İcra başçısı Elzanı təhqir etd: Ona sabun təklif etmişəm
Dünya4 oktyabr 2019 16:29
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev ötən gün İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D" verilişinə qatılmaqdan imtina etməsi və bəstəkar-müğənni Elza Seyidcahan tərəfindən ona qarşı səsləndirilən ittihamlar barədə danışıb.
Əhəd Abıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bir həftə əvvəl onu da "Dadaş Dadaşlinski" həmin verilişə dəvət edib:
"Bir həftə əvvəl İctimai televiziyadan mənə zəng olunaraq, robotun aparıcılıq etdiyi verilişə dəvət etmişdilər. Ancaq mən bu dəvətdən imtina etdim. Hesab edirəm ki, deputat Fəzail Ağamalı da bu verilişə getməməklə çox düzgün edib. Axı mənim robot olan verilişdə nə işim var?!".
İcra başçısı Elza Seyidcahanın ötən gün efirdə səsləndirdiyi ittihamlara da cavab verib:
"Bir neçə il əvvəl Elza Seyidcahan zəng edib bildirdi ki, mən gəlirəm Daşkəsəndən deputatlığa namizədliyimi verməyə. Mən isə ona dedim ki, get paltar sabunu ilə üz-gözünü təmizlə, yoxsa camaat səni daş-qalaq edər. Əslində, mən ona sabun təklif etmişəm, o mənə yox! Həmin vaxtı bu barədə saytlarda da məlumatlar getmişdi. İndi necə olur ki, o vaxtı belə deyilən sözün indi Seyidcahan əksini söyləyir? Məntiqlə də o deputatlığa namizəd olmaq istədiyi üçün mənə zəng etmişdi. Ümumiyyətlə, Elza Seyidcahana baş qoşmaq lazım deyil. Deyir ki, deputatlığa namizəd olmaq istəyirəm. Lap gəlib namizədliyini versin, görək kim ona səs verəcək. Məgər deputatlıq "imam ehsanı"dır? Bilirsiz, Rövşən Rzayev "Qaçqınkom"a gedəndən sonra, Daşkəsəndə həmin dairə boş qalıb. Tək Elza deyil, bir-iki nəfər var ki, deputat olmaq arzusuna düşüblər. Ancaq anlamırlar ki, deputat olmaq üçün xalqın etimadını qazanmaq lazımdır. Yoxsa ki, icra başçısı deputat seçmir!".
İcra başçısı "3D" verilişinin aparıcısı olan "Dadaş Dadaşlinski"ni də təhqir edib:
"Sən kimsən axı, eybəcər köpəyin... Sən kimsən ki, mən sənin çağırışına gəlim?! Yaxud da Seyidcahan kimdir ki, onun mənə hədə gəlməsi ilə deputat seçilsin? Mən yenə deyirəm ki, ona heç kəs səs verməz. O danışığını bilmir, ondan deputat olmaz. Mən onu görəndə salam belə vermirəm. O, gah dovşan olur, gah da kirpi, belə adamların deputat olmaq istəyi eyibdir. Bu, Milli Məclisi ələ salmaqdır. Bizim hörmətli ziyalılarımız, professorlarımız gəlib Milli Məclisin deputatı olmalıdır. Axı Elza kimdir ki, deputat olsun?!"
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya