“Erməni müəllim azərbaycanlı şagirdini ürəyindən bıçaqladı”
Ramiz Cahangirov: “Hadrut məktəbinin həyətindən götürdüyüm bir ovuc torpağı 29 ildir ki, özümdə saxlayıram”
“Müharibə dövründə biz bir çox dəhşətli hadisə ilə rastalaşmışdıq. Amma bir hadisə ən dəhşətli mənzərə olaraq, ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək”
Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a müsahibəsində uzun illər Hadrut qəsəbə məktəbində tarix müəllimi işləyən Ramiz Cahangirov deyib.
11 il Hadrutda müəllim işləyən Ramiz müəllim ilk olaraq, kənd, məktəb haqqında məlumat danışır:
“1980-ci ildən 1991-ci il oktyabrın 31-nə qədər, Hadrut qəsəbəsi, Tuğ kənd məktəbində tarix müəllimi işləmişəm.
Məktəbimizin əsası Çar Rusiyası dövründə Mir Mehdi tərəfindən qoyulub. 1975-ci ildə isə SSRİ dövrü üçün tam müasir məktəb istifadəyə verildi. 3 mərtəbəli bina kabinet, laboratoriya sistemi ilə təchiz edilmişdi. Tarix kabinetini öz əllərimlə hazırlamışdım.
Ora həm də beynəlmiləl məktəb sayılırdı. Həmin dövrdə ümumiyyətlə ölkənin hər yerində saxta beynəlmiləl ideya yaratmışdılar.
Məktəbdə 10 sinifdə azərbaycanlı, 10 sinifdə isə erməni şagirdlər təhsil alsalar da, bizim şagirdlərin sayı həmişə çox olurdu.
“14 il direktor işlədiyim dövrdə də keçirilən tədbirlər bizim məktəbimizin yerini verə bilmir. Bayram şənliklərini demirəm hələ...”
Hadrut xatirələrindən danışarkən müəllimin səsi tirəyir, sanki həmin anları yenidən yaşayırdı:
“Biri-birindən gözəl tədbirlər keçirərdik. İlk dərs günü, son zəng tədbirləri bir başqa keçirilirdi. Bu gün keçirilən təntənəli son zənglərin heç birinin bizim tədbirlərə bərabəri ola bilməz.
Ona görə yox ki, həmin xatirələr bizim üçün doğmadır. Ümumiyyətlə, bizim kənddə insanların düşüncəsi, dünyagörüşü tam başqa idi. 14 il direktor işlədiyim dövrdə də keçirilən tədbirlər bizim məktəbimizin yerini verə bilmir. Hələ, bayram şənliklərini demirəm...
Hər il fevralın birində məktəbimizin məzun olan tələbələrlə, tanınmış adamlarla şagirdlərimizin görüşünü keçirirdik. Uşaqlarda gələcəyə ruh yüksəkliyi yaranırdı.
Sovet dövründə belə bir qayda var idi ki, hər il payız fəslində V sinifdən yuxarı şagirdlər və bütün məktəb kollektivi təsərrüfat sahələrinə bir növ köməyə göndərilirdilər. Hər il şagirdlər bir ay, ay yarım plantasiyalarda, üzüm yığımına göndərilirdilər. Burada uşaqlar sanki böyüyürdülər. Ən maraqlı xatirələrimizin bir çoxu elə təsərrüfat sahələrində yaşanırdı.
Mənim üçün demək olar ki, ən gözəl anların çoxu əllərimlə hazırladığım tarix kabinetində olub. Sevimli şagirdlərimlə olan dərslər heç vaxt yadımdan çıxmayacaq. Bu gün onlardan yolumu davam etdirib tarix müəllimi olanlar da az deyil. Bu bir müəllim üçün çox qürurverici hissdir. Çox vaxt dərsdən sonra məktəb xadimələrini tarix kabinetinin önündə yığışıb bizi dinlədiyinin şahidi olurdum. Səbəbini soruşanda isə, dərsin çox maraqlı keçdiyini, dinləmək üçün gəldiklərini deyirdilər”.
“İşğaldan, müharibədən əvvəl də kəndimizə erməni hücumları olur, kənd sakinləri qətlə yetirilirdi. Təəssüf ki, qətlə yetirilən sakinlərin içərisindən mənim şagirdlərim də var idi”.
Ramiz müəllim kənd sakinlərinin başlarına gətirilən fəlakətlərdən danışarkən qəhərlənir, kədəri, yaşantısı səsindən hiss olunurdu:
“İşğaldan, müharibədən əvvəl də kəndimizə erməni hücumları olur, kənd sakinləri qətlə yetirilirdi. Təəssüf ki, qətlə yetirilən sakinlərin içərisindən mənim şagirdlərim də olub.
Dərs dediyim şagirdlər arasında Elşad və Aləmşad adında əkiz qardaşlar vardı. Hər ikisi biri-birindən ağıllı, tərbiyəli uşaqlar idilər. O zaman repetitorluq anlayışı yox idi. Şagirdin bir fənni daha yaxşı öyrənməsi üçün müəlliminin evinə getməsi həmin pedaqoq üçün şərəf sayılırdı. Biz bunu tam ictimai əsaslarla həyata keçirirdik. Əkiz qardaşlar da tarixə çox həvəsliydilər. Dərsdən sonra bizə gələrdilər. Qardaşlardan biri əmisi ilə Füzulidən qayıdarkən yolda ermənilər tərəfindən qətlə yetirildi. Kəndimiz dağların arasında yerləşirdi. Hadrutdan Tuğa gələn yol Füzulidən keçirdi. Onlar elə Füzuli yaxınlığında yolun ortasında qutu tapıblar. Qutuda qurğulu bomba var imiş. Bombanın partlaması nəticəsində hər ikisi həlak olmuşdu.
Daha sonra, dərs dediyim məzunların içərisində Oqtay Həsənov adlı igid bir oğlan da vardı. Məktəbi bitirdikdən sonra milis işləyirdi. Oqtay dostu ilə kəndin yaxınlığındakı çayın yanında maşınlarını yuyarkən ermənilər tərəfindən mühasirəyə alınır və dəhşətli şəkildə qətlə yetirilmişdi".
Müharibə dövründə biz bir çox dəhşətli hadisə ilə rastalaşmışdıq. Amma indi danışacağım hadisə ən dəhşətli mənzərə olaraq, ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək.
1989-cu ildə IX sinif şagirdi Teyyub Süleymanlı məktəbdə hər kəsin gözü önündə qətlə yetirildi. Teyyub fağır şagird deyildi. Əksinə, sözün əsl mənasında, pəhləvan oğlan idi. Baş verən hadisələrə sakit dayana bilmirdi, verdiyi reaksiyasına görə öldürülmüşdü. Erməni şagirdlər qollarını tutmuş, erməni idman müəllimi isə ürəyindən bıçaqlamışdı. Bütün bunlar hamının gözü önündə yaşanmışdı. Baş verənlərə şahidi olanlar inanmıram ki, bunu nə vaxtsa unuda bilsinlər. Teyyubun qətli yaddaşımızda ömürlük silinməyəcək.
Bu hadisədən sonra kəndimizdə azərbaycanlılarla ermənilər arasımndakı konflikti daha da dərinləşdi”.
“Sanki, baş verəcəkləri əvvəlcədən hiss edirdik. Hər birimiz səksəkədə idik”
Müsahibimiz danışdıqca, gördüyü dəhşətli anları sanki özümüz yaşayıbmışıq kimi gözlərimizin önündə canlandı:
“Tuğda son dərsimiz elə oktyabrın 30-da kənddən çıxdığımız gün olmuşdu. Dərsimiz təxminən, saat 5-də bitdi. Payızda günlər qısa olur, toranlıq tez düşmüşdü ki, yavaş-yavaş atəş səsləri eşidilməyə başladı. Nə yalan deyim, artıq alışmışdıq bu səslərə. Hətta dərs vaxtı belə atəş səsləri eşidirdik. Artıq qulaqlarımız öyrəşmişdi.
Kəndimiz dağların, meşəliyin ortasında yerləşirdi. Axşam saat 7-8 arasında ermənilər bu meşəlikdən kəndə hücuma başladılar. Sanki baş verəcəkləri əvvəlcədən hiss edirdik. Hər birimiz səksəkədə idik. O dövrdə ağır artilleriya yox idi. Avtomat tipli silahlardan kəndi dolu yağışına tuturmuş kimi güllə yağışına tutdular. Heç kim nə baş verdiyinə baxmaq üçün belə başını qaldıra bilmirdi.
Məktəbimiz kəndin ayağında yerləşirdi. 1988-ci ildən burada Sovet qoşunları yerləşdirilmişdi. Guya asayişi qorumalı idilər. Təbii ki ermənilərin tərəfində dayanmışdılar. Biz evlərimizdən çıxıb məktəbə doğru gedirdik ki, bəlkə əsgərlər insafa gələr, erməniləri uzaqlaşdıralar. Amma bunu etmədilər. Kənd əhalisinin böyük qismi özlərini taleyin ümidinə buraxıb, erməni kəndləri içərisindən keçərək Füzuliyə getdilər.
