Məzahir Pənahovun səlahiyyəti bitdi
Günün sitatı20 mart 2020 21:03
Fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından 70 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasından hərəyə 1 nəfər seçilib. 40 deputat isə partiyasızdır.
musavat.com xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə görə, növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra parlamentin ilk sessiyadan etibarən Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir. Odur ki, artıq MSK üzvlərinin səlahiyyətləri bitib.
Səlahiyyətləri bitmiş Mərkəzi Seçki Komissiyasının 17 üzvü var: Məzahir Pənahov - sədr, Rövzət Qasımov - sədr müavini, Arifə Muxtarova - katib, Mikayıl Rəhimov - katib, Fuad Cavadov, Şaitdin Əliyev,Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov.
Məzahir Pənahov 2000-ci ildən MSK sədridir. O, Yeni Azərbaycan Partiyasının təqdim etdiyi nümayəndədir. İndiyədək Məzahir Pənahovun sədrliyi ilə 13 seçki (5 parlament seçkisi, 4 prezident seçkisi, 4 bələdiyyə seçkiləri), 3 referendum keçirilib.
Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini azlıqda qalan partiyaların, üçdə bir hissəsini bitərəflərin təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
9 fevral seçkilərinin ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası çoxluq partiyası, digər partiyalar azlıq partiyaları sayılır. Respublikaçı Alternativ Partiyasının və deputat Razi Nurullayevin partiyasının dövlət qeydiyyatı olmadığı üçün MSK üzvlüyünə Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası nümayəndələr təqdim edə bilər.
Seçki Məcəlləsinin tələbinə görə, parlamentdəki çoxluğun, bitərəflərin və azlığın namizədləri irəli sürülməli və Milli Məclisin iclasında onlar qəbul olunmalıdır. MSK-nın yeni tərkibinin də əsasən indiki tərkibdən ibarət olacağı ehtimal edilir.
MSK-nın tərkibinin müəyyənləşdirilməsinin vaxtı ilə bağlı qərar hakimiyyətdən asılıdır. Yəni konkret olaraq əvvəlcədən vaxt müəyyənləşdirilmir. Sadəcə olaraq, əvvəldən deyilir ki, MSK üzvlərinin səlahiyyət müddəti 5 ildir və hər dəfə parlament seçkiləri keçiriləndə yeni tərkib formalaşdırılmalıdır.
MSK formalaşdırıldıqdan sonra isə yuxarıda qeyd olunan proporsiyaya uyğun olaraq dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları formalaşdırılacaq.(Musavat.com)
Oxşar xəbərlər
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Əsirlikdən qayıdan Ruslan Şəmkirdə yaxınları ilə bir arada - Video
22 mart 2024 12:07
- Ruslan ailəsinə qovuşdu
21 mart 2024 23:29
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Azərbaycanda DƏHŞƏT qəza : Ölənlər GÖRÜN KİM İMİŞ -Foto
10 mart 2024 19:48
- Qarabağ savaşı bitdi - Azərbaycanın yeni hədəfləri nədir?
28 fevral 2024 20:34
- Aybəniz Haşımovanın qardaşı həbs edildi
23 fevral 2024 22:44
- Məzahir Pənahov da gedir ? Yeni MSK sədri kim olacaq..?
18 fevral 2024 13:06
- MSK-dan YEKUN nəticə - İlham Əliyev 92,12 % səslə qalib oldu
11 fevral 2024 17:53
- Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı - Həbs olunub
29 yanvar 2024 12:04
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya