- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanılmış cinayət işi üzrə həbs edilən 4 zabitin işi eyni icraatda araşdırılır. Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılan işdə hazırkı mərhələdə şahidlər dindirilir.
Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim işləyən mayor Səbuhi Məmmədov bu iş üzrə şahid qismində tanınıb. Məmmədov cinayət baş verən dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, bir müddət sonra isə fərqli vaxtlarda iki hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. Həmin dövrdə həm liseydə, həm hərbi hissələrdə ümumilikdə 4 milyon manat civarında maliyyə yeyintisi müəyyən edilib. Bu məbləğin 3 milyon 450 min manatı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aşkarlanıb. Şahid hakim qarşısında mənimsəmə mexanizmi haqda danışıb:
“57 müəmmalı şəxsin adına plastik kart açılıb, onlara pul köçürülüb. Ona görə müəmmalı şəxs deyirəm ki, həmin kartların real sahibləri mövcud deyildi, “ölü canlar” idi. Ağlımıza gələn 8 rəqəmi deyirdik, həmin rəqəmlər şəxsiyyət vəsiqəsi kimi qəbul edilirdi. Ona uyğun da plastik kart hazırlanırdı. Kartlar hazırlanandan sonra siyahını komandirin qarşısına qoyurduq. Komandir də bir-bir hamısını yoxlayası deyildi ki, hansı realdır… Qol çəkirdi, vəssalam”.
Əvvəlki şahidlər də ifadələrində mövcud olmayan adamların adına plastik kartlar açıldığını demişdilər. Bu hal hər dəfə prokuror Fuad Musayevdə marağa səbəb olub:
“Gələn deyir ki, olmayan adamın adına pul köçürülüb. Nə deməkdir bu, belə şey olar?..”
Təqsirləndirilən Cəlal Kazımov prokurorun təəccübünə reaksiya verib. Kazımov şahidin dediklərini nağıl adlandırıb.
Maraqlıdır ki, şahid Məmmədov işlədiyi yerlərdə mənimsənilən pulların demək olar, 90 faizini təftişə verib, 10 faizi özünə qalıb. Məsələn, yoxlamaların birində 715 min manat mənimsəmə müəyyən edilib. Məmmədov həmin məbləğin 651 min manatını təftişçi Sadıq Sadıqova verib. Başqa bir yoxlamada 700 min manatın 630 minini təftişə verib:
“Digər şahidlərdə təftişə verilən pul 30 faiz olub. Sizə qarşı bu münasibətin səbəbi nə idi, demək olar, 90-ın 10-a işləmisiz. Nə var əlinizdən alırdılar, sizin marağınız nə idi ki, bu işə əl qoyurduz?”, - deyə prokuror Musayev ritorik sual verib.
Müttəhim general Məmmədovun vəkilinin təftişlə bağlı sualı zamanı məlum olub ki, təftişçi Sadıq Sadıqov şahiddən aldığı 600 min manatı özünə götürüb. Sadıqov bu haqda şöbəyə məlumat verməsə də, bir müddət sonra üstü açılıb. İstintaq vaxtı bu epizod üzrə şahidlə Sadıqov arasında üzləşmə olub.
S.Məmmədovun cinayət baş verən dövrdə işlədiyi yerlərdə mənimsənilən vəsaitdən ümumilikdə 399 min manat özünə qalıb. Həmin məbləğin isə hələ ki 20 min manatını dövlətə geri ödəyib.
Hakim qarşısına çıxarılan digər şahid isə Mirseyid Eyvazovdur. Eyvazov əvvəl təftişçi, sonralar isə Hərbi Polis İdarəsinin maliyyə-xidmət şöbəsində işləyib. Şahidin dediyinə görə, hərbi hissələrin birində təftiş keçirən vaxt oranın maliyyə-xidmət rəisindən 20 min manat pul alıb. Həmin pulun 10 minini rəisi - Müdafiə Nazirliyinin Nəzarət və təftiş şöbəsinin müdiri Rafael Xələfova verib. 10 min manat isə özünə qalıb.
Şahid Hərbi Polis İdarəsində maliyyə-xidmət rəisi işlədiyi müddətdə keçirilən yoxlama zamanı da külli miqdarda mənimsəmə qeydə alındığını deyib. İstintaqla müəyyən edilib ki, Eyvazov işlədiyi dövrdə özünə 700 min manat pul qalıb. Həmin məbləğin 400 min manatını dövlətə geri ödəyib.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2 il əvvəl həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 2024 13:52
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 2024 23:22
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 2024 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 2024 19:00
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 2024 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 2024 21:40
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 2024 18:04
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 2024 13:22
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 2024 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39