“Qorbaçov əsl kişiyə xas olmayan hərəkət etdi”
Maqazin10 noyabr 2019 10:52
O, mətbuata sonuncu müsahibəsini 2007-ci ildə 93 yaşında verib. Çox gümrah və və sağlam görünən Mixail Solomentsev verilən sualları nikbin cavablandırsa da, şikayətlərini də gizlətməyib. Jurnalistin "Kremldə işlədiyiniz vaxtlarla müqayisədə indi necə yaşayırsınız?” sualına o, belə cavab verib:
- Həmin vaxtlarla bugünkü dövrü müqayisə etmək olmaz. Mən onda 1200 rubl maaş alırdım. Hökumət məni mənzil, bağ evi, xidməti avtomobillə təmin etmişdi. Müalicə və istirahət üçün bütün şərait yaradılmışdı. Aldığım maaş məni tam qane edirdi. Hətta həmin dövrdə həyat yoldaşımla pul da yığırdıq. El arasında deyildiyi kimi, qara gün üçün arxaya pul atırdıq. 1990-cı illərə qədər əmanət kassasında 46 min rubl toplanmışdı. Bu vəsaitlə həmin vaxtlar Moskvada bir otaqlı mənzil, bir maşın almaq olardı. Amma Yeqor Qaydarın iqtisadi islahatları bizi dilənçi vəziyyətinə saldı. Kassadan pullarımı çıxartmaq istəyəndə, mənə dedilər ki, sizin 600 rublunuz var...
Beləliklə, SSRİ süquta uğrayandan sonra uzun illər yüksək vəzifələrdə çalışan Mixail Solomentsev ömrünün son illərini ehtiyac içində yaşayıb, təsəllisini isə yazdığı memurlardan alıb.
Mixail Solomentsev 1913-cü ildə Lipetskdə anadan olub. Məktəb illərindən hərbçi olmaq arzusu ilə yaşayıb. Orta təhsilini başa vurduqdan sonra Frunze adına Leninqrad hərbi-dəniz məktəbinə qəbul olunub. İkinci kursda oxuyanda güclü soyuqdəymədən səhhətində problem yarananda o, hərbi məktəbdən xaric olunub. Sonrakı təhsilini Leninqrad Politexnik institutunda davam etdirib.
Üçüncü kursda ailə həyatı quran Solomentsev ali təhsilini başa vurduqdan sonra Lipetskdə 61 nömrəli hərbi təyinatlı zavoda göndərilib.
1941-ci ildə müharibə başlananda Mixail Solomentsev Urala keçirilib. Bir müddət Çelyabinskdə zavodda baş mühəndis işləyib. Sonrakı fəaliyyətini isə partiya orqanlarında davam etdirib.
1959-cu ilə qədər Çelyabinsk vilayət Partiya Komitəsinin katibi işləyən Solomentsev Qazaxstana göndərilib. Üç il Karaqanda vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışdıqdan sonra Nikita Xruşovun təşəbbüsü ilə Qazaxstanın ikinci katibi vəzifəsinə təyin edilib.
Leonid İliç Brejnev hakimiyyətə gəldikdən sonra Mixail Solomentsev Rostov vilayət Partiya Komitəsinə birinci katib vəzifəsinə göndərilib. Baş katiblə Solomentsevin arasında xoş münasibətlər olub.
1966-cı ildə Solementsevin siyasi karyerasında növbəti yüksəliş mərhələsi başlayıb. Brejnevin köməkçisi Solomentsevə zəng vuraraq baş katibin qatarla Soçiyə səfəri zamanı Rostovda dayanacağını bildirib. Müəyyən olunmuş gündə köməkçi növbəti dəfə Solomentsevə zəng vurub və ona tapşırıq verilib ki, o, Brejnevi tək qarşılamalıdır.
Göstərişə əməl edən Solomentsev Rostovda Brejnevi tək qarşılayıb. Amma baş katibin şərəfinə əvvəlcədən bütün hazırlıq işlərini də görüb. Brejnev Rostovda çox ləngiməyib. Onlar elə Rostovun dəmiryol vağzalında xüsusi ayrılmış yerdə gəzişərək bəzi məsələləri müzakirə ediblər. Brejnev sonda görüşünün məqsədini də açıqlayıb:
- Hazırda Siyasi Büroda Mərkəzi Komitənin ağır sənayə şöbəsinə müdir təyin etməklə bağlı namizədlər müzakirə olunur. Mən bu vəzifəyə sizin namizədliyinizi irəli sürmüşəm. Siyasi Büro üzvləri mənim təklifimlə razılaşıblar.
Mixail Solomentsev üçün bu təklif gözlənilməz olub. O, Brejnevdən bu təyinatı saxlamağı xahiş edib:
- Leonid İliç, sözsüz ki, bu mənə göstərilən böyük etimaddır. Amma mənim üçün bu işin öhdəsindən gəlmək çətin olacaq.
Məncə, bu şöbəyə müvafiq sahəni daha yaxşı bilənlərdən bir nəfəri təyin etmək daha məqsədəuyğun olar.
Brejnev heç bir fikir bildirməyib, qatara minib yoluna davam edib. Solomentsev isə elə düşünüb ki, baş katib onunla razılaşıb.
Bu görüşdən iki həftə sonra Mərkəzi Komitənin katibliyindən Solomentsevə zəng gəlib. Bildirilib ki, o, təyin olunmuş vaxtda baş katibin qəbulunda olmalıdır.
Brejnev onu gülərüzlə qarşılayıb:
- Mən sizi təbrik edirəm. Siz artıq özünüzü Mərkəzi Komitənin şöbə müdiri kimi hiss edə bilərsiniz. Bu, Siyasi Büronun qərarıdır. Təyinatla bağlı şikayətlərinizi də Siyasi Büroya bildirə bilərsiniz.
Beləliklə, Mixail Solomentsevin siyasi fəaliyyətinin Moskva dövrü başlayıb. O, siyasi Büroya üzv seçilib, çox keçməmiş Mərkəzi Komitənin katiblərindən biri olub.
1971-1983-cü illərdə Solomentsev Rusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib.
Yuri Andropov hakimiyyətə gələndə Solomentsevə başqa bir vəzifə təklif edib. Onu Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin sədri vəzifəsində görmək istəyib. Solomentsev bu təkliflə razılaşıb.
Mixail Qorbaçovun hakimiyyətə gəlməsində isə Solomentsevin rolu az olmayıb. O, baş katibliyə namizədlərin siyahısında Qorbaçovu dəstəkləyib və onun haqqında yüksək fikirlər söyləyib. Amma bunun müqabilində Qorbaçov 1988-ci ildə Kremli köhnə kadrlardan təmizləyəndə Solomentsevi də öz "qara siyahısı”na salıb. Solomentsev 1988-ci ilin sentyabr plenumunda bütün vəzifələrindən azad olunaraq təqaüdə göndərilib. Sonralar Solomentsev Qorbaçovun ona olan bu münasibətini "əsl kişiyə xas olmayan hərəkət” adlandırıb.
Ömrünün son illərində memuarlarını yazan Mixail Solomentsev 2008-ci ildə 94 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya