GÖVHƏR HƏSƏNZADƏ BEYNƏLXALQ TƏŞKİLATA SƏDR SEÇİLDİ
15 dekabr 2023-cü il tarixində Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) – (Евразийская Конфедерация Обществ Правообладателей- ЕАКОП) Baş Assambleyasının ilin yekunlarına həsr edilmiş növbəti geniş tərkibli iclası baş tutmuşdur.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyindən Tribunainfo.az-a verilən məlumata görə tədbirdə Təşkilata üzv dövlətlərdən (Rusiya, Çin, Türkiyyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Moldova)müəllif hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ən böyük Kollektiv İdarəetmə Təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclas zamanı 2022-2023-cü illər ərzində görülmüş işlərə dair hesabatlar dinlənilmiş, gələcək fəaliyyət planları müzakirə olunmuş, Konfederasiyanın yeni Baş direktoru və Rəyasət Heyəti seçilmişdir:
“Tədbir iştirakçıları arasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin (ƏMHTM) koordinasiyası ilə fəaliyyət göstərən Müəllif Hüquqları Uğrunda İctimai Birliyi (MHU İB) və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının (Gildiya) nümayəndələri də olmuşlar. MHU İB İdarə Heyətinin sədri, görkəmli bəstəkar Gövhər xanım Həsən-zadə şəxsində, Azərbaycan Professional Kinorejissorlar Gildiyası (Gildiya) isə direktoru, tanınmış rejissor Şahirə xanım Tacəddin şəxsində təmsil edilmişdir.
Avrasiya Hüquqsahibləri Təşkilatlarının Konfederasiyası 2017-ci ildə təsis edilmiş, Avrasiya İqtisadi Birliyi, MDB, BRİKS və bir sıra ölkələrin ərazisində müəlliflik və əlaqəli hüquqların kollektiv idarəsi və mühafizəsini təmin etmək məqsədi ilə təşkil edilmiş təşkilatların birliyidir.
Konfederasiya regionda müəlliflik və əlaqəli hüquqlar sahəsində fəaliyyət göstərən ən mötəbər qurumlardan biri olaraq özündə üzv dövlətlərin ən böyük müəllif hüquqları təşkilatlarını birləşdirir. Konfederasiya üzvü olan təşkilatlar sırasına Rusiya Müəlliflər Cəmiyyəti (Российское Авторское Общество (РАО)), Ümumrusiya Əqli Mülkiyyət Təşkilatı (Всероссийская Организация Интеллектуальной Собственности (ВОИС)), Rusiya Müəllif Hüquqları Sahibləri İttifaqı (Pоссийский союз правообладателей (РСП)), Qırğızıstan Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiyalar üzrə Dövlət Agentliyi (Государственное агентство интеллектуальной собственности и инноваций при Кабинете Министров Кыргызской Республики (Кыргызпатент)), Belarus Respublikasının Milli Əqli Mülkiyyət Mərkəzi (Национальный центр интеллектуальной собственности Республики Беларусь (НЦИС)), Türkiyə Respublikasının Elmi və Ədəbi Əsər Sahibləri Peşə Birliyi (İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM)) və Türk Musiqi Əsər Sahibləri Peşə Birliyi (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği (MESAM)), Qazaxıstan Respublikasının Müəllif və əlaqəli hüquqların müdafiəsi “AMANAT” Qeyri Hökümət Təşkilatı (AMANAT), Özbəkistanın “Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri” İctimai Birliyi (Общественное объединение «Обладателей авторских и смежных прав Узбекистана» (UzAvtor)), Çin Ədəbiyyat Müəllifləri Cəmiyyəti (Китайское литературное авторское общество) daxildir.
Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Konfederasiya beynəlxalq əməkdaşlıq imkanlarını hər il daha da genişləndirməkdədir. Belə ki, Konfederasiya Ərəb ölkələri və Latın Amerikasındakı mövcud müəllif hüquqları alyansları ilə əlaqələr qurmuş, 2019-cu ildə isə Avrasiya məkanında əqli mülkiyyət üzrə keçirilən ən böyük beynəlxalq strateji foruma həmtəşkilatçılıq etmişdir.
Konfederasiya müəllif hüquqları sahəsində fəaliyyət göstərən CISAC (Müəllif və Bəstəkarlar Cəmiyyətlərinin Beynalxalq Konfederasiyası) və WIPO (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) kimi beynəlxalq təşkilatların akreditə olunmuş üzvü olmaqla yanaşı, Writers & Directors Worldwide (“Dünya yazıçıları və rejissorları”) və IFRRO kimi qlobal təşkilatlarla da rəsmi əməkdaşlıq edir.
Konfederasiyanın 15 dekabr 2023-cü il tarixində keçirlən iclasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi yanında Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru – Nəcəf Zakir oğlu Quliyev və “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyətinin Sədri – Gövhər Sudef qızı Həsən-zadə geniş məlumatlı çıxış etmişlər.
Qeyd etmək lazımdır ki, Konfederasiya tərəfindən Azərbaycan ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir. Təsadüfi deyildir ki, 2023-cü il 15 dekabr tarixində baş tutan iclasda MHU İB və Gildiyanın AHTK-ya üzv olmalarına dair açıq səsvermə keçirilmiş və hər iki təşkilatımız Konfederasiyaya yekdilliklə qəbul olunmuşdur. Eyni zamanda, Konfederasiyanın Baş katibi Andrey Borisoviç Kriçevskiy Təşkilatın hazırda vakant olan Baş direktoru vəzifəsinə Gövhər Südef qızı Həsən-zadənin namizədliyini irəli sürmüş və səsvermə nəticəsində G.Həsənzadə yekdilliklə Konfedrasiyanın yeni Baş direktoru seçilmişdir. Konfederasiyanın Prezidiumuna ƏMHTM-nin direktoru Nəcəf Quliyev və direktorun müşaviri Rüfət Səfərəliyevin daxil edilmələrinə dair irəli sürülən təklif mütləq səs çoxluğu ilə qəbul olunmuş Konfederasiyanın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:
AHTK -nin Rəyasət Heyəti:
- Nəcəf Zakir oğlu Quliyev (Azərbaycan);
- Rüfət İsmayıl oğlu Səfərəliyev (Azərbaycan);
- Yaşar Baxış (Azərbaycan);
- Dorofeeva İrina Arkadyevna (Belarus);
- Maksim Lesnikov (Qazaxıstan);
- Viktor Alekseyeviç Aslaxanov (Qazaxıstan);
- Mars Seilbekoviç Sulenov (Qazaxıstan);
- Borbiev Bek Smanoviç (Qırğızıstan);
- Çjou Daxin (Çin);
- Viktor Yakovleviç Drobış (Rusiya);
- İqor Mixayloviç Butman (Rusiya);
- Aleksandr Vladimiroviç Çaykovski (Rusiya);
- Nurulla Çetin (Türkiyə);
- Səmədov Əlihan (Türkiyə);
- Usmanova Lola Axmetovna (Özbəkistan).
Konfederasiya özünün məqsədləri içərisində proseslərin avtomatlaşdırılması və qonorarların bölüşdürülməsini təkmilləşdirmək üçün xüsusi proqram təminatı hazırlanmasını prioritet olaraq müəyyən etmişdir.
“Hazırda Konfederasiya müəllif hüquqlarının müdafiəsi ilə bağlı müasir dövrün tələblərinə cavab verən informasiya texnologiyalarına və bu sahədə xüsusi texniki həllərə nail olunması imkanlarına sahibdir. Belə ki, Konfederasiyanın sahib olduğu proqram təminatları televiziya və radio da daxil olmaqla musiqi məzmununun qlobal istifadəsi zamanı monitorinqin təşkilinə, istənilən əqli mülkiyyət obyektinin depozitə qoyulması, onların iqtisadi dövriyyəyə daxil edilməsi, habelə ƏM hüquqlarının pozulmasının qarşısının alınmasına, eyni zamanda müəllif qonorarlarının müəyyənləşdirilməsi və bölüşdürülməsinin avtomatlaşdırılmasına imkan verir. Vurğulanmalıdır ki, qeyd edilən proqram təminatlarının maddi dəyəri milyonlarla ölçülə bilər və həmin proqram təminatlarının istifadəsi üçün MHU İB-ə təqdim edilməsi ilə bağlı razılıq əldə edilmişdir.
Bununlu da hesab edə bilərik ki, Azərbaycan müəllif hüquqlarının qorunması sahəsində rəqəmsal dövrdə mövcud informasiya texnologiyalarına çıxış əldə etməklə bu sahədə mühüm bir sıçrayış etmiş olacaq. Belə ki, Azərbaycan müəlliflərinin əsərlərinin yerli və beynəlxalq səviyyədə icazəsiz istifadəsinin qarşısı alınacaq, bu kimi hallara yol verən şəxslər barəsində müvafiq məsuliyyət tədbirləri görülməsi imkanı artacaq və müəlliflərə onların əsərləri üçün ödənməli olan qonorarın ədalətli və düzgün bölüşdürülməsi ilə bu sahədə də şəffaflığa nail olunacaqdır.
Proqram təminatın inteqrasiya prosesi bitdikdən sonra müəlliflərin xeyrinə yığımların həyata keçirilməsini və avtomatik bölünməsi təşkil edilə biləcəkdir. Konfederasiyanın təqdim etdiyi imkanlardan yararlanmaqla artıq rəqəmsal platformalarda Azərbaycan musiqisinin, o cümlədən digər müəllif əsərlərinin icazəsiz istifadə edilməsinin qarşısının alınmasında inqilabi dəyişikliklərə və operativliyə nail oluna bilər. Bununla qısa müddətdə rəqəmsal platformalarda əsərdən istifadə edilməsi faktı müəyyən edilməklə müəllif hüquqlarının müdafiəsi mexanizmi optimallaşdırılmış olacaqdır.
Qeyd etmək istərdik ki, sözügedən proqram təminatlarının inteqrasiya edilməsi və Azərbaycan Respublikasında effektiv istifadəsinə nail olunulması ilə bağlı MHU İB əsas məsuliyyətli qurum kimi müəyyən edilmişdir. Çox böyük məmnunluq hissi ilə Azərbaycan müəlliflərinin gələcək rifahı və Azərbaycan mədəniyyəti üçün mühüm əhəmiyyətə malik bu məsuliyyətli vəzifənin icrasında bütün mümkün səylərimizi əsirgəmədən sərf edəcəyimizi bəyan edirik”.
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- Onlar nazir müavini təyin edildilər
29 aprel 2024 18:09
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15