“Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğuldur "
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
K.Şükürov bu barədə "Report"a açıqlama verib:
“20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix institutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim.
Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb.
Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix institutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb.
Onda aydın olardı ki, Tarix institutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib. Mənim rəhbərliyim dövründə institutda 3-cildlik Respublika tarixi, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi yazılıb, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabı dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunub.
1993-cü ildən bəri ilk dəfə olaraq institutda Azərbaycan tarixinin yeni konseptual baxış əsasında akademik bircildliyi hazırlanıb, 15 cildlik Azərbaycan tarixi üzrə gərgin iş davam etdirilir. Azərbaycanın tarixi coğrafiyasına dair 1987-ci ildən bəri ilk dəfə fundamental kitab hazırlanır. Mən 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı yönəlmiş tarix siyasətinin tənqidinə dair müntəzəm olaraq cavabla çıxış etmişəm, bunlar respublika kütləvi informasiya vasitələrində əks olunub.
İnstitutun da təşkilatçılığı ilə doqquz ölkənin alimlərinin iştirakı ilə Qafqaz Albaniyasına dair beynəlxalq konfrans keçirilib. Azərbaycanın müstəqillik tarixinə dair Ağdamda otuzadək alimin iştirakı ilə daha bir beynəlxalq konfrans təşkil edilib. İştirakçıların Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfəri olub. Tarix institutunda yeddi ixtisas üzrə elmi dərəcə verən dissertasiya şurasının səmərəli fəaliyyəti təşkil olunub.
Görülmüş işlərin az bir qismi belədir və lazım gəlsə, mən institutun qeyd etdiyim hesabatını çap etdirəcəyəm ki, geniş ictimaiyyət də həqiqi vəziyyətlə tanış ola bilsin. İndi soruşuram: Ramiz Mehdiyev, Tarix institutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA-nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix institutu yaratmağa həsr etmişəm.
Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix institutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 2024 14:29
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20