Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
Qaynarinfo elektrik mühəndisi və fizika müəllimi, Azərbaycanın ilk elmi-kütləvi konfransı olan "Kainat-Kvant-Beyin” konfransının həm təşkilatçısı, həm də Kvant Fizikası üzrə spikeri Sadiq Şamilovla müsahibəni təqdim edir.
- Sadiq bəy, bioqrafiyanız olduqca genişdir, amma gəlin, sizi tanımayan və fizika ilə əlaqəsi olmayan insanlar üçün qısaca bir tanışlıq verək. Hazırda nə işlə məşğulsunuz, nə etmək istəyirsiniz?
- Hazırda Orta Gərginlikli - 36kV-a qədər elektrik avadanlıqlarının istehsalı ilə məşğul olan şirkətdə satış və marketinq şöbəsinin rəis müavini vəzifəsində çalışıram və fizikadan seminar, təlim və dərslər keçirəm. Əsas etmək isdədiyim iş ölkə üzrə dəqiq və təbiət elmlərinin inkişafına qatqımın olmasıdır.
- Həm Azərbaycanda, həm də Türkiyədə təhsil almısınız, hər iki təhsilinizi də yüksək uğurla bitirmisiniz. Hansı təhsil daha effektli oldu ixtisasınız üzrə? Deyəsən, Türkiyədəki təhsildən sonra yolunuz açıldı...
- Orxan bəy, Azərbaycanda olan təhsilimi tam başa vurmadan, yəni cəmisi 1 il oxuduqdan sonra Türkiyə Respublikasında təhsil almağa yollandım. Bəli, Türkiyədə təhsil almanın avantajları çoxdur. Orada dərslər daha çox praktiki olduğundan, Universitetdən məzun olduqdan sonra "staj" problemi çox yaşanmır. Mən elə orada təhsil alarkən, 2-ci kursdan ixtisas üzrə işlədiyim üçün və universitet stajını da üstünə gəlsək, Azərbaycana döndükdə rahat formada iş tapa bildim.
- Təhsil və iş demişkən, universitet illərindən müəllim kimi fəaliyyət göstərirsiniz, ümumi olaraq fəaliyyət sahəniz, təcrübəniz kifayət qədərdir. "Pozitif Bilim Akademisi", "Ünivarge Mühendislik LTD"-də Hologramik Xəyal sistemləri bağlı araşdırma qrupunun üzvü", aparıcı Mühəndis, "Elimsan Şalt Cihazları ve Elektromekanik San.” və "Tic. A.Ş."də yay təcrübəçisi, keyfiyyətə nəzarət və elektrotexnika bölümü, "Elimsan Şalt cihazları ve elektromexanik San. və Tic. A.Ş.-də Yay Təcrübəçisi, "beton köşk və Elektromexanika bölümü", "Erel Makina" şirkətində Mexanik və Elektrikçi vəzifəsi", "Hilkar Elektrik” Şirkətində Elektrik-Mühəndis vəzifəsi", "AZELKO” MMC Şirkətində Mühəndis-Elektrik", "Hədəf Steam” Liseyində Fizika və Texnologiya müəllimi", "AZELKO MMC” şirkətində satış və marketing şöbəsinin rəis müavini, "Fizika –Riyaziyyat Təhsil Mərkəzi, Təsisçi və Fizika müəllimi", "Gənclərin karyera və İnkişaf mərkəzi”ndə fizika müəllimi və.s. Amma yenə də kifayət qədər tanınmırsınız. Bunu konkret olaraq nə ilə əlaqələndirə bilərik? Ümumi təhsil səviyyəmizə görə, yoxsa, dəqiq elmlərə olan marağa görə?
- Düşünürəm ki, bunu özüm istəməmişəm. Çünkü bu sadaladıqlarınız bir qırağa, elə 2014-cü ildən Azərbaycanda, "Kvant Dünyası" səhifəsi üzərindən populyar elmlə məşğulam. Seminarlar, canlı yayımlar etmişəm. Ancaq izləyicilər üçün düşünürəm ki, əl çatan olduğum üçün və çox tanınmamağı özüm seçdiyim üçün indi yetəri qədər tanınmıram. Azərbaycanda, savadı və qabiliyyəti ilə elm sahəsində seçilən insanlarla yaxın münasibətim var, onlar sağ olsunlar, sayıb, seçirlər. Ancaq feysbuk izləyicim hələ indi 200 nəfərdir. Bunu özüm istəməmişəm. Şou əhli deyiləm ki, çoxlu heyranlarım olsun. Müəyyən kütləyə nəsə çatdıra bilmişəmsə, nə xoş mənim halıma. Həmçinin, dəqiq və təbiət elmlərinə maraq da azdır. Bunu 2014-cü ildən bu yana indiki hala gətirib çıxarmışıq yoldaşlarla.
- Türkiyədə bir çox layihələriniz olub:
Foto və video əsaslı dataların Elektrik enerjisinə çevirmə qurğusu, xaous nəzəriyyəsi əsasında "Elektromaqnit Sahə Silahı layihəsi”, "Hərbi quru texnikaların - Tnakların Alternatorunun dizaynı”, 650Amper 24 Volt sistem, başdan sona qədər dizaynı və analizi - NSYS MAXVELL Programı ilə. Ümumiyyətlə, orda qalıb davam etmək olmazdı? Çünki adətən, dəqiq elmlərə xaricdə daha çox yol açılır.
Sosial Layihələriniz də var;
"Shamilov Academy” Youtube kanalı. Nəzəri fizika və elektrik mühəndisliyi videoları
"Kvant Dümyası” adlı elmi bloqun qurucusu və yazarı. Nəzəri və elmi-populyar məqalələr.
"Youtube” Platformasında 5 ədəd elmi-popular video material.
"Yaşıl Elm” adlı elm platformasında yazar və təlimçi,
"Rezonans” saytında qurucu və elm yazarı.
"Kosmologiya” platformasının elm festivalı və yay düşərgərlərində müasir fizika üzrə spiker.
Sakarya Universitetində, "Eletrik Maşınları” adlı 2 seminar verərək, keçirdiyiniz təlim.
"Hədəf Steam" liseyində 2 dəfə integrasiya dərs modelləri (Fizika-İngilis dili), (Fizika- Elektrik Mühəndisliyi) üzrə müəllimlərə seminar, təlimçi. Amma bizdə sosial layihələr də dəqiq elmlərdə bir qədər azlıq təşkil edir. Yaxud da, effektiv olmur. Necə düşünürsüz, layihələriniz istədiyiniz nəticəni verə bilib? Yəni, bunlar istədiyiniz kütləyə çıxa bilibmi?
- Orda qalıb davam etmək olardı, əlbəttə, hələ məzun olmamışdım, "Hilkar Elektrik” adlı şirkətdə mühəndis kimi işləyirdim. Amma bir qərar verməli idim, ya oraya xidmət etməli idim, yada Azərbaycana. Mən Azərbaycanı seçdim. Düşündüm ki, Türkiyədə onsuz bu sahə üzrə saysız-hesabsız mütəxəssis var. Amma Azərbaycanda yeni nələrsə etmək lazımdır. Ən azından Azərbaycanın gəncliyinə əldən gəldiyi qədər çıraq olmaq lazımdır. Yəni, seçimim üzərə gəlmişəm. Təbii ki sosial layihələr daha çox qəbul edilir kütlə tərəfindən, nəinki dəqiq elmlər üzrə olanlar. Amma mən bu işi uzun zamandır etdiyim üçün və pik həddə olan, 550+nəfərin iştirakı ilə olan Kainat-Kvant-Beyin konfransı gerçəkləşdirərək, düşünürəm ki isdədiyim kütləyə çatmışam. (Həmin konfransı Elm Azərbaycan komandası ilə birgə etmişdik).
- Üniversitetlərdə də Nəzəri fizika üzrə verdiyiniz seminarlarınız var:
"Molekulların Paylanması-Maksvell-Boltzman Dağılımı”.
"H.A.A.R.P Layihəsi” seminarı.
"Kvant Fizikası və Kainat” seminarı, "Kainatın Termodinamikası” seminarı. Amma yenə də eyni səssizlikdir. Sizcə, bu cür maraq artırmaq olacaqmı? Məsələ ondadır ki, bu üzrə təhsil almayanlar da ən azından nəzəri biliklərə yiyələnməyi, analitik zəkanın inkişaf etdirilməsi vacibdir. Bunlarla və başqa işlərlə olacaqmı?
- Bu seminarların istər-istəməz faydası olur. Nə qədər səssizlik olsa belə. Burada ən əsası maraq yaratmaqdır. Maraq olandan sonra fərd özü araşdırıb öyrənir. Heç nə edilməməsindən ən azı nəsə addım atılması yaxşı deyilmi? Gənclər artıq dəqiq elmlərdən qorxmadan, fizika deyəndə ağla iri düsturlar gəlmədən onu sevərək, özünü dərk edərək, araşdırdıqca sehrli aləmdə məst olaraq analitik zəkalarında inkişaf etdirmiş olacaq. Olacaq, mən inanıram. Çünki canlanma var. 2013-cü ilə baxın, bir də indiki ilə...
- Azərbaycanın ilk elmi-kütləvi konfransı olan, "Kainat- Kvant-Beyin” konfransının həm təşkilatçısı, həm də Kvant Fizikası üzrə spiker olmusunuz... Bu haqda danışaq bir az.
- Həmin gün, həmin an... Həyatımın unudulmaz bir anıdır. 550+ nəfərin toplaşdığı Azərbaycan Milli Dram Teatrı... Kainat-Kvant-Beyin adlı ilk elmi populyar konfrans. Hazırlıq mərhələsi ağır keçmişdi. Biletlərin satılması prosesi, marketinq məsələləri. Tək deyildim, Elm Azərbaycan komandası, xüsəsn Orxan Oğuzla birgə həyata keçirdik. Düzü, ilk başda heç kim inanmırdı 550 nəfərin ola biləcəyinə. Amma oldu. Mənim ordakı çıxışım düşünürəm ki, yaxşı idi... Alqışlandı. Amma orada yatan məna başqa idi. O qədər insan elm naminə orda idi. Bu, ifadə edilə bilməz...
- Yenidən təkrarlamaq fikriniz varmı? Daha geniş hətta.
- Xeyr, təəssüf ki, elə o konfransda mən sağollaşdım və bir daha belə konfransda yer almayacağam, dedim. Çünkü bundan yaxşısın edə bilmərəm. Nə etsəm, bunun yanında sönük qalar... Həm də, daha yetərlidir deyə, düşündüm.
- Bir müddət əvvəl məktəblərdə tədris olunan fizika dərsliyi gündəmə gəlib. Yəqin yadınızdadır... Din ilə bağlı məsələ.
- Aha, bəli. O haqda ümumi fikirlər bildirildi. Din mənəvi seçimdir, insanın yaşam tərzi ola bilər. Hər insanın fərdi düşüncəsidir. Dindar bir insan elmlə məşğul ola bilər. Həmçinin, bir elm adamının da dini ola bilər. Amma bunun elmi işlərə qatmaq düzgün deyil, zənnimcə. Elm tərəfsizdir.
-Dindar, bütünlüklə din ilə məşğul olan biri fizik ola bilər? Çünki fizikada, məsələn, yaradılış məsələləri dinin dediyi ilə üst üstə düşmür.
- Pakistanlı Nobel Mükafatçısı Abdus Salam deməyim bəs edər, zənnimcə. Müsəlman fizik. Din, fərdi məsələdir. Mənəvidir. Adam onunla xoşbəxtdir, qoy olsun...
- Özünüzün dini görüşünüz necədir bəs? Adətən fizika, yaxud digər dəqiq elmlərlə məşğul olan insanların dindar olması yaxşı qarşılanmır. Adicə həkimin belə. Təbii ki, dinsiz kütlə tərəfindən.
- Mən qarşıyam elə fikirlərə. İnsanın şəxsi inancı, şəxsi dini görüşü ola bilər. Hər elm adamı dinsizmi olmalıdır? Abdus Salamdan güclü fizik olacağıq? Adam müsəlman idi və Nobel mükafatı almışdı. Mənim dini görüşüm, düşünürəm, özümdə qalsa yaxşıdır, çünki qeyd etdim, fərdidir. İnsan işini düzgün, tərəfsiz etdiyi halda problem qalmır.
- Ümumiyyətlə, məktəblərdə tədris olunan fizika ilə nəsə etmək olar? Narazılıq çoxdur, amma iş də görülmür. Bəlkə gənc fiziklər bu məsələdə nəsə etməlidir? Nə etmək olar?
- Məktəb fizikası, ibtidai fizikanın belə ibtidaisidir. Orada ancaq fundamental bilikləri almaq olar. Əsas məsələ dərsliklər yazılandan sonra incəliklə analiz edilməsidir. Orada səhv və düzlər ortaya çıxmalıdır. Çünkü şagird ilk biliyi ordan alır. Gənc fiziklərin fikri alınsa, yaxşı olar. Ancaq orta məktəb dərsliyi yazmaq asan məsələ deyil. Kifayət qədər təcrübə istəyir.
- Fizika deyəndə ağla, ümumiyyətlə, ilk olaraq Eynşteyn gəlir. Bəs, Azəraycanda varmı elə biri? Gənc fiziklərin kumiri məsələn.
- Mənim ağlıma fizika deyəndə Eynşteyn gəlmir. Nyuton və Boltzmaan gəlir. Azərbaycanda var bəli, amma indi xaricdədirlər... Tural Bədirxanlı vardı, dünya fizika olimpiadasının qızıl mükafatıçısı. Azər Eyvazov var, 2 dəfə Dünya Fizika olimpiya birincisi. Hazırda isə universitetlərdə işləyən yaxşı professorlar var. Sayları azdır, ancaq var.
- Müsahibə üçün təşəkkürlər.
- Zaman ayırdığınız üçün, mən təşəkkür edirəm, Orxan bəy. Düşünürəm ki, bu, elm həvəskarları üçün maraqlı olacaq.
Orxan Saffari
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya