Niyə Fələstinə görə İsrail qınanır, uyğurlara görə Çinə dinən yoxdur?
Kriminal5 dekabr 2019 10:40
"Bu müsəlman həmrəyliyinin zəifliyindən və ya bu xalqların siyasi milli şüur səviyyəsinin olmamasından irəli gəlir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Çində uyğur türklərinə qeyri-insani münasibətlərə müsəlman ölkələrinin susmasına aydınlıq gətirərkən politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, az qala sayları 35 milyon və ya daha çox olan uyğurlara qarşı illərdir ki, nasist siyasəti həyata keçirilir. Yenidən tərbiyə adı altında insanları İslam dinindən uzaqlaşdırır, dilindən imtina etməyə vadar edilirlər. İnsanlar buna müqavimət göstərən kimi isə onları ən ağır cəza – ölüm cəzasına məhkum edirlər. Bu isə dünyada bərqərar olmuş insan haqları, bu haqlara aid məsələlərə kökündən ziddir. Bu gün nə BMT, nə digər təşkilatlar səviyyəsində bu azğın dövlət terroruna münasibət bildirilmir. Məsələn, İslam Əməkdaşlığı Təşkilatı bu məsələni daim gündəmində saxlamalıdır, amma ərəblər əvvəldən türk düşməni olduğu üçün özlərini görməzliyə vururlar.
"Onlar uyğurları yox etmək üçün ən xırda bəhanələr axtarır. Məsələn, namaz qılırlar - güllələnirlər, "Allahu-Əkbər” deyirlər, güllələnirlər. Çin hökuməti uyğurların öz dilində təhsil alması, məktəb mövzusunda da ciddi əngə yaradırlar. Bu günlərdə daha 30 nəfəri güllələyiblər”, - deyə Qabil Hüseynli əlavə edib.
Politoloq onu da qeyd edib ki, idealogiyası komunist olan, əslində şovinizm siyasəti yeridən Çinin uyğurlara qarşı bu münasibətinə etiraz Türkiyədən başqa heç bir ölkədən gəlmir:
"Digər türk dövlətləri - Özbəkistan, Türkmənistan, Qazaxıstan və başqaları bu ölkə ilə ticarət münasibətləri qurduqları üçün məsələni ancaq Çinin izahatı əsasında dəyərləndirirlər. Çin isə buna hər şeyi yenidən tərbiyə və guya uyğurları ölkədə formalaşmış yeni düzənə uyğunlaşdırmaq kimi don geyindirir. Yəni onlar çox əcaib və eyni zamanda da qəddar bir siyasət həyata keçirirlər.
Bu gün məsələyə anti-bəşər ideyalarını reallaşdırdığı üçün etiraz bildirmək lazımdır. BMT və digər təşkilatlarda məsələ qaldırmaq, onlara muxtariyyət verilməsi və hüquqi məsələlərə əməl etmələrini tələb etmək lazımdır”, – politoloq deyib.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu biganəliyin səbəbi aydındır:
"Çin böyük və dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsidir. Bu gün Türkiyə də daxil olmaqla, hər bir müsəlman dövlət istəyir ki, Çinlə əməkdaşlıq edərək, onun investiyalarını öz ölkəsinə cəlb eləsin. Ona görə də Çində insan haqları ilə bağlı baş verən bəzi pozuntulara göz yumulur. Məsələn, Yaxın Şərqdə belədir ki, Türkiyə və bir sıra müsəlman ölkələri Fələstində baş vermiş problemlərlə, qətliamlarla bağlı İsraili sərt tənqid edə bilir. Amma Çinə eyni münasibəti göstərə bilmir, əksinə onlarla qurulan iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyirlər”.
Politoloqun sözlərinə görə, burda digər bir məsələ geosiyasi amillərin ön plana çıxmasıdır. Çünki heç kim Çinlə düşmən olmaq istəmir. İsrail kiçik, Çin isə böyük ölkədir. Ona görə də uyğur məsələsində müsəlman ölkələri Çində aparılan etnik təmizləmə, assimiliyasiya siyasətinə göz yumurlar:
"Həmin ölkələrin ehtiyat etdikləri başqa bir məqam da var. Çində yaşayan uyğur türklərinin bir hissəsinin mübarizəsi insan haqlarının müdafiə edirsə, digər bir hissəsi isə radikal əməllərə əl atır. Məsələn, bu gün radikal islamlaçılara qoşularaq Suriyada çox sayda İŞİD-in tərkibində vuruşan uyğurlar var. Bu radikal qruplar bəzən Çində partlayışlar törədir, asayişi pozurlar. Belə olan halda uyğurlara bir çox müsəlman dövlətləri kömək edə bilmir və ehtiyatlı mövqe tutmağa çalışırlar”.
Uyğurlara qarşı bu münasibət üçün hansı tədbirlərin görülə biləcəyi haqqında danışan politoloq bildirib ki, əslində, Qərb ölkələri xəbərdarlıq edirlər, onlar uyğur məsələsində diqqətlidirlər. Hətta onlar zaman-zaman bu mövzuda sənədli filimlər hazırlayaraq orada baş verənləri ictimaiyyətə çatdırırlar. Mən özüm bu yaxınlarda BBC telekanalının Çinə gedərək düşərgələrdə yaşayan uyğur türklərin həyatı haqqında çəkilən bir filmini izlədim.
Amma onu da qeyd edim ki, Qərb ölkələri tənqid etsələr də, onlar da Çinlə olan iqtisadi əməkdaşlıqdan vaz keçə bilmirlər. Çox təəssüf ki, bu gün dünya iqtisadi sistemində bu cür fərqli yanaşmalar özünü göstərə bilir. Düzü, bu ölkələri qınamaq da olmur”.
Məsələyə ölkəmizin hansı mövqedən yanaşmasından danışan politoloq bildirib ki, Azərbaycanın özü Çinlə olan iqtisadi strateji əməkdaşlıqda maraqlıdır:
"Bildiyimiz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və Çin də bu layihəyə qoşulub. Onlar da bu dəmir yolu vasitəsilə Avropaya öz mallarını daşıyırlar. Təsəvvür edin, Azərbaycan uyğurlarla bağlı Çin haqqında sərt açıqlama versə, bu, iki ölkə arasında münasibətlərə necə pis təsir edər”.
Xatırladaq ki, Çin hökuməti daima uyğurları və onların yaşadığı ərazini özü üçün problem hesab edib. Mərkəzi hökumət problemin həlli üçün ən radikal üsullara üstünlük verməyə – müasir texnoloji vasitələrdən istifadə edərək insanlar üzərində daimi izləmə sistemi qurmağa, düşərgə kompleksləri yaradaraq uyğurları təlim-tərbiyə adı altında oraya toplayaraq işgəncə verərək, dilindən, dinindən qopardaraq assimiliyasiya etməyə çalışır.
Günay İlqarqızı
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya