəritəyə də “əl gəzdirməkdən” çəkinməyib.
İcra başçısının rəvac verdiyi sürüşdürmələr səbəbindən rayonun Giləzi qəsəbəsi ərazisindəki dənizkənarı pay torpaqları çoxdandır ki, qanunsuz olaraq ələ keçirilib. Eyni üsulla rayonun Baxşılı kəndindəki çayqırağı ərazilərin də qanunsuz şəkildə əsl sahiblərindən müxtəlif bəhanələrlə alınması gerçəkləşib. Baxşılı kəndindəki çayqırağı ərazidə, Altıağac yolunda kəndin giriş-çıxışında 6 nəfərin adına olan, ümumilikdə 1 hektardan artıq torpaq sahəsini Xəzər Aslanov şəxsən özü mənimsəyib. Həmin ərazidə qanunsuz özəlləşdirilən torpaq sahəsinin bir hissəsində kommunal təsərrüfat birliyinin işçiləri Xəzər Aslanovun göstərişi ilə qanunsuz hasarlamalara rəvac verərək yaşıllıqları məhv ediblər, ağacları kəsib izi itirməyə çalışıblar. Maraqlı bir detal: bu əməllərə etiraz edən Baxşılı kənd camaatına Xəzər Aslanovun cavabı belə olub:
”Kəmaləddin müəllimin göstərişi var, bu yerlərdə otel tikdirəjəm, kəndi də köçürəjəm.İsmayıl müəllimin (Neftçalanın sabiq icra başçısı İ.Vəliyev-red.) pensiyaya çıxanadan sonra istirahət etməsi üçün villa da inşa edəjəm.”
Bu cür məsələlərdə Xəzər Aslanovun yüksək vəzifəli məmurların adından istifadə etməsi yenilik deyil.
Xızının icra başçısı kənd təsərrüfatı naziri İnam Kərimovla da yaxın qohumluq əlaqələrindən sui-istifadə etməyə çalışır. Xəzər Aslanov sabiq müavini və əlaltısı Azər Əlizadəni Kənd Təsərrüfatı Nazirliyində gəlirli sahələrdən birinə rəhbər vəzifəyə təyin elətdirib.
Bu məsələdə İnam Kərimovun adı “maraq üçbucağı”nın zirvəsində hallandırılsa da, əminliklə demək olar ki, nazirə təsir imkanları ilə daha çox öyünən elə Xəzər Aslanovun özüdür. Ümumiyyətlə, başçının yaxın adamı sayılan Azər Əlizadə kəndlərdə vaxtilə istifadəyə verilmiş su hövzələrinin də ələ keçirilməsinin təşkilatçısıdır.
Xəzər Aslanovun göstərişi ilə Azər Əlizadə rayon arxiv idarəsinin rəisi, Namiq Quliyevlə əlaqəyə girərək cinayət məsuliyyəti yaradan əməllər həyata keçirib. Xızı rayon İcra Hakimiyyətində sovet dövründən qalma yazı makinası vardı. Azər Əlizadə üçün bu yazı makinası sanki göydəndüşmə gəlir mənbəyinə çevrilmşdi. Cütlük vaxtilə rayona rəhbərlik etmiş şəxslərin adından kiril əlifbası ilə saxta sərəncamlar tərtib edərək öz çirkin niyyətlərini həyata keçirib. Azər Əlizadənin tərtib etdyi saxta sənədləri arxiv idarəsinin rəisi Namiq Quliyev rayonda işləmiş rəhbər şəxslərin imzasına oxşar şəkildə “təsdiqləyərək” arxivə atıb.
Bu yolla bir çox saxtakarlığa imza atan duet əlbəttə, Xəzər Aslanovun dəstəyinə arxayındır ki, əməlləri cəzasız qalacaq. Belə saxtakarlığı sadəcə araşdırmaq bəs edər. Düzdür, yoxlama məqsədilə rayona ara-sıra üz tutan təftişçilər hansısa səbəblərdən əliboş qayıdıblar.
Düşünürük ki, Xızıda DTX-nın Neftçaladakı kimi anoloji əməliyyat aparması üçün kifayət qədər əsaslar mövcuddur. Sadəcə, ciddi araşdırmalara ehtiyac var. Yeri gəlmişkən, DTX-nın son zamanlarda apardığı əməliyyatlardan xoflanan Xəzər Aslanov körrupsiya əməllərinə də deyəsən bir balaca “əl gəzdirib”.Məlumatlı mənbələrin xəbərinə görə başçı rüşvəti daha öz kabinetində deyil, müavin götürdüyü Arzu Əzizovun iş otağında, inandığı şəxslərin, o cümlədən Arzunun əlilə özü də xahiş-minnətlə qəbul edir.
Rayonun kanalizasiya və su problemlərinin həlli üçün ayrılmış milyonlarla manat büdcə vəsaiti Xəzər Aslanovun göstərişi ilə əlaltıları tərəfindən həzm edilib. Nəticədə bu gün Xızının mərkəzi hissəsi sudan tamamilə korluq çəkir. "Hanı bə bu məqsədlərə sərf edilən milyonlar?" sualının isə sanki sudan quru çıxmış Xəzər Aslanova aidiyyatı yoxdur. Bəlkə Prezident Adminstrasiyasında bu məsələdən bixəbərdirlər? Onu da qeyd edək ki, kanalizasiya xəttinin Tıxlı kəndindəki qədim bulağın üzərindən keçirilməsinə etiraz səsləri dəfələrlə qaldırılıb. Bir müddət öncə Tıxlı kəndinin ərazisindəki bağların sahibləri ilə "Azərsu"nun işçiləri arasında yaşanmış insidenti xatırlayın.Yerli sakinlər bu biabırçılıqla bağlı müxtəlif instansyalara müraciət etmişdilər. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, kanalizasiya xətti məqsədli şəkildə həmin ərazidən keçirilib. Belə ki, əsas məqsəd kanalizasiya xəttini rayon icra aparatı başçısının müavini Arzu Əzizovun zəbt etdiyi,rayonun peşə məktəbinin təlim mərkəzinə ayrılmış 100 hektar torpaq sahəsindən keçirməklə əlavə maliyyə dividendləri əldə etmək olub.Əlavə edək ki, sözügedən peşə məktəbinin necə deyərlər adı var,vəssalam.Kağız üzərində illərdir ki, fəaliyyət göstərən məktəbdəki yeyintiləri araşdırmağa göndərilmiş təftşçiləri Arzu Əzizov davamlı surətdə razı salaraq məsuliyyətdən yayına bilir.
Xızıda düşünürlər ki, özünü Xızı rayonunun sahibi kimi aparan “hakimi-mütləq” Xəzər Aslanov qanunsuz əməlləri ilə yerli əhalini hakimiyyətdən narazı salmaq yolunu tutub. Şübhə yoxdur ki, başçının əməlləri ən yaxın zamanlarda ifşa olunacaq.
NUH.az
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir?
11 mart 2024 21:12
- TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
11 mart 2024 16:04
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- M.Ə. Rəsulzadənin qızı Xalidə -Neftçalanın Kurkasa adasında bitən ömür...
9 mart 2024 17:39
- Aygün Bəylərin qızı arzularından danışdı - Video
9 mart 2024 16:33
- Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir? - Nəvəsindən şikayət
9 mart 2024 13:52
- Prezident Euronews-a müsahibə verib
2 mart 2024 12:36
- Həbsdəki tanınmışlar həkim müayinəsindən keçirilir
23 fevral 2024 15:45
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05