Biz 57 nəfər məktəbdə daldalana bildik. Əsgərlər insafa gəlib bizi ermənilərə vermədilər. 24 saat məkəbdə qalmalı olduq. Ta ki, azərbaycanlılar gəlib bizi pulla onlardan alana qədər. Məktəbin 4 tərəfini ermənilər mühasirəyə almışdılar. Doğma kəndimizdə, son günümü əllərimlə hazırladığım tarix kabinetimdə keçirdim. Bunun məktəbimizlə son görüş olduğunu bilirdim. Xəyalımda kabinetin açılış gününü, sevimli şagirlərimlə keçdiyimiz dərsləri bir-bir yenidən canlanırdı. 30-31 oktyabr tarixlərində 24 saat biz məktəbdə mühasirədə qaldıq. Səhər azərbaycanlı əsgərlər bizi aparanda məktəbimizin yanında, kimsə görmədən əyilib yerdən bir ovuc torpaq götürdüm. 29 ildir həmin torpağı saxlayıram. Ən böyük arzum doğma kəndimizin azad olunmasıdır. Bundan sonra torpağı aldığım yerə qaytaracağıma özümə söz vermişəm”.
Yurd-yuvasından didərgin düşüb Füzuliyə sığınan əhali burda da qala bilmir. Düşmən hücumları onları buradan da çıxmağa məcbur edir:
“Kənddən çıxandan sonra bizi Füzuliyə gətirdilər. 1992-ci il martın 17-də ermənilər Füzuliyə qratdan atəş açdılar. Şəhər əhalisi canını qurtarmaq üçün Füzulidən çıxmalı oldu. Hər şeyini doğma kəndində itirmiş Tuğ sakinləri də onlara qoşulub Füzulidən çıxmalı oldu. Bundan sonra kənd əhalisi ölkənin müxtəlif yerlərinə səpələndi. Mən də ailəmlə bir yerdə Bakıya gəldim. Bir ildən sonra, Mərdəkanda Tuğ kənd sakinləri yaşayan yataqxanada məktəbimizi bərpa edə bildik. Məktəb bir müəddət fəaliyyəti dayandırsa da 1996-cı ildə yenidən fəaliyyətini bərpa etdik. 1996-1999-cu illərdə həmin məktəbdə müəllim, 1999-2000-ci illərdə isə direktor işləmişəm. Kənd əhalisinin böyük hissəsi Beyləqanda olduğu üçün məktəbi də ora köçürdülər. Bundan sonra, Bakıda başqa bir məcburi köçkün məktəbində, Nərimanlı kənd məktəbində müəllim, 2002-2014-cü illərdə həmin məktəbin direktoru vəzifəsində işələmişəm. Tədrisdəki uğurlarıma görə 2012-ci ildə prezidentimiz tərəfindən “Tərəqqi” medali ilə təltif edilmişəm. 2012-ci ildə səhhətimdəki problemlərə görə, həkimlər və ailəmin təkidilə öz imzamla təqaüdə çıxmışam”.
“Arzular çoxdur, tükənməzdir. Təki torpağımıza qayıdaq....”
Doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyən Ramiz müəllim son olaraq arzularını bizimlə bölüşdü:
“Bu həyatda ən böyük arzum doğma yurdumuza qayıtmaqdır. Kəndimizə qayıdanda ilk gedəcəyim yer, qəbristanlıq olacaq. Daha sonra, ustalarla bir yerdə tikintisində işlədiyim evimi, atamın evini ziyarət etdikdən sonra isə doğma məktəbimizə gedəcəyəm. Sovet vaxtı din o qədər də geniş yayılmamışdı. Elə o dövrdən mənim üçün məktəb məbəd kimi gəlir. Həmişə məktəbi məscidlə müqayisə edirəm. İnsan həyatında ən doğma atribut kimi bir yerdir məktəb. Doğma kəndimizə qayıtdıqdan sonra burada yeni məktəb tikintisində, müəllim kollektivinə əlimdən gələn bütün köməkliyi edəcəm. Bu istiqamətdə çoxlu arzularım, planlarım var. Arzular çoxdur, tükənməzdir. Təki torpağımıza qayıdaq....”
modern.az
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- 31 Mart soyqırımından 106 il ötür
31 mart 2024 12:22
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